və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından,
və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış
Məntiq müstəqil, fəlsəfi bir elm kimi eramızdan əvvəl 4-cü əsrdə
Yunanistanda yaranmışdır. Bu elmin banisi yunan fəlsəfəsinin karifeylərindən olan
Aristotel hesab olunur. Çünki, Aristotel ilk dəfə təfəkkürün forma və qanunlarını
sistemləşdirmiş, hazır hökmlərdən doğru nəticə çıxarma qaydalarını şəhr etmiş,
anlayış, hökm və əqli nəticənin mahiyyətini təhlil etmişdir. Məlumdur ki, insan fikir
prosesində doğru nəticə əldə etdiyi kimi səhv nəticə ilə də rastlaşa bilər. Fikir
prosesinin doğru nəticələrinin məqbul olması üçün insan, təfəkkür prosesini
tənzimləyən qanunlara ehtiyac duymuşdur. Bu qanunlar məntiq elminin esasini
teshkil etmishdir. Məntiq düzgün təfəkkürün forma və qanunlarından bəhs edən
elmdir.
Ərəb mənşəli bir kəlimə olan məntiq “danışmaq” mənasına gələn “nutq”
kökündən törəmişdir. “Nutq” və “mantuq” kəlimələri yunan dilində həm ağıl həmdə
danışmaq mənasında işledilən “logos” kəliməsini qarşılayacaq şəkildə mənalar
qazanmışdır. İslam məntiqçiləri məntiq elminə “bilinəndən bilinməyənin əldə
edilməsinə vasitə olan elm”, “qaydalarına tabe olunduğu zaman zehni xətaya
düşməkdən qurtaran fənn” və s. şəklində təriflər vermişdir.
Məntiq elminin qurucusunun Aristotel olduğu barəsində bütün fəlsəfə
tarixçiləri həmfikirdir. Onun “Organon” (Qeyd etmək lazımdır ki, bu ad Aristotel
tərəfindən istifadə edilməmişdir. Daha sonra onun məntiq haqqındakı əsərlərinə
Orgonon adı verilmiştir.) adlı esəri zamanımıza qədər gəlib çıxan ən qədim və
sistematik məntiq əsəridir. Amma qeyd etmək lazımdır ki, məntiq məsələləri ilə
maraqlanan ilk şəxs Aristotel deyildir. O sadəcə özündən əvvəl mövcud olan bu
mövzudakı məlumatları sistematikləşdirmişdir.
Dostları ilə paylaş: