Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə1/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   70

Mövzu: 1. Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri
Mühazirənin planı.
1. Mülki müdafiənin (MM) yaranma tarixi.
2. MM Qanunu haqqında anlayış.
3. MM-nin təşkili və ona rəhbərlik.


1. Mülki müdafiənin yaranma tarixi.

Müasir dövrdə MM-nin rolunu, onun əhəmiyyətinin aydınlaşdırmaq üçün ММ-nin keçmişinə, yaranma tarixinə nəzər salaq.


Mülki müdafiə təşkilatı ilk dəfə Fransanın Paris şəhərində 1931 –ci ildə tibb generalı Corc Sant Pol tərəfindən yaradılmışdır.
03 noyabr 1993-cü il tarixindən Azərbaycan Respublikası bu təşkilatın üzvüdür. Beynəlxalq MM təşkilatı 1972-ci ildən fəaliyyət göstərir və onun qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Beynəlxalq MM təşkilatı Baş Qərargahının qərarı ilə hər il mart ayının 1-i Ümumdünya MM günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini MM xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.
1932-ci il oktyabrın 4-də SSRİ Xalq Komissarlar Soveti Sovet İttifaqının hava hücumundan müdafiəsinin (HHM) vəzifələri ilə yanaşı hava hücumundan yerli müdafiəin (HHYM) məqsədi, vəzifələri, təşkilati quruluşu və fəaliyyət sahələri ilk dəfə olaraq müəyyən edilmişdir.
O dövrdə HHYM – nin fəaliyyətinə bilavasitə Fəhlə-kəndli Qızıl Ordusunun HHM idarəsi rəhbərlik edirdi.
Yaradılmasının ilk günlərindən başlayaraq yerli hava hücumundan müdafiənin fəaliyyəti ən humanist bir məqsədə - adamların həyatının xilas olunmasına yönəldilmişdir.
Bu qurumun humanistliyi, insanpərvərliyi 1941-1945-ci illərin müharibəsi dövründə özünü daha parlaq surətdə göstərdi.
II dünya müharibəsinin genişlənməsi, faşist almaniyasının Sovet İttifaqına real basqını təhlükəsi yaranması ilə əlaqədar olaraq, hava hücumundan müdafiəsinin möhkəmləndirilməsi məqsədi ilə HHYM SSRİ Xalq Daxili İşlər Komissarlığının tabeliyinə keçirildi və SSRİ Xalq Daxili İşlər Komissarlığının nəzdində Yerli HHM Baş İdarəsi yaradıldı.
50-ci illərin sonu – 60-cı illərin əvvəllərində HHYM sisteminin inkişafında yeni vacib bir dövr başlandı.
Raket-nüvə silahının meydana çıxması, bu silahın işlədilməsi təhlükəsi ölkə arxasının müdafiəyə hazırlanmasının kəskin surətdə gücləndirilməsini tələb etdi. Müasir KQS-nın və onları hədəfə çatdıran güclü vasitələrin yaradılması arxa ilə ön cəbhə arasındakı fərqi əməli olaraq aradan götürdü. Buradan da ölkənin bütün ərazisindəki hər bir şəhərdə, hər bir obyektdə mühafizə tədbirlərinin yerinə yetirilməsi zərurəti yarandı.
Müasir müharibələr şəraitində dövlətin fəaliyyətini təmin etmək üçün, prinsipcə yeni mühafizə sisteminin yaradılması zərurəti meydana gəldi.
HHYM sistemi əsaslı surətdə yenidən təşkil edildi. 1961-ci il iyul ayında onu Mülki Müdafiə əvəz etdi. SSRİ MM rəisi vəzifəsi təsis edildi. SSRİ MM qərargahı, habelə bütün müttəfiq və muxtar respublikalarda, ölkə, vilayət, şəhər və rayonlarda, iri təsərrüfat və istehsalat obyertlərində MMQ-ları yaradıldı.
Respublikamız müstəqillik əldə etdikdən sonra müasir dövrün tələblərinə cavab verə biləcək bir qurumun yaradılması zərurəti yarandı və 1992-ci il iyulun 31- də Respublika Prezidenti “Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamə təsdiq edilməsi barədə” Fərman imzaladı.
1997-ci ildə Azərbaycan Respublikasının Mülki Müdafiə Qərargahı bir MM İdarəsi kimi Müdafiə Nazirliyinin tabeçiliyinə keçirildi. Elm və texnikanın sürətlə inkişaf etdiyi bir zamanda təbiidir ki, MM-nin qarşısında duran vəzifələr də daim dəyişir və konkretləşir. Bu səbəbdən də, 31 dekabr 1997-ci il tarixində Respublika Prezidenti tərəfindən Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Qanun imzalandı.
Respublikamızın seysmik zonada yerləşməsi, həmçinin FH-in qarşısının alınması və nəticələrinin aradan qaldırılması prosesinin vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 16 dekabr 2005-ci ildə Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi (FHN) təşkil olunmuş, onun maddi-texniki bazası gücləndirilmlşdir.
Həmin vaxtdan da MM İdarəsi Müdafiə Nazirliyinin tabeçiliyindən Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə keçirildi.
19 aprel 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir.
FHN-nin MM idarəsi hal-hazırda bu nazirliyin tərkibində 31 dekabr 1997-ci il tarixində təsdiq olunmuş MM haqqında Qanunda göstərilən vəzifələri yerinə yetirməklə öz fəaliyyətlərini davam etdirir.
Fövqəladə Hallar Nazirliyi MM sahəsində dövlət siyasətini həyata keçirən, əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğınlardan qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Hazırda respublikamızda fəaliyyət göstərən MM-nin yaranması belə uzun bir tarixi yol keçmişdir



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin