deyil, məhduddur. Hissi bilik bizə predmetin, yalnız ayrı-ayrı xarici tərəfləri
haqqında təsəvvür versə də, onların daxili təbiətini, mahiyyətini və inkişaf
Elmi anlayışlar predmetin bütün tərəflərini deyil, yalnız mühüm və ümumi
tərəflərini əks etdirir. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir.
1.Mövcud anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya
(mücərrədlik) səviyyəsinə qaldırılır.
2. Yeni anlayışlar meydana gəlir və bunların əsasında təfəkkürün başqa
formaları- mühakimələr, əqli nəticələr formalaşır.
Anlayış predmetlərin ən mühüm və fərqləndirici əlamətlərini əks etdirən
təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində rol oynayır.
Anlayış - elə təfəkkür
formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühim əlamətləri
beynimizdə əks olunur.Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin
əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi,
fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan
başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: Müqaisə,
analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə.
Hər bir anlayışın məzmunu və həcmi olur. Bunlar anlayışın məntiqi sturukturunu təşkil
edir. Məzmun anlayışda fikirləşilən cismin və hadisələrin mühüm və ümumi
əlamətləridir. Yəni, anlayışda sadalanan əlamətlər predmetin məzmununu təşkil edir.
Məzmununa görə anlayışlar Konkret-mücərrəd (maddi həyatda var olan və olmayan),
müsbət-mənfi (fikir cisimlərində əlamətlərin varlığı və yoxluğu), nisbi-mütləq (nədənsə
asılı olub olmamağına görə) olur. Anlayışın həcmi dedikdə onda əks olunan fikir
cisimlərdir, və onların məcmusudur. Yəni, "tələbə" anlayışının həcminə bütün tələbə
fərdləri (türk,azəri,ləzgi,ingilis və s.) daxildir. Həcminə görə anlayışlar: fərdi, ümumi və
boş anlayışlara bölünür,eyni zamanda ayırıcı-toplayıcı olur. Məzmunla həcm arasındakı
əlaqə əks münsibətdi. Yəni məzmun genişləndikcə həcm daralır və əksinə. Anlayışlar
müqayisə edilən və müqayisə edilməyən anlayışlara bölünür. İkinci qrup anlayışlar
arasında ümumi əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr
mövcud olur. Belə anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür.
Dostları ilə paylaş: