Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə16/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   70
Sürüşmə və uçqunlar adətən dağlıq sahələrdə baş verir. Sürüşmə çox qorxulu hadisədir. Belə sahələrdə və ondan aşağıda yerləşən yaşayış məntəqələrində adamlar, mal-qara, təsərrüfat tikililəri məhv ola bilər.
4. Respublikamızın ərazisi üçün səciyyəvi olan epidemiya, epizootiya və epifitotiya mənbələri.
Bioloji xarakterli FH-rın səbəbləri təbii fəlakətlər, infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla əlaqəli obyektlərdə qəza, eləcə də sərhədyanı əraziləedə baş verən terror və hərbi əməliyyatların nəticəsində ölkəyə daxil olan xəstəlik törədicilərdir.
Bioloji yoluxma zonası – insan, heyvan və bitkilər üçün təhlükəli olan zəhərli bioloji vasitələrin geniş yayıldığı ərazilərə deyilir.
Bioloji yoluxma mənbəyi – canlıların kütləvi yoluxma ərazisinə deyilir. Kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasına – epidemiya deyilir. Yolxucu xəstəliklərin törədicilləri mikroblardır və onların aşağıdakı növləri vardır: bakteriyalar, viruslar, riktersiyalar və göbələkciklər. İnfeksion xəstəliklərin 6 yoluxma mexanizmi mövcuddur:

  1. Qida (dizenteriya, qarın yatalağı)

  2. Su (vəba, qarın yatalağı və s.)

  3. Hava – damcı (meningit, qızılca, qrip və s.)

  4. Hava – toz (sətəlcəm, tetanoz);

  5. Məişət – münasibət əlaqəsi (qrip, sibir xorası);

  6. Canlı ötürücülərlə (bit – yatalaq, gənə - ensafalit və s.)

Epizootiya – rayonda və ya ölkədə heyvanlar arasında xəstəliyin yayılmasıdır. Zərərvericilərin geniş yayılması xalq təsərrüfatına, meşə və kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni zamanda insanların məhvinə də gətirib çıxarır. İnfeksion mənbələrin məhv edilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilir.

  1. Dezinfeksiya – törədicilərin kənar və daxili ərazilərdən, paltarlardan, yataq dəstlərindən və s. məhv edilməsi;

  2. Dezinseksiya – ziyanverici həşəratların məhv edilməsi;

  3. Deratizasiya – gəmiricilərin məhv edilməsi;

İnfeksiya mənbəyi yarandıqda ərazidə karantin və ya observasiya elan edilir.
Observasiya – epidemiya ocağında yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə - profilaktika tədbirləri sisteminə deyilir.
Karantin – yoluxma mənbəyindən əhalinin təcrid edilməsidir. Yoluxma mənbəyi ətrafında mühafizə postları təyin olunur, əraziyə giriş və çıxış qadağan edilir, həmçinin daşınan əmlakın çıxarılmasına icazə verilmir. Sanitar – gigiyena tədbirlərinə sadə qaydalar, yəni şəxsi və ictimai gigiyenaya riayət etmək aid edilir.
Epifitotiya – bitki xəstəliklərinin yayılmasıdır. Bu xəstəliklərə təbiətdə geniş rast gəlinir. Bunlar: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi və s. Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə etmədikdə də bitkilər məhv olar və ya xəstəliklərə məruz qalar.
İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən o cümlədən də dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin