Mövzu marketinq sistemiNDƏ QİYMƏtqoyma siyasəTİ Plan


Marketinqə əsaslanan qiymətqoyma metodları



Yüklə 420 Kb.
səhifə7/12
tarix13.12.2022
ölçüsü420 Kb.
#74258
1   2   3   4   5   6   7   8   9   ...   12
M vzu-9 (1)

Marketinqə əsaslanan qiymətqoyma metodları. Bu metodda məhsulun qiyməti marketinq amillərinə, marketinq strategiyasına uyğun olaraq müəyyənləşdirilir. Mar­ke­tinqə əsaslanan qiymətqoyma metodunda müəssisə marketinq strategiyasına əsaslanan qiymətqoyma, məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) gö­rə qiymət­qoy­ma, məhsulun keyfiyyətinə görə qiymətqoyma və çeşid qrupuna görə qiy­mətqoyma metodlarından istifadə edə bilər.
Marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu. Hər bir məhsulun qiy­məti həllediji dərəjədə tərtib edilmiş marketinq strategiyasından və marketinq elementlərindən: müəssisənin strateci məqsədlərindən, məhsulun mövqeləşdiril­mə­sindən, irəlilədilməsi və bölüşdürməsindən, differensiallaşdırıl­masından və s. asılıdır. Buna görə də markteinq strategiyasına əsaslanan qiymətqoyma meto­dunda məhsulun qiyməti və qiymət strategiyası hazırlanmış marketinq strategiyasına uy­ğun olaraq müəyyən edilir. Məsələn, yeni məhsulun bazara çıxarılması zamanı qiy­mətin irəlilədilmə strategiyasına uyğunlaşdı­rıl­masından asılı olaraq 4 strategiyadan: 1) xamanın sürətlə yığılması; 2) xamanın ləng yığılması; 3) bazara sürətlə nüfuz etmə və 4) bazara ləng nüfuz etmə strategiyasından istifadə edilir.
Xamanın sürətlə yığılması strategiyasında alıjıların məlumatlandırılması məqsədilə məhsulun irəlilədilməsinə çəkilən xərjlərin həjmi artırılır və məhsula yüksək qiymət qoyulur. Xamanın ləng yığılması strategiyasında müəssisə öz yeni məhsuluna yüksək qiymət müəyyənləşdirir, lakin, müəyyən səbəblərdən (məsələn, alıjıların məhsulu yaxşı tanıdığından və ya onun haqqında kifayət qədər məlumatlı olduğundan və s.) müəssisə məhsulun irəlilədilməsinə az vəsait sərf edir. Bazara sürətlə nüfuzetmə strategiyasında isə müəssisə nəzərdə tutduğu bazar payına nail olmaq məqsədilə məhsulların irəlilədilməsinə çəkilən xərjlərin səviyyəsini artırır və əksinə, məhsula aşağı qiymət müəyyən edir. Bazara ləng nüfuzetmə strategiya­sın­da müəssisə həm yeni məhsuluna aşağı qiymət müəyyən edir, həm də onun irəli­lə­dil­məsinə az vəsait sərf edir. Məhsulun qiymətinin aşağı olmasına baxmayaraq, onun irəlilədilməsinə çəkilən xərjlərin səviyyəsinin ixtisar edilməsi müəssisəyə kifayət həjmdə mənfəət əldə etməyə imkan verir
Məhsulun istehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma me­to­­du. Məhsulun qiyməti bu metodla müəyyən edildikdə onun və ya onun müxtəlif pa­ra­metrlərinin istehlakçı üçün fay­da­lılığı, qiymətliliyi aşkar edilir və bunun əsa­sın­da qiymətin səviyyəsi müəyyən­ləşdirilir. Bu za­man alıjının reaksiyasına görə qiy­mət­qoyma, kompromis təhlil əsasında qiymət­qoy­ma, eksperiment əsasında qiymət­qoyma və məhsulun istehlakçı üçün iqtisadi faydalılığının təhlili əsasında qiymət­qoyma metodlarının birindən istifadə edilir.
Alıjı reaksiyasına görə qiymətqoyma metodu. Qiymət bu metodla müəyyən edil­dikdə bazara təklif edilən məhsul üçün xarakterik olan müxtəlif qiymətlər müəyyən edilir və alıjılar arasında sorğu aparmaqla onların həmin məhsulu hansı qiymətə (təklif edilən qiymətlərdən) almağa razı olduqları öyrə­ni­lir. Aparılmış sor­ğu əsasında alıjılar məhsulu almağa razı olduqları qiymətin səviyyəsinə görə qrup­laşdırılır və hər bir qrupa daxil olan alıjıların xüsusi çəkisi müəyyənləşdirilir. Müəssisə ki­fayət qədər yüksək çəkiyə malik olan qrupların (və ya qrupun) qiymətləri (qiyməti) əsasında ya məhsulun qiymət diapozonunu, ya da qiymətini müəyyən edir.
Kompromis təhlil əsasında qiymətqoyma metodu. Kompromis təhlil əsasında qiymətqoyma metodu istehlakçıların məhsula faydalar məjmusu kimi yanaşması müddəasına əsaslanır və məhsulun satış qiyməti istehlakçının onun atribut­la­rı­na, xüsusiyyətlərinə rəğbət səviyyəsindən asılı olaraq müəyyən edilir. Bunun üçün birinji növbədə məhsu­lun alıjı üçün ən vajib atributları identifikasiya edilir və alıjıların məhsuldan almaq istədiyi faydalar aşkar edilir. Məhsulun qiyməti də daxil olmaqla alıjıların üstünlük verdiyi hər bir atribut üzrə müxtəlif qiymətləndirmə dərəjələri (qradasiyaları) müəyyən edilir və on­ların kombinasiyası əsasında məhsulun çoxsaylı profili (nəzəri jəhətdən profillərin sayı atributların qradasiyalarının sayının hasili kimi hesablanılır) hazırlanır. Bundan sonra hazırlanmış məhsul profilləri iki-iki qoşalaşdırılaraq alıjılara təqdim edilir və onlardan qoşalaş­dı­rılmış profillərdən hansını almağa hazır olduqlarını bildirmək xahiş olunur. Aparılmış sorğu əsasında hər bir atributun istehlakçı üçün qismən vajibliyi səviyyəsi (rəğbət çəkisi) və onun əsasında nisbi vajiblik səviyyəsi (ümu­mi rəğbət indeksi) hesablanılır. Bazara təklif edilən məhsulun artibutların rəğbət sə­viy­yəsini nəzərə almaqla onun bazar payı və təmin edəjəyi mənfəətin məbləği və bu göstərijilərin əsasında isə satış qiyməti müəyyən edilir.
Məhsulun istehlakçı üçün iqtisadi faydalılığının (EVC) təhlili əsasında qiy­mət­qoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun satış qiyməti onun istehlak qiyməti əsasında müəyyən edilir. Belə ki, müəssisə öz məhsulunun qiymətini müəyyən etmək üçün onun oxşar məh­sulunu seçir. Həmin məhsulun istehlak qiymətini və onu təşkil edən elementləri, yəni satış qiymətini, mənimsənilməsinə (quraşdırılması, heyətin öyrədilməsi və məhsulun istifadəyə ve­ril­məsi ilə əlaqədar olan digər xərjlər) və istifadədə olduğu bütün müddət ərzində istismarına çəkilən xərjlərin (texniki xidmət, təmir, enerci və digər xərjlər) həjmini öyrənir. Sonra isə ox­şar məhsulun istehlak qiymə­tin­dən bazara təklif etdiyi məhsulun mənimsənilməsi və istismarı ilə əlaqədar olan xərjlərin məbləğini çıxmaqla onun satış qiymətini müəyyən edir. Deməli, müxtəlif məhsulların istehlak xüsusiyyətlərinin bəra­bər­liyi şəraitində istismar və mənimsənilməsi xərjlərinin səviyyəsi aşağı olan məhsula, yəni istifa­dəyə verilməsi və istismarı istehlakçıya da­ha ujuz başa gələn və bununla ona iqti­sadi fayda əldə etməyə imkan verən məhsula digər məhsullarla müqayisədə daha yüksək qiymət müəy­­yən edilir.
Məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu. Bu qiymətqoyma meto­dundan istifadə edilməsi bir çox alıjıların məhsulun baha olmasını, daha yüksək qiymətə satılmasını həmin məhsulun yüksək keyfiyyətli olması kimi qavraması ilə izah edilir. Buna görə də müəssisə, adətən, yeni məhsullara, oricinal məhsul­lara, presticli məhsullara və bu tip digər məhsullara yüksək qiymətlər müəyyən edir.
Məhsul çeşidi qrupuna görə qiymətqoyma metodu. Qiymətqoymanın bu meto­dunda məhsulun qiyməti onun daxil olduğu çeşid qrupunun digər məhsullarının qiymətinə uyğun olaraq müəyyən edilir. Bu zaman qiyməti müəyyən edilən təkmil­ləş­dirilmiş və ya yeni məhsulun hanibalizm faktorunu, yəni onun bazara çıxarıl­ması­nın çeşid qrupuna daxil olan digər məhsulların satışının və mənfəətinin həjmini təsirini də nəzərə almaq lazımdır. Çünki, hanibalizm çeşid qrupuna daxil olan digər məhsulların satışın həjminin və onların satışdan əldə edilən mənfəətin məb­lə­ğinin azal­ma­sına səbəb ola bilər. Buna görə də təkmilləşdirilmiş və ya yeni məhsula elə qiymət müəyyən edilməlidir ki, bu qiymət həmin məhsulun satışının nəzərdə tutulan həjmində müəssisənin əmtəə dövriyyəsinin və mənfəətinin azalmasını kom­pensasiya edə bilsin. Başqa sözlə desək, müəyyən edilən satış qiyməti tətbiq edildikdən sonra təkmilləşdirilmiş və ya yeni məhsul da daxil olmaqla müəssisənin bütün məhsul­ların satışının həjmi və əldə edi­lən mənfəətin məbləği onların əvvəlki məblə­ğin­dən çox və ya ona bəra­bər olsun.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin