Mövzu marketinq sistemiNDƏ QİYMƏtqoyma siyasəTİ Plan


Qiymətin müəyyən edilməsi metodları



Yüklə 420 Kb.
səhifə5/12
tarix13.12.2022
ölçüsü420 Kb.
#74258
1   2   3   4   5   6   7   8   9   ...   12
M vzu-9 (1)

9.4. Qiymətin müəyyən edilməsi metodları.
Məhsulun qiymətinin müəyyən edilməsində a) xərjlərə əsaslanan qiymətqoy­ma metodundan; b) rəqabətə əsaslanan qiymətqoyma metodundan; j) tələbə əsasla­nan qiymətqoyma metodundan və ç) marketinqə əsaslanan qiymətqoyma metod­un­dan istifadə edilir.
Xərjlərə əsaslanan qiymətqoyma metodları. Bu metod qiymətqoymanın ən geniş yayılmış və sadə formasıdır. Xərjlərə əsaslanan qiymətqoyma metodunun mahiyyəti ondan ibarətdir ki, məhsula çəkilən xərjlərin üzərinə mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür.
Bu qiymətqoyma metodunun müxtəlif formaları: tam xərjlərə (maya dəyərə) görə qiymət­qoy­ma metodu; birbaşa xərjlərə görə qiymətqoyma metodu; investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu və xərjlərin rentabelliyi normasına görə qiymətqoyma metodu mövjuddur.
Tam xərjlərə əsaslanan qiymətqoyma metodunda qiymətqoymanın iki üsuldan: məhsulun tam xərjlərin (maya dəyərin) məbləğinin üzərinə mənfəət nor­ma­sının (qiymət əlavəsi və ya tijarət əlavəsi də adlandırılır) əlavə edilməsi və məhsulun maya dəyərinin (satınalma qiymətinin) üzərinə satış qiy­mə­tinə görə müəyyən edilmiş mənfəət normasının (bəzi ədəbiyyatda tijarət güzəşti, məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi üsulundan istifadə edilir.
Birbaşa xərjlərə görə qiymətqoyma metodu. Qiymətqoymanın bu metodu-nun mahiyyəti tam xərjlərə əsaslanan qiymətqoyma metodu ilə eynidir. Lakin, qiymə­tin müəy­yən edilməsinin bu metodunda məhsulun maya dəyərinin üzərinə yox, məhsulun hazırlanmasına çəkilmiş birbaşa xərjlərin üzərinə fiksə edilmiş mənfəət norması (qiymət və ya tijarət əlavəsi) və ya satış qiymətinə görə müəy-yən edilmiş tijarət güzəşti əlavə edilir və alınmış məb­­ləğ məhsulun qiyməti kimi qəbul edilir. Tam xərjlərə əsaslanan qiymətqoyma me­todunda olduğu kimi burada da iki üsuldan: 1) birbaşa xərjlərin üzərinə mənfəət normasının (qiy­mət və ya tijarət əlavəsinin) əlavə edilməsi və 2) birbaşa xərjlərin məbləğinin üzərinə satış qiymətinə görə müəyyən edilmiş güzəştin əlavə edilməsi üsulundan istifadə edilir.
Xərjlərin rentabelliyi normasına görə qiymətqoyma metodu qiymətin elə bir səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur ki, o, məhsul satışının verilmiş miqdarında məhsulun maya dəyərini ödəməklə yanaşı xərjlərin rentabelliyinə görə müəyyən edilmiş məqsəd mənfəətinin, yəni planda nəzərdə tutulan mənfəətin əldə edilməsini də təmin edir.
Deməli, müəssisə satışın həjmini artırmaqla həm qiymətin və xərjlərin ren­tabellik səviyyəsini (gös­tərilən mi­salda xərjlərin rentabellik səviyyəsi 33% təşkil edir) aşağı salmağa, həm də məqsəd mən­fə­ətinin əldə edilməsini təmin et­məyə nail olmuşdur. Qiymətin aşağı salınması isə müəssi­sə­yə rəqabət üstün­lüyü əldə etməyə və daha çox məhsul satmağa imkan verir.
Məhsulun qiyməti investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu ilə müəyyən edildikdə əvvəljə məhsulun istehsalına sərf edilmiş investisiyanın həjmi, bu investisiyaya görə əldə edilməsi nəzərdə tutulan renta­bel­lik səviyyəsi (adətən, investisiyanın rentabellik səviyyəsini onun özünü ödəmə müddətinə uyğun olaraq hesablanılır) müəy­yənləşdirilir və bunların əsasında əldə ediləjək məqsəd mənfəətin məbləği (investi­si­yanın məbləğini rentabellik səviy­yəsinə vurmaqla) hesablanılır. Sonra isə mənfə­ə­tin məbləğini məhsul istehsalının və ya satışının ehtimal edilən məbləğinə bölürlər. Hər bir məhsula düşən mənfəətin məbləğinin üzərinə məhsulun maya dəyərini gəlməklə onun qiymətini müəyyən edirlər.
Qeyd etmək lazımdır ki, xərjlərin rentabellik normasına görə qiymətqoyma metodunda olduğu kimi qiymətin hesablanmasının bu metodunda da məhsulun qiy­mə­ti onun natural ifadədə həjmi ilə tərs mütənasibdir, yəni məhsul satışının həjmi­nin artması qiymətin səviyyəsinin aşağı düşməsinə və əksinə, məhsul satışının həj­mi­nin azalması onun bahalaşmasına gətirib çıxarır.

Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin