2. FH-rın baş vermə səbəbləri və onların nəticələri
Təbii fəlakətlər insanların yaratdığı ən qüdrətli silahlardan daha çox dağıdıcı qüvvəyə malikdir. Müqayisə üçün bildirmək lazımdır ki, bir tropik sunami siklonu Xirosimaya atılan atom bombasından 15 dəfə güclü ola bilər. Təbii vulkan püskürmələri beş min atom bombasına ekvivalent tutula bilər.
Sənaye inkişaflı ölkələr və həmçinin müasir Azərbaycan üçün təbii-texnogen aləmdə təhlükənin günbəgün artması artıq xarakterik bir haldır. Son 10 ildə dünya miqyasında baş vermiş iri miqyaslı qəzalar təbii fəlakətlər minlərlə insan həyatına son qoymuş və ətraf mühitə bərpaedilməz təsirlər göstərmişdir.
Təbii fəlakətlərdən zərərçəkənlərin sayı ildə təxminən 9% artır. FH-rın nəticələrinin aradan qaldırılması üçün sərf edilən xərclər milyard dollarla ölçülür.
Təbii xarakterli fəlakətlər davametmə müddətinə görə iki cür olur:
Qəflətən baş verənlər (zəlzələlər, qasırğalar və s.)
Uzunmüddətli davam edənlər (epidemiyalar, epizootiyalar, daşqınlar və s.)
Təbii fəlakətlər yaranma səbəbinə görə də iki yerə bölünür:
Təbii amillərlə bağlı olanlar
Antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)
Təbiətin ən amansız şıltaqlığı olan zəlzələlər zaman zaman bütün ölkələrə öz ziyanını göstərmişdir. Zəlzələlər təbii səbəblərin yaratdığı yeraltə zərbələr və Yer səthinin titrəyişidir. Respublikamızın demək olar ki, bütün əraziləri zəlzələ təhlükəli sayılır. 1989-cu ildə hazırlanmış seysmik xəritəyə əsasən respublikanın hər yerinə 8 ballı, Şamaxı – İsmayıllı, Şəki – Balakən, Gəncə - Göygöl və Naxçıvan MR-nın rayonları isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimizin ¼-ni təşkil edir ki, burada da əhalinin təxminən 20%-i yaşayır.
Azərbaycanda baş vermiş ən yüksək maqnitudalı 10 zəlzələnin ən çox bal gücü 6,9 bal (Şamaxı – 1667) r bal gücündə, ən az bal gücü 5,4 bal gücündə (Ağdaş – 1999) k olmuşdur.
Müəssisə və idarələrdə zəlzələ zamanı bütün işlər istehsal və texnoloji avadanlıqlar dayandırılır, cərəyanın kəsilməsi, havanın, suyun, buxarın və s. təzyiqinin azaldılması üçün tədbirlər görülür. MM hissələrində olan işçilər və qulluqçular dərhal toplanış rayonlarına göndərilir, digər insanlar isə təhlükəsiz yerlərdə qalır.
Tələbə və işçilər iş yerində olanlar məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar. Zəlzələdən qorunma qaydaları hamı üçün mütləqdir. Bu biliklər insanların psixoloji cəhətdən hazırlıqlı olması deməkdir.
Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionau kimi tanınmışdır. Platenimizdə olan 850 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn, kəşfiyyat quyusu rolunu oynayır.Ümumiyyətlə,vulkan və vulkan təzahürlərinə yaxın sahələrdə yaşayış məskənləri salınmamalıdır! Vulkan püskürməsi güclü daşqın,sel axınları,subasma ilə müşayiət oluna bilər.Vulkan püskürməsi zamanı vulkandan və vulkanın yaxınlığındakı çay və dərələrdən uzaq durun.
Respublikanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə təsiri ilə,fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə törədən proseslərdən başlıcası sürüşmələrdir. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələrdə müşayiət olunur.Sürüşmələr əmələgəlmə vaxtına görə qədim və müasir;fəaliyyətinə görə-fəaliyyətdə olan potensial,stabilləşmiş növlərə ayrılır.Bakı şəhərinin ən təhlükəli sürüşmə ərazisi Bayıl zonasıdır ki,1990-cı ildə leysan yağışlarından fəallaşan sürüşmə bu ərazidə yerləşən Xəzər donanmasının hərbi şəhərciyində bir neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa bilməmişdilər. Sürüşmə prosesləri, əsasən, Böyük Qafqazın cənub-şərq qurtaracağı, şimal-şərq, cənub yamacları, Kiçik Qafqaz və Dağlıq Talış bölgələrində daha geniş inkişaf etmişdir. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ təsirinə məruz qalmış obyektlər sırasına qəsəbələr və kəndlər də daxildir.
Sürüşmələrin əmələ gəlməsi yamacı təşkil edən süxurların dayanıqlığının ititrilməsi ilə əlaqədardır. Dayanaqlığın pozulması, yamac meylinin artması, yamacın çöküntü materialları ilə ağırlaşması və süxur müvazinətinin azalması nəticəsində baş verir.
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. Sürüşmələrin yaranmasına təbii və süni faktorlar səbəb ola bilər. Sürüşmələr 100 və daha çox bucaq altında olan yamaclarda baş verir.
Sellər digər fəlakətlər içərisində Azəərbaycanın iqtisadiyyatında ən çox zərər vurur. 18 inzibati rayonun ərazisində yerləşən 500-dən çox şəhər və kənd yaşayış məntəqəsi fasilələrlə və ya mütəmadi sellər tərəfindən dağıntılara məruz qalır. Bunlardan Şəki, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Ordubad və s. kimi iri inzibati rayon mərkəzlərini göstərə bilərik. Sellərin baş verməsi və davamiyyəti, leysan yağışlarından, onların davametmə müddətindən, qar örtüyünün qalınlığı və onun ərimə müddətindən, çay yatağının relyefi və təbii şəraitdən, çayın uzunluğundan, antropogen amillərdən və s. asılıdır.
Azərbaycan tarixində ən dağıdıcı və faciəli sellərdən biri 1910-cu ilin avqust ayında Şəki rayonunun Baş Göynük kəndində baş vermişdir. Gecə vaxtı Şin çayının səviyyəsininqalxması nəticəsində 130 ev dağılıb, 398 nəfər adam ölüb, 10 minlərlə mal-qara tələf olub.