Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


MM siqnalları və əhalinin davranış qaydaları



Yüklə 0,67 Mb.
səhifə11/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
6. MM siqnalları və əhalinin davranış qaydaları.
Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki müdafiənin ən əsas vəzifələrindən biridir. Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və yayılma surəti nəzərə alınmaqla müəyyən edilir. Ümumiyyətlə MM sisteminində aşağıdakı xəbərdarlıq siqnallarından istifadə edilir:
1) hamıya diqqət
2) hava həyəcanı
3) hava həyəcanı sovuşdu
4) kimya həyəcanı
5) radiasiya təhlükəsi
Lakın bütün hallarda təhlükə haqqında xəbərdağlığın əsas vasitəsi radio və televiziya şəbəkəsidir. Adamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda sirenlərdən, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır.
Bu həyəcan siqnallarını eşidən kimi hamı dərhal radio və televizorları qoşaraq hökümət orqanlarının, mülki müdafiə gərargahının fövqəladı hadisə barədə verdiyi xəbər və məlumatləri diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir.
Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Hamı bilməlidir ki, xəbərdarlıq siqnalları sülh və muharibə dövründəki fəlakətlər zamanı verilir. Ancaq bunların biri digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir.
Öncə qeyd edək ki, bir sıra təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Məsələn, yaz daşqınlarının ehtimalı bir ay qabaqcadan bəlli olur və bu barədə müvafiq tədbirlər görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bəzən 1-2 saat qabaq xəbər çatdırmaq olar.
Belə bir vacib cəhətə də qeyd edək ki, müharibə zamanı adamlar hər cür ekstremal hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət edirlər. Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətindən asılı olaraq «hamının diqqətinə» siqnalından sonra mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır.
Muharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur.
Müharibə zamanı düşmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verilir, bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq siqnllarından istifadə olunur. Belə hallarda «hamının diqqətinə» siqnalından sonra yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyacanı» qurtardı, «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnalları verilə bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Bu, tələfatı xeyli azalda bilər.
Əgər uzun müddətli siqnallar verilərsə (elektrosirenalar, müəssisələrdən verilən fit səsləri və s.) bu «HAMİNIN DİQQƏTİNƏ» xəbərdarlıq siqnalıdır, ardınca məlumat verilməyini gözləmək lazımdır. Sonra yerli idarəetmə orqanları, FHN idarə etmə orqanları kütləvi informasiya vasitələrindən istifadə edirək baş verən FH barədə və yaranmış vəziyyətdə necə hərəkət etmək barədə məlumat verir. «HAMININ DİQQƏTİNƏ!» siqnalını eşidən kimi, dərhal radio və televizor elekrtik xəttinə qoşulmalıdır.
Səs siqnalından sonra əhaliyə ekstren olaraq başvermiş FH, yaranmış vəziyyət, əhalinin davranış qaydaları barədə nitqlə məlumat verilir. Verilmiş məlumat və davranış qaydalarına uyğun hərəkət edilməlidir.
FH aradan qaldırılması dövründə kümləvi informasiya vasitələri daima elektrik xəttinə qoşulu vəziyyətdə olmalıdır. Yerli radiotranslyasiya şəbəkələri fasiləsiz iş rejiminə keçirilməlidir.
Əgər elektrik enerjisi olmazsa müstəqil enerji mənbəyindən istifadə edilməlidir.
Hava həyəcanı siqnalı xəbərdarlıq edir ki, düşmənin hava basqını gözlənilir. Öncə sirenlər bunu «Hamının diqqətinə!» çatdırır. Sonra isə radio-televiziya ilə belə bir elan verilir. «Diqqət! Diqqət! Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar, hava həyəcanıdır! Hava həyacanı bu elan! Bu elan bir neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verilir.
Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, işığı söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım vasitələrini götürüb ən yaxındakı sığınacaga getməlidirlər. İstehsalatda olan bütün aqreqatları dayandı-rılmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş qaydada hər bir briqada və növbə onlar üçün nəzərdə tutulmuş sığınacağa getməlidir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji xətti dayandırmaq mümkün deyilsə, onlar nisbətən təhlükəsiz iş rejiminə keçirilir, əvvəlcədən təyin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin adamlların qorunması üçün müvafiq yerlər düzəldirlər.
«Hava həyəcanı» zamanı bütün tədris müəssisələrində məşğələlər dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kino-teatrlarda, bazarda, mağazada və s.), nəqliyyat vasitələrində olanlar yaxındakı daldalanacağa getməlidirlər. Əgər belə sığınacaq yerləri yoxdursa daldalanmaq üçün yeraltı keçidlərdən, tunellərdən və s. istifadə etəmək lazımdır.
«Hava həyəcanı» zamanı kəndlərdə əhali ailə daldalanacaqlarına yıgılmalıdır. Mal-qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Hava həyəcanı vaxtı örüşlərdə olan naxır və sürüləri yaxşı olar ki, meşələrə sürsünlər. Çöl şəraitində mal-qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq sahələrdə qalmasın. Bütün hallarda yalnız «hava həyəcanı qurtardı» siqnalı verildikdən sonra daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səsucaldan qurğular vasitəsilə elan edilir: «Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı qurtardı!.»
Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə «Hava həyəcanı qurtardı!» siqnalı verilir. Belə hallarda sığınacaqlarda qorunanlara vəziyyətlə əlaqədər olaraq məlumat və davranış qaydaları barədə tövsiyyələr verilir. Xatırladak kı, bu zaman yerli mülki müdafiə orqanının göstərişlərini dəqiq yerinə yetirmək son dərəcədə zəruridir. Əks təqdirdə adamlar radioaktiv və ya kimyəvi zəhərlənməyə məruz qalırlar.
«Kimya həyəcanı» siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud belə zəhərlənmələr bilavasitə aşkar edildikdə verilir.
Diqqətlə verilən məlumatı dinləmək lazımdır. Təşvişə düşmək olmaz. Tənəffüs üzvlərini nəm dəsmal və ya paltarla örtmək və zəhərlənmə zonasından çıxmağa çalışmaq lazımdır, əgər mümkün olmazsa, binaların yuxarı mərtəbələrində sığınmaq lazımdır; əgər evdə olarkən siqnal verilərsə, yenə də nəm dəsmal və ya paltarla tənəffüs üzvlərini mühafizə edin və yalnız bundan sonra mənzili hermetikləşdirin. Daha sonra FHN və ya yerli orqanların kütləvi informasiya vasitələri ilə verilən məsləhətlərə uyğun hərəkət etmək lazımdır. (əgər zəhərləyici maddə xlordursa, nəzərə almaq lazımdır ki, o binaların aşağı mərtəbələrinə və zirzəmilərə çökür; ona görə də pambıq-tənzif sarğısını 2%-li soda məhlulu ilə isladıb tənəffüs üzvlərini mühafizə vasitəsi kimi istifadə etmək lazımdır.)
Kimyəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onlar hansı istiqamətdə getmələrini mülki müdafiə və ya polis postu işçiləri göstərirlər. Onlar olmadıqda adamlar zəhərlənmə zonasından küləyin səmtinə perpendikulyar istiqamətdə çıxmalıdırlar. Bundan sonra adamlar sanitariya təmizlənməsindən keçməlidirlər.
Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çıxmasına yol verilmir. Çünki belə sahələrdə karantin və ya observasiya rejimi qoyulacaq, adamların sonrakı davranış qaydaları müəyyən ediləcək. Qeyd etdiyimiz kimi kəndlərdə daldalanmaq üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. İçəridə ailənin rahatlığı üçün hər cür şərait yaradılmalı, radio və televiziya qurğularının işlədilməsi təmin edilməlidir. Çünki, hadisələrin gedişi, habelə kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşması barədə məlumat və ya ondan sonrakı davranış qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.
«Kimya həyəcanı» siqnalı verilərkən mal-qaranın da qayğısına qalmaq vacibdir. Ərzaq və yem ehtiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq tədbirlər götürülməlidir.
«Radiasiya həyəcanı» siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. «Hava həyəcanı və «Kimya həyəcanı siqnalları siqnalları zamanı olduğu kimi «Radiasiya təhlükəsi gözlənildikdə də öncə «Hamının diqqətinə!» siqnalı, sonra isə «Radiasiya təhlükəsi məlumatı verilir. Bu zaman bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. Sonra belə elan verilir: «Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi!.» Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin davranış qaydaları haqqında Mülki müdafiə qərargahının tövsiyələri və göstərişləri əhaliyə çatdırılır.
Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça maska və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya daldalanacağına getməlidirlər.
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmasının qarşısını almaqdır.
Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət etməyə borcludur.
Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yapışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qorumaq vacibdir; çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarlarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır. Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi məsləhət görülür.
Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır.
Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı, iştahasızlıq, ürək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirilməli, şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qab-qacağı, mebeli və mənzili dezinfeksiyadan keçirmək lazımdır.
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir. Əgər zərərverici amillərin təsirinə məruz qalmışsınızsa, o zaman «hamıya diqqət!» siqnalını gözləmədən, dərhal əvvəlki bilgilərinizə uyğun hərəkət edin.
Verilən məlumatı diqqətlə dinləmək lazımdır. Əgər təxliyə elan olunarsa dərhal elan olunan yerə getmək lazımdır. Özünüzlə sənədləri, tualet ləvazimatını, isti geyim əşyalarını bir günlük ərzaq və su ehtiyatı götürmək lazımdır. Bütün bu əşyaları elə çantaya yığmaq lazımdır ki, lazım gələrsə onu uzun müddət gəzdirmək asan olsun.
Eşitdiyiniz məlumat barədə qonşulara xəbər verin, təxliyə olunacaq yerə getdiyiniz yol boyunca da bu barədə hər kəsə məlumat verin. Hər dəqiqəni dəyərləndirməyə çalışın.
Əgər subasmış ərazidə olsanız, sənədləri və lazımi əşyaları yuxarı mərtəbələrə daşımaq lazımdır.
Əgər subasma zamanı meşədə, çöllükdə olsanız, hündürlüyə qalxmaq lazımdır. Əgər su axınına düşsəniz əlaltı vasitələrdən istifadə edərək su üzərində qalmağa çalışmaq lazımdır.
Nəzərə almaq lazımdır ki, FH zamanı yaranan vəziyyətdən asılı olaraq verilən məlumatlar dəyişir və buna görə də daima verilən məlumatları diqqətlə dinləmək lazımdır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin