Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Azəbaycan Respublikasının mülki müdafiəsinin əsas məqsədi aşağıdakılardır



Yüklə 0,67 Mb.
səhifə3/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
Azəbaycan Respublikasının mülki müdafiəsinin əsas məqsədi aşağıdakılardır:
1. FH-ın qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2. FH zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3. FH-ın və onların nəticələrinin aradan qaldırılması.
Azəbaycan Respublikasında ММ ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilmişdir:
1. Ərazi prinsipi. Bu prinsip MM tədbirlərinin pespublikanın bütün ərazisini əhatə etməsini göstərir;
2. Fərqli və kompleks yanaşma prinsipi. Bu prinsipdə göstərilir ki, hər bir bölgənin, rayonun, şəhərin, obyektin və s. coğrafi, iqtisadi, hərbi-strateji və digər xüsusiyyətləri nəzərə alınmaqla MM tədbitləri fərqli surətdə planlaşdırılır və kompleks şəklində yerinə yetirilir;
3. Kütləvilik və məcburilik prinsipi. Bu prinsip MM tədbirlərinin pespublikanın bütün əhalisini əhatə etdiyini və məcburi xarakter daşıdığını göstərir;
4. Dərhal xəbərdarlıq prinsipi. Bu prinsip baş verə biləçək və ya baş vermiş FH-lar barəsində respublika əhalisinin dərhal xəbərdar edilməsini nəzərdə tutur;
5. Daimi hazırlıq prinsipi. Bu prinsip MM qüvvələrinin baş verə biləçək və ya baş vermiş FH-lar zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə ilmasını nəzərdə tutur;
6. Qarşılıqlı əlaqə prinsipi. Bu prinsip MM-nin təmin edilməsində iştirak edən idarəetmə orqanları ilə MM qüvvələrinin qarşılıqlı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinin vacibliyini göstərir.
Göründüyü kimi MM-nin altı əsas prinsipinə sözsüz əməl edilməsi hər cür fövqəladə şəraitdə əhalinin mühafizəsi, istehsalat və təsərrüfat obyektlərinin normal fəaliyyəti üçün əsaslı təminat verir. Bu vəzifələr pespublikanın bütün dövlət hakimiyyəti və idarəetmə orqanları, birlikləri, idarə və təşkilatları, eləcə də bütün mülkiyyət formalarına aid olan digər müəssisələr, habelə vəzifəli şəxslər və vətəndaşlar tərəfindən yerinə yetirilir.
Azərbaycan Respublika vətəndaşlarının MM üzrə vəzifələri aşağıdakılardan ibarətdir:
1. MM üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq;
3. FH-lardan əsas mühafizə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4. FH zamanı müəyyən olunmuş davranış qaydalarına riayət etmək;
5. İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onları tətbiq etməyi
bacarmaq:
6. MM işarə və siqnallarını bilmək və onlara uyğun hərəkət etmək;
7. Baş verə biləcək və ya baş vermiş FH-lar barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8. ММ üzrə onlara tapşırılmış işləri vicdanla yerinə yetirmək;
MM haqqında Qanunda mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərin MM üzrə vəzifələri aşağıdakı kimi göstərilmişdir:
1. İqtisadi və sosial inkişaf proqramlarında MM üzrə zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;
2. İşçilərin (təhsil alan şəxslərin) FH-lardan mühafizəsi üzrə tədbirləri maliyyələşdirmək;
3. FH-ların nəticələrinin aradan qaldırılması məqdədilə maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
4. Baş verə biləcək və ya baş vermiş FH-lar haqqında yerli xəbərdarlıq sistemi yaratmaq və onu saz vəziyyətdə saxlamaq;
5. İşçiləri (təhsil alan şəxslərin), habrlə bilavasitə yaxınlıqda yaşayan əhalini baş vermiş və ya baş verə biləcək FH-lar haqqında xəbərdar etmək və adamları təhlükəsiz ərazilərə çıxarmaq;
6. MM planına uyğun olaraq mövcud olan qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Azərbaycan Respublika vətəndaşlarının MM üzrə hüquqları aşağıdakı kimi göstərilmişdir:
1. FH-lar baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2. FH-lar baş vermiş ərazilərdə fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
3. FH-ların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən olunmuş qaydada iştirak;
4. ММ məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
5. FH-lar nəticəsində səhhətinə və əmlakina dəymiş ziyana uyğun ödənclər almaq;
6. FH-lar baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin