Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə33/71
tarix22.04.2023
ölçüsü302,66 Kb.
#101636
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1

Orfoepik tələffüz.Oxunun ifadəlliyi onun ədəbi tələffüz normalarına nə dərəcədə uyğunluğu ilə ölçülür.Dilimizdə sözlərin böyük əksəriyyəti yazıldığı kimi tələffüz olunmur.Danışığın daha asan və şirin olması orfoepik normalara əməl edilməsindən asılıdır.Bu prosesdə ədəbi tələffüz normalarının pozulması onun ifadəlliyini aşağı salır,dinləyənin diqqətini yayindırır ,məzmunun şüurlu,ifadəli qavranılmasına mane olur,onun dinləyiciyə estetik təsirini zəiflədir.Əlifba təlimi dövründən etibarən şagirdlərin sözləri yazıldığı kimi tələffüz edilməsinə(orfoqrafik tələffüzə,kitab tələffüzünə)yol verməmək lazımdır.Bu mərhələdə şagird düzgün yolu yalnız müəllimin nümunəvi oxusunun köməyi ilə seçə bilər.Əgər şagird alim ,afərin, ,nadinc sözlərini çətinlik çəkmədən a saitini uzun tələffüz etməyi bacarirsa,almaya,cərgəyə,quzuya,işləyir,başlayır,gözləyir və s. sözlərin tələffüz nümunəsini müəllimdən öyrənməlidir.
Orfoepik tələffüzü şagirdlərə öyrətmək üçün onlara müstəqillik tələb edən tapşırıqlar vermək lazımdır.Məsələn şagird oxuyur, müəllim və yoldaşları hansı sözlərin düzgün tələffüz olunmadığını bildirir, şagird öz səhvini düzəldir,müəllim şagirdin səhvə yol verdiyini müəyyən qaydaları xatırladır,onun səhvinə düzəliş verir.
İntonasiya:Nitq,o cümlədən oxu prosesində intonasiyanın rolu böyükdür.İntonasiya sözün mənasını gücləndirməklə,bəzən sözdən daha çox şey ifadə edir.Bəzən intonasiyanın köməyi ilə sözə onun ifadə etdiyi mənanın əksini vermək olar.
İntonasiya geniş və dar mənada işlədilir.Geniş mənada intonasiya dedikdə,səslənən nitqin birgə təsir göstərən komponentlərin mürəkkəb kompleksi nəzərdə tutulur.Nitqdə və cümlələrdə aşagıdakı komponentlər özünü göstərir.

  • Vurğuda ifadə olunan və nitqin dinamikasını müəyyən edən qüvvə

  • Müxtəlif hündürlükdə səslər üzrə səsin hərəkətində ifadə olunan və nitqin melodikasını müəyyən edən istiqamət

  • Uzun səslənmə və fasilələrdə ifadə olunan ,nitqin surətini və ritmini müəyyən edən surət

  • Nitqin səslənməsinin xarakterini (emosional rəngini) müəyyən edən tembr (çalarlıq)


Vurğu :Nitqdə səs seli cümlələrə ayrılır.Cümlədə isə səslər mənasına görə ritmik qruplarda birləşir.Bunu tələffüz xarakterli nitq taktı və ya fraza adlandırmaq olar.Hər bir nitq taktından sonra azacıq fasilə verilir. Cümlədə kiçik olan bu intonasiya –məna parçası qavrayış üçün dərhal olduğundan oxunan mətin yaxşı başa düşülür.Nitqin yaxşı başa düşülməsində vurğunun da rolu böyükdür. Vurğunun müxtəlif növləri var:heca vurğusu,fraza vurğusu, məntiqi vurğu, emfatik vurğu.
Oxu zamanı frazadakı sözlərdən birində vurğulu heca qüvvətli səslə tələffüz olunur.Bu,frazeoloji vurğu adlanır:”Yaxşı, siz deyen olsun,mənim mehriban balalarım”
İfadəli oxuya hazırlıq işində heca vurğusu da xüsusi əhəmiyyət kəsb edir.
Adətən,vurğu cümlədə nitq situasiyası baxımından daha mühüm sözün üzərinə düşür.Bu,məntiqi vurğudur.Üzərinə vurğunun düşdüyü söz qüvvətli,ucadan deyilir.Məntiqi vurğu yerinə düşməyən nitqdə məna dinləyiciyə dəqiq çatmır. Məntiqi vurğu ədəbi əsərlərdə xüsusi əhəmiyyətə malikdir.Cümlədə vurğunun yerini dəyişdikdə məna təhrif olunur,yeni məzmun kəsb edir.
Emfatik vurğu vurğunun xüsusi növüdür.Emfatik vurğu sözün emosional cəhətdən gücləndirilməsini,yaxud oxuyanın bu və ya digər sözlə əlaqədar affektiv vəziyyətini ifadə edir.Əgər məntiqi vurğu diqqəti müəyyən sözə cəlb edirsə,emfatik vurğu onun emosional yükünü artırır.Birinci halda oxuyanın niyyəti,ikinci halda isə hissləri ifadə olunur.Emfatik vurğu zamanı sait səslərin uzanması mühüm rol oynayır.”Əhsən sənəəəə!,Ə-ə-ə-ə-əla!Yaxşı-ı-ı-ı-ı-ı.vaxtımı alma!”

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin