Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Mövzu :3. Yazının düzgünlüyünü təmin edən tələblər



Yüklə 302,66 Kb.
səhifə8/71
tarix22.04.2023
ölçüsü302,66 Kb.
#101636
1   ...   4   5   6   7   8   9   10   11   ...   71
M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1

Mövzu :3. Yazının düzgünlüyünü təmin edən tələblər.
Yazıya verilən texniki tələblər. Kolliqrafiya haqqında ümumi məlumat.Kolleqrafiya və hüsnüxət qaydaları.


  1. Yazının düzgünlüyünü təmin edən tələblər.

  2. Yazıya verilən texniki tələblər

  3. Yazıda genetik prinsip gözlənilməsi

  4. Kolliqrafiya haqqında ümumi məlumat

  5. Kolleqrafiya və hüsnüxət qaydaları


Ədəbiyyat

  1. Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997,2012

  2. Y.Ş.Kərimov. Savad təliminin metodikası. Bakı, 1996.

Y.Ş.Kərimov, T.Sadıqov. Hüsnxətt təlimim teodikası. Bakı, 1995.

  1. Yazının düzgünlüyünü təmin edən tələblər.

Altıyaşlılar hərfi onun elementlərini görmədən bütövlükdə qavrayırlar. Buna görə də, həm hərfin elementlərini, həm də özünü təhrif edirlər. Buna yol verməmək üçün hazırlıq dövründə şagirdlərə hər bir hərfin ilkin təhlili və tərkibi öyrədilməlidir.
Bu məqsədlə hər bir hərfin konfiqurasiyasının öyrədilməsi böyük əhəmiyyət kəsb edir. Bunun üçün müəllim hər dəfə hərfin yazılma prosesini – haradan başlanıb harada qurtarmasını göstərən cədvəldən istifadə etməlidir. Məs,qeyd edək ki, iş dəftərində bu xüsusi göstərilmişdir. Müəllimə bu işə şagirdlərin diqqətini cəlb etmək qalır.Tədricən şagirdlərə hər bir hərfi necə yazdıqlarını, onları sözdə digər hərflərlə necə birləşdirdiklərini öyrətmək də zəruridir. Bu zaman hər bir hərfin özündən əvvəl və sonra qələm müxtəlif formalı bitişdirilmə qaydaları öyrədilməlidir.
Yazının düzgünlüyünün təmin olunmasında mailliyin gözlənilməsi də öyrədilməlidir. İş dəftərlərindəki ilkin çalışmalar, bu vərdişin yaranmasına xidmət edir. Yazıda diqqəti cəlb edən məsələlərdən biri də yazının rabitəliliyinin gözlənilməsidir.
Şagirdlərin rəvan, sürətli və rabitəli yazmalarını təmin etmək üçün onların əl hərəkətlərinə sərbəstlik vermək lazımdır. Yazıda kalliqrafik vərdişlərə düzgün yiyələnən şagirdlər sonrakı rabitəli yazılarda çətinlik çəkməmələri aydın məsələdir.

  1. Yazıya verilən texniki tələblər.

Savad təlimi dövründə yazıya texniki tələblər aydınlaşdırılmalıdır:

  1. Yazarkən qələmi rahat, boş tutmaq, şəhadət barmağın sərbəst hərəkətinə imkan vermək lazımdır. Qələmi bərk sıxanda barmaqlar tez yorulur, əl əsir, nəticədə hərfin forması təhrif olunur. Qələm dəftərə bərk basıldıqda maneə artığından sürət azalır.

  2. Hərflərin hündürlüyünün bərabəri gözlənilməlidir.

Düzgündür:
Əli məktəbə getdi.
Səhvdir:
Əli məktəbə getdi

  1. Ayrı-ayrı heca və sözlərdə hərflərin eninə görə bərabərliyi (m hərfi müstəsna olmaqla) təmin edilməlidir.

  2. Yazının sağa tərəf mailliyinə fikir verilməlidir.

  3. Hərflərarasında normal məsafə gözlənilməlidir; hərflə- hərfarasında bir hərfin yarısı eninə (təxminən 1,5-2 mm ) məsafə olmalıdır.

  4. Sözlər arasında normal məsafə gözlənilməlidir.

Sözlə sözarasında bir hərfin eninə məsafə saxlamaq olar.

  1. Yazarkən sətir xətti gözlənilməlidir. Yəni sətir xəttindən aşağı və ya yuxarı çıxmaq olmaz.

  2. Hecalar və sözlər imkan daxilində rabitəli yazılmalı, qələm mümkün qədər dəftərdən ayrılmamalıdır.

Belə qaydalar şagirdlərdə aydın, səliqəli, düzgün, sürətli və gözəlyazmaqvərdişləriaşılayır.


  1. Yüklə 302,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin