4. MM qərargahları. MM qərargahlarının əsas vəzifəsi. MM tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət etmək üçün yerlərdə MMQ-ları yaradılır. MM sistemində təsərrüfat obyektləri mühüm yer tutur. Təsərrüfat obyektləri MM-nin təşkilində vacib rola malikdir və əsas mərhələdir. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. Obyektdə MM-nin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri məsuliyyət daşıyır. MM tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə MM – fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin FH-da sabit işləməsi üçün şərait yaratmaq və vaxtında Xvə DTİ görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır. Obyektin rəhbərinə MM üzrə kömək göstərmək məqsədilə onun müavinləri olur. Obyektin MM rəhbərliyinin yanında MMQ yaradılır. Qərargah MM-nin idarəetmə orqanı olub, obyektdə MM məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah MM üzrə ştatlı işçilərdən və öz işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
Şəhərin (rayonun) icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah r-n icra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirir. Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).
Şəhər (rayon) qərargahının əsas vəzifələri:
- rayonun MM planını işləyi hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək;
- əhalini, istehsal sahələrini qorumaq və zərərçəkmiş şəhərlərə yardım göstərmək üçün MM döyüş hazırlığını təmin etmək;
- əhaliyə MM siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arası-kəsilmədən idarə olunmasını təmin etmək;
- kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərliyi həyata keçirmək;
- əhalinin və təsərrüfat obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh dövründəki FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
- MM xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmə və onun keçirilməsinə nəzarət etmək;
- rayonun ərazisində yerləşən obyektlərin MM hazırlığına nəzarət etməkdir.
Obyekt rəhbərlərinin MM üzrə iş qovluğunda aşağıdakı sənədlər olmalıdır:
1. FH zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas MM tədbirlərinin təqvim planı;
2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli;
3. İşçilərin FMV, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ilə təmin olunması cədvəli;
4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli;
5. Fövqəladə hadisəıər nəticəsində yarana biləcək vəziyyət (obyektin planında);
6. Xəbərdarlıq və rabitənin təşkili sxemi;
7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə);
8. İşçilərin GTZM təhlükəsi yaranmış zonalardan çıxarılmasının (köçürülməsinin) hesabatı (aidiyyatı üzrə);
9. FH-ın nəticələrinin aradan qaldırılmasına cəlb olunan MM qüvvə və vasitələrinin hesabatı.
MM planının ıcrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında həyata keçirilir.