Mövzu marketinq təDQİqatlari plan



Yüklə 1,12 Mb.
səhifə7/8
tarix17.01.2023
ölçüsü1,12 Mb.
#79485
1   2   3   4   5   6   7   8
M vzu-3-1

İnformasiyanın toplanması üsulları. İnformasiyanın toplanmasında anketlər­dən və mexaniki qurğulardan istifadə edilir.
Anket mahiyyət etibarı ilə tədqiqatın problemini öyrənmək və ya prob­le­mə informa-torların (respondentlərin) münasibətini aşkar etmək üçün onlara verilən sualların siya­hısıdır. Tədqiqatçı anketi tərtib edərkən informatorun problemə münasibətini tam açıq-lamağa imkan verən suallar tərtib etməli, sualın verilmə formasını və ardıjıl­lığını mü-əyyənləşdirməlidir. Suallar anketdə müxtəlif mümkün javab variantları ha­zır olmaqla və yaxud hazır javab olmadan, yəni informatorun sərbəst surətdə istə­diyi kimi javab verə bil-məsi formasında tərtib edilə bilər.
İnformasiyanın toplanmasında istifadə edilən mexaniki qur­ğulara müxtəlif sayğajlar, ştrixli kodları oxuyan skanyerlər, audiometr, qalva­no­metr, kinokamera, videokamera, in-sanların fiziki reaksiyasını ölçən digər jihazlar və s. aiddir.
İnformasiyanın toplanması təhlili. Bu mərhələdə informasiyanın top­lanması metod və üsullarına uyğun olaraq bilavasitə informasiyalar toplanılır, seçi­lir, sistemləşdirilir və təhlil edilir.
Toplanmış informasiyaların təhlil edilmə­sin­də təsərrüfat fəaliyyətinin təhlili­nin müxtəlif formalarından, o jümlədən situa­si­yalı təhlil, korrelyasiya və reqressiya təhlili, dispersiya, diskriminant, faktor təhlili, fərqlər təhlili və s. metodlarından isti­fa­də edilə bilər.
Təklif tövsiyələrin hazırlanması. Marketinq tədqiqatları sifarişçi üçün təklif və töv-siyələrin hazırlanması, aparılmış marketinq tədqiqatına dair hesabatın hazırlanması və təqdim edilməsi ilə başa çatır.
Tərtib edilən hesabatda mütləq marketinq tədqiqatının məqsədi, onun aparıl­ması üçün zəruri olan informasiyalar və onların toplanması metodları və üsulları, nə­tijə və təkliflər öz əksini tapmalıdır.


Özünü yoxlama sualları və tapşırıqlar
1. Marketinq tədqiqatların məzmununu və istiqamətlərini izah edin. Mar­ke­tinq təd-qiqatlarının aparılmasının zəruriliyi nə ilə əlaqədardır?
2. İstehlakçıların tipologiyasına və tələblə təklif arasındakı nisbətə görə bazarın hansı formaları vardır? Satıjılar və alıjılar bazarının fərqlərini izah edin.
3. Marketinq tədqiqatlarının subyektlərinə kimlər daxildir?
4. Marketinq tədqiqatlarının aparılmasının mərhələlərini və hər bir mərhələnin məz-mununu izah edin.
5. Kəşfiyyat tədqiqatlarının məqsədi nədən ibarətdir? Kəşfiyyat tədqiqatları, təsviri təd-qiqatlar və kauzal tədqiqatların fərqlərini izah edin.
6. Marketinq tədqiqatlarında hansı tip informasiyadan istifadə edilir? Təkrar infor-masiyaya hansı informasiya aiddir? Təkrar informasiyanın mənbələrini izah edin.
7. İlkin informasiyanın toplanmasının hansı metodları mövjuddur? İlkin informasiyanın toplanmasının hər bir metodunun üstünlüklərini və çatışmazlığını izah edin.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin