Mövzu Marketinq müəssisələrin istehsal-satış fəaliyyətinin idarə edilməsinin bazar konsepsiyasıdır Plan



Yüklə 0,8 Mb.
səhifə3/13
tarix02.01.2022
ölçüsü0,8 Mb.
#41450
1   2   3   4   5   6   7   8   9   ...   13
M-vzu-1

Marketinq konsepsiyası. Bu konsepsiyanın mahiyyətini bazarın, istehlak-çının tələbatının, alış motivlərinin və davranışının öyrənilməsi və bu tələbatı rəqib müəssisələrə nisbətən daha dolğun ödəyə bilən məhsulların istehsal edilməsi, müəssisənin resurslarının və imkanlarının bazarın tələbatına daha effektli uyğunlaşdırıla bilməsi ideyası təşkil edir. Bu konsepsiyanı tətbiq edən müəssisələr qeyd edilənlərlə yanaşı, istehlakçılara təsir etmək, satışın həvəsləndirilməsi və istehsal edilmiş məhsullara tələbat yaratmaq istiqamətində də tədbirlər həyata keçirirlər.

Sosial-etik marketinq konsepsiyası. Son illərdə ətraf mühitin mühafizəsi, insan orqanizmi üçün zərərli olan məhsulların istehsalının qarşısının alınması və ümumiyyətlə, istehlakçıların hüquqlarının mübarizəsi uğrunda invayron-mentalizm və konsyumerizm hərəkətinin meydana çıxması, marketinq fəaliyyə-tində istehsalçıların, jəmiyyətin və müəssisənin mənafelərinin uzlaşdırılması zərurəti marketinq konsepsiyasına yenidən baxılmasına və sosial-etik marketinq konsepsiyasının yaranmasına səbəb oldu. Sosial-etik marketinq konsepsiyası marketinq fəaliy­yətinin jəmiyyət tərəfindən qəbul edilmiş sosial-etik və ekoloci normalara və standartlara əməl etməklə, həmçinin istehlakçının, müəssisənin və bütünlükdə jəmiyyətin mənafeyini uzlaşdır­maq­la həyata keçirilməsini nəzərdə tutur. Sosial-etik marketinq konsepsiyasının digər konsep­siyalardan fərqlən-diriji xüsusiyyəti ondan ibarətdir ki, marketinqin qeyd edilən əvvəlki kon­sep­siyalarında müəssisənin iqtisadi marağı və onun təmin edilməsi marketinq fəaliyyətinin özə­yini, hərəkətveriji qüvvəsini təşkil edirdisə, sosial-etik marketinq konsepsiyasının başlıja məq­sədini jəmiyyətin uzunmüddətli marağı-nın təmin edilməsi və bu maraqla müəssisənin, isteh­lak­çının marağının uzlaş-dırılması təşkil edir.

Marketinq və satış konsepsiyalarının fərqləndiriji xüsusiyyətləri. Marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqini T.Levitt belə izah edir: «marketinq məh­sulların və xidmətlərin bazara çıxarılmasından daha geniş anlayışdır. Məh­sul­ların və xidmətlərin bazara çıxarılması bilavasitə satışın vəzifəsidir. Satışın köməyilə istehlakçını firmanın təklif etdiyi məhsulu almağa vadar edirlər. Marke­tinq vasitəsilə firmanı istehlakçının arzu etdiyi şeyi etməyə məjbur edirlər.

Beləliklə, satış geniş mənada, birtərəfli prosesdir, firmanın fikrinjə, onun (yə­ni, firmanın) məqsədi istehlakçıların mütləq almalı olduğu məhsulu təklif et­məkdir. Marketinq isə ikitərəfli prosesdir. O, firmaya zəruri məhsulların və xidmətlərin hazırlanması və təklif edilməsi haqqın­da qərar qəbul edilməsi üçün istehlakçıların arzu və istəklərinə dair informasiya verir. Həm də bu zaman firma digər funksiyala­rı da - qiymətin müəyyən edilməsi, qablaşdırma, xidmət gös­təril-məsi, reklam və məhsulların istehlakçıya çatdırılması funksiyalarını da yerinə yetirməli­dir».



Yuxarıda qeyd edilənlərin əsasında belə nətijəyə gələ bilərik ki, marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqləndiriji xüsusiyyətləri aşağıdakılardır:

  • marketinq konsepsiyasının ilkin, istinad nöqtəsi istehlakçıların ehtiyajları və tələbat­larıdır, satış konsepsiyasının ilkin, istinad nöqtəsi isə müəssisənin istehsal güjləri, onun istehsal edə biləjəyi məhsullardır;

  • marketinq konsepsiyasında müəssisə istehlakçının arzuladığı məhsulu, onun ehtiyaj və tələbatına uyğun gələn məhsulu istehsal etməyə vadar edilir, satış konsepsiyasında isə bütün mümkün vasitələrlə müəssisənin istehsal etdiyi məhsulların realizasiyası həyata keçirilir, istehlakçı müəssisənin bazara təklif etdiyi məhsulu almağa təhrik edilir;

  • marketinq konsepsiyasında istehlakçılarla əks əlaqənin səviyyəsi çox yük­sək­dir, bu konsepsiya ikitərəfli prosesdir, satış konsepsiyasında isə istehlak-çılarla əks əlaqə ya ümumiy­yətlə mövjud deyildir, ya da onun səiyyəsi olduqja aşağıdır;

  • marketinq konsepsiyası satış konsepsiyasına nisbətən daha çox tədbirlər sistemini özündə birləşdirir, satış prosesi marketinq kompleksinin bir elementidir;

  • marketinq və satış konsepsiyalarında müəssisənin fəaliyyət növlərinin xarakteri də bir-birindən fərqlənir.

Yuxarıda izah edilənlərdən belə nətijəyə gələ bilərik ki, marketinqdə istifadə edilən əsas anlayışlara (məfhumlara) ehtiyaj, tələbat, tələb, məhsul, sövdələşmə, mübadilə və ba­zar Aid­dir.

Ehtiyaj insanın yaşaması və fəaliyyət göstərməsi üçün nəyinsə çatışmadığını hiss etməsi, duymasıdır. Ehtiyaj maddi ehtiyajlara (məsələn, yeməyə, paltara, isti­li­yə və s. olan ehtiyajlar) və mənəvi ehtiyajlara (məsələn, ünsiyyətə, biliyə və özünü təs­diqə olan ehtiyajlar) bölünürlər. Marketinqdə əsas diqqət maddi ehtiyajlara yö­nə­lir. Ehtiyajlar insanın təbiəti ilə bağlıdır.

Tələbat insanın dünyagörüşünə, şəxsiyyətinə, həyat tərzinə və s. xüsusiyyət­lərinə uyğun olaraq spesifik forma alan və ödənilməsi zəruri olan ehtiyajlardır. İnsanlar qeyd edilən xüsu­siyyətlərdən asılı olaraq özlərinin ehtiyajlarını müxtəlif məhsullara tələbata transformasiya edirlər. Məsələn, bir qrup insan özünün yeməyə olan ehtiyajını bir finjan kofe, digər qrup insanlar isə müəyyən xörəklərlə təmin edə bilirlər.

Tələb 1) alıjılıq qabiliyyəti olan tələbatlar və ya 2) tələbatın ödənilməsi üçün həyata keçirilən konkret fəaliyyətdir. Tələbə verilən ikinji tərif onunla əlaqədardır ki, insanlar özlə­rinin tələbatını yalnız əvəzinə nə isə ödədiyi məhsullar hesabına de­yil, həm də təbiət tərəfindən hazır şəkildə verilən məhsullar hesabına da ödəyə bi­lir. Məsələn, insan suya olan tələbatını bulaqdan su içməklə və ya yeməyə olan tə­lə­batını ov ovlamaqla da ödəyə bilər.

Məhsul təbiət tə­rəfindən hazır şəkildə verilən və (və ya) insan əməyilə yara­dılan və istehlakçının hər hansı tə­ləbatını ödəmək məqsədilə bazara tək­lif edilən bütün pred­metlərdir, mad­di nemətlərdir. İstehlakçı məhsulu əldə etməklə hər hansı bir tələbatını ödəyə və ya hər hansı bir problemini həll edə bilir.

Sövdələşmə ən azı iki tərəfin marağını və onlar arasında saziş şərtlərini, onun realizasiya vaxtını və yerini nəzərdə tutan tijarət əməliyyatıdır.

Mübadilə bazar subyektləri tərəfindən bazara təklif edilən məhsulların (xid­mət­lərin) mül­kiyyət və ya sərənjam vermək hüququnun dəyişdirilməsi üçün zəruri olan sövdələşmənin həya­ta keçirilməsi prosesidir. Mübadilənin baş verməsi üçün o, aşağıdakı şərtlərə javab verməlidir:

- ən azı iki tərəf olmalıdır və onların hər biri mübadilə etmək üçün nəyəsə (məhsula, maddi nemətə, sərvətə) malik olmalıdır;

- bir tərəfin malik olduğu məhsul (maddi nemət, sərvət) istehlak xüsusiy-yətinə və ya dəyərliliyinə görə digər tərəfin məhsulundan (maddi nemətindən, sərvə­tin­dən) fərqlənməlidir;

- mübadilə iştirakçılarının malik olduğu məhsul (maddi nemət, sərvət) digər tərəf üçün maraq kəsb etməlidir;

- mübadilə hər iki tərəf üçün faydalı olmalıdır, yəni o, hər bir tərəfə malik ol­du­ğu dəyərdən artıq dəyər əldə etməyə imkan verməlidir;

- mübadilə nətijəsində hər tərəfin əldə etdiyi faydanın həjmi ona çəkilən xərjlərdən böyük olmalıdır;

- hər bir tərəf malik olduğu məhsula sərənjam vermək hüququna malik olmalıdır;

- mübadilə azad və könüllülük prinsipi əsasında həyata keçirilməli, həmçinin hər iki tərəf mübadilənin həyata keçirilməsinə razı olmalıdır;

- hər bir tərəf öz məhsulunu digər tərəfə çatdırmaq və kommunikasiyanı həyata keçirmək imkanına malik olmalıdır.

Bazar hər hansı bir tələbatını ödəmək və ya problemini həll etmək məqsə-dilə məhsul alan alıjıların və həmin tələbatı ödəmək (problemi həll etmək) üçün bazara məhsul təklif edən satıjıların (istehsalçıların və ya vasitəçilərin) məjmusu və ya məhsulların mübadiləsini və ya sövdələşməsinin həyata keçirildiyi yer, məkandır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin