ideal xarakter daşıyır. Onlar məhz dil vasitəsilə maddi forma kəsb edir və dil
mətnlərini təhlil etmək yolu ilə öyrənilir. Buradan aydın olur ki, məntiq ilə dil bir-
Dil insanlar arasında ünsiyyət vasitəsidir. O, həm də toplanılmış biliklərin
praktiki təcrübə və vərdişlərin nəsldən-nəslə ötürülməsində, təlim və tərbiyə
prosesində mühüm rol oynayır. Bu və ya digər informasiyanın saxlanılmasında,
emosiyaların ifadə edilməsində və ümumilikdə dərk etmə prosesində dilin rolu
əvəzsizdir. Sözün geniş mənasında dil dedikdə, informasiyanın yaradılması,
qorunub saxlanılması və ötürülməsi funksiyalarını yerinə yetirən, habelə insanlar
arasında ünsiyyət vasitəsi rolunu oynayan işarə - informasiya sistemi başa düşülür.
Dil ilə bağlı problemlər semiotika adlanan elm(işarələr sistemlərinin ümumi
nəzəriyyəsi) tərəfindən öyrənilir. Semiotika dilə 3 səpkidən yanaşır: 1) dilin
strukturunu, yəni dil işarələri arasında əlaqələrin yaranması və dəyişilməsi
qaydalarını öyrənən sintaksis; 2) dilin interpretasiyasi, yəni dil işsrələri ilə onların
ifadə etdiyi obyektlər arasında münasibətləri araşdıran semantika; 3) dilin
daşıyıcıları olan insanların dilin özünə münasibətində praktiki əhəmiyyət kəsb edən
tərəfləri (emosional-psixoloji, estetik, maddi və s.) öyrənən praqmatika.
Dillər iki növə (təbii və süni) ayrılır. Təbii və ya milli dil insanlar arasında
tarixən qərarlaşmış informasiya işarə sistemini ifadə edir. Süni dillər isə bu və ya
digər elm sahəsində istifadə olunan yardımçı işarələr sistemidir. Bunlar
informasiyanı daha qənaətlə və asan yolla ötürmək məqsədi güdür.
Hər bir süni dil, müəyyən təbii dil və ya digər süni dildən istifadə etməklə
yaradələr. Başqa bir dili ifadə etmək üçün istifadə olunan dil-metadil, onun özü isə
dil-obyekt adlanır.
Qeyd olunmalıdır ki, müasir elmin bir çox sahələrində (riyaziyyat, kimya,
fizika, hesablama texnikası, kibernetika və s.) süni dillərdən geniş miqyasda istifadə
olunmaqdadır. Müxtəlif formullar vasitəsilə ifadə olunan süni dil, məntiq elmində
də böyük əhəmiyyət kəsb edir. Bu elmdə ondan fikri əməliyyatları təhlil edərkən
istifadə olunur. Məntiqdə predikatların məntiqi dili adlanan dil geniş yer tutur. İndi
həmin dilin əsas tərəflərini nəzərdən kəçirək.
Hər şeydən əvvəl qeyd edək ki, dilin əsasında işarə durur. İşarə dedikdə, digər
bir obyekti, xassə və ya münasibəti ifadə edən və müəyyən informasiya daşıyan
maddi predmet başa düşülür. İşarələr dil işarələrinə və qeyri dil işarələrinə (surət
işarələri, əlamət işarəsi, siqnal işarələri və s.) ayrılır:
Məntiqi dildə aşağıdakı semantik kateqoriyalar müstəsna yer tutur:
predmetlərin adları, xassələrin adları və cümlələr.
Ad – hər hansı bir predmeti ifadə edən ayrıca söz və ya söz birləşməsidir. Qeyd edək
ki, məntiq elmində predmet, sözün ən geniş və ümumi mənasında götürülür, yəni o
cisimləri, xassələri, münasibətləri və prosesləri əhatə edir. Onun tərkibində təkcə
maddi deyil, həm də psixi fəaliyyətin məhsullları daxil edilir. Adlar – sadə,
mürəkkəb və təsviri ola bilir. Öz əhatə dairəsinə görə isə adlar xüsusi və ümumi olur.
Hər bir ad ikili xarakter daşıyır. Onun mənası(denotat) və konsepti vardır.
Birinci, yəni denotat bu və ya digər adın ifadə etdiyi predmetin mənasını göstərir.
Adın konsepti dedikdə isə onun öz predmet haqqında verilən informasiya başa
düşülür. Adın perdmet mənası onundildə necə ifadə olunmasından asılı olmayaraq
deyişilmir, sabitdir. Adın konsepti isə ifadə formasına uyğun olaraq müxtəlif cür
olur. Məsələn, 6 rəqəmini müxtəlif şəkildə ifadə etmək mümkündür. Bu halda onun
denotatı, predmet mənası eyni qalır, lakin onun predmeti ifadə etməsi üsuli-konsepti
müxtəlif şəkil alır.
Dostları ilə paylaş: