Mövzu mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari


Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması



Yüklə 25,95 Kb.
səhifə2/3
tarix04.05.2023
ölçüsü25,95 Kb.
#107253
1   2   3
Mövzu-1

2. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması

Mikroiqtisadiyyat yüz minlərlə müəssisənin, ailələrin, fərdlərin, çoxsaylı bazarların və nəhayət, dövlətin də bu və digər dərəcədə iştirak etdiyi fəaliyyət sferasıdır. İqtisadiyyatın bu səviyyəsi ictimai əmək bölgüsünün inkişafı nəticəsində formalaşmışdır.


İlkin olaraq, ən böyük əmək bölgüsü cəmiyyətdə baş versə də (əkinçilik maldarlıqdan ayrılmış, sənətkarlıq əkinçilikdən ayrılmış, sonra isə tacirlər sinfi meydana gəlmişdir) onun dərinləşməsi nəticəsində ixtisaslaşmış konkret istehsal sahələri yaranmağa başlamışdır.
Əmək bölgüsü əməyin, istehsalın ayrı-ayrı sahələrində, sahələrin daxilində və müəssisə daxilində müəyyən bir məhsulun və məhsulun hissəsinin istehsalı üzrə bölünməsidir. Belə bir bölgünün nəticəsində böyük sahələr, yarımsahələr, yanmsahələr isə birliklər və müəssisələr formasında təşkil olunur. İstehsalın bu təşkili formasında birliklər və müəssisələr bilavasitə məhsulun istehsalçılarıdır.
Bazar iqtisadiyyatının hakim olduğu kapitalizmdən əvvəlki cəmiyyətlərdə əmək bölgüsü zəif inkişaf etdiyindən lazımi quruluşa malik mikroiqtisadiyyat formalaşmamışdır. Əvvəlki cəmiyyətlərdə əsasən kənd təsərrüfatı, qismən də sənət sahələri fəaliyyət göstərirdi. Bu isə müxtəlif növ bazarların yaranması və fəaliyyət göstərməsi üçün azlıq edirdi.
Kapitalizmə keçməklə əmək bölgüsü daha da dərinləşir, istehsalın sənaye kimi yeni sahəsi meydana gəlir, manufakturalar yaranır, manufakturalarda əmək bölgüsü baş verir və nəticədə əmək bölgüsü məhsuldarlığı görünməmiş dərəcədə yüksəldir. Bu dövrü, mikroiqtisadiyyatm bazar strukturunun formalaşdığı dövr kimi səciyyələndirmək olar. Sahibkarlıq fəaliyyətinin genişlənərək daha yeni-yeni sahələri əhatə etməsi də məhz bu dövrdən etibarən baş vemıişdir.
İstehsala maşın tətbiqi və maşmiı istehsalın təşkilinin əsas forması kimi kapitalist fabrikləri meydana gəlir. Bu istehsalın mikro səviyyəsində böyük keyfiyyət dəyişikliyi demək idi. Əmək bölgüsünün daha da inkişafı nəticəsində sənayenin yeni-yeni sahələri meydana gəlir. Demək olar ki, mikroiqtisadiyyatın bazar strukturu formalaşır və nəticədə bazarın müxtəlif növləri yaranır. Yerli bazarlar genişlənir və region bazarları əmələ gəlir. Region bazarlarının qarşılıqlı əlaqəsi sayəsində milli bazar formalaşır.
Bütün bunlar sənayesi inkişaf edən ölkələrin mikroiqtisadiyyatmm formalaşması prosesini başa çatdırır. Və mikroiqtisadiyyat bazar qanunları və bazar mexanizmi əsasında fəaliyyət göstərir.


Yüklə 25,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin