2. Nüvə silahının zədələyici amilləri. Zərbə dalğası və işıq şüalanması.
Nüvə partlayışı nəticəsində 5 cür zərərli amil yaranır ki, bunlara da nüvə silahının zədələyici amilləri deyilir. Nüvə partlayışının zədələyici amilləri aşağıdakılardır.
zərbə dalğası; işıq şüalanması, nüfuzedici radiasiya yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu.
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 5%-i nüfuzedici radiasiyanın, 7%-i yerin radioaktiv zəhərlənməsinin və 3%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur.
Z ərbə dalğası – partlayış mərkəzindən hər tərəfə çox yüksək surətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq ( Pf), dalğanın surət təzyiqi ( Psür ) və izafi təzyiqin təsir müddətidir. (Vt).
İ zafi təzyiq ( Pf ) – yaranmış maksimal təzyiq (Pmax) ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin (PA) fərqinə bərabərdir: Pf = Pmax - PA İzafi təzyiq hər sm2 düşən kiloqram – qüvvə (kqq- sm2 ) ilə ifadə edilir. İzafi təzyiq həmçinin (N/m2) və Pa ilə də ölçülür.
1 Pa=1 N/m2, 1kPa ≈0,01kqq/sm2 Mühafizə olunmayan adamlar 0,2 – 0,4 kqq/ sm2 (20-40 kPa) izafi təzyiq zamanı yüngül zədələnməyə, 0,4 – 0,6 kqq/ sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1,0 kqq/ sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1,0 kqq/ sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə istifadə etmək mümkündür.