Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə2/71
tarix22.04.2023
ölçüsü302,66 Kb.
#101636
1   2   3   4   5   6   7   8   9   ...   71
M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1

BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir.
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: “Nəyi bilirik”, “Nəyi bilmək istəyirik”, “Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.

Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şa­girdlər cütlər, qruplar halında mətni oxuyur.
Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
Ədəbiyyat dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur.

10.ROLLU OYUN


Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.
11.ANLAYIŞIN ÇIXARILMASI
Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.
12.MÜZAKİRƏ

Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.


Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin