İnformasiyanın müxtəlif görünüşdə əks etdirilməsi və formatlaşdırılması vasitələri;
Çapetmə imkanlarının zənginliyi;
Sənəd üzərində işləmə və verilənlərin birgə istifadə etmə imkanları;
Digər proqramlarla qarşılıqlı inteqrasiya;
Internet şəbəkəsi vasitəsilə İnformasiya mübadiləsi.
MS Word 2010 istifadəçi interfeysi.
Word redaktorunun pəncərəsi müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün Office düyməsi, lent, tab-vərəqlər, cəld alətlər paneli, işçi sahə, sənədə baxış rejimləri, informasiya sətri, sürüşdürmə çubuqları, vərəqlərarası keçid düymələri və s. elementləri özündə birləşdirir