Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə9/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt müxtəlif operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindənəhalini xəbərdar etmək, habelə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal raketlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.
MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur.
Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.
Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım (translyasiya) şəbəkəsi və sirenalar daxildir. Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, obyektləri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə çatdırmaqdır.
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir.
Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri yaradılır. Xidmətin rəisi vəzifəsinə xidmət yaradılan müəssisənin, bölmənin (rabitə qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə rabitə və xəbərdarlığın təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanması, avadanlı-ğın təmir olunması üçün cavabdehdir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin