Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Texnogen mənşəli fövqaladə hadisələr



Yüklə 0,67 Mb.
səhifə17/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
5. Texnogen mənşəli fövqaladə hadisələr

Texnogen mənşəli FH dedikdə insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qıza vı fılakıtlır nəzərdə tutulurş Texnogen fəlakət – insan tələfatı, insanların sağlamlığının pozulması, obyektlərin dağılması, yaxud məhv edilməsi, həmçinin ətraf mühitin çirkləndirilməsi ilə nəticələnən nəhəng qəzaya deyilir.


İnsan tələfatı ilə nəticələnən güclü qəzalar faciə (katostrofa) adlanır. Texnogen xarakterli FH - qəzalar, yanğınlar, partlayışlar nəticəsində əmələ gəlir.
Qəzalar – qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur.
Yanğınlar – daha çox nəhəng müəssisələrdə, neft mədənlərində və yaşayış məntəqələrində qəza vəziyyəti yaradır. Yanğına səbəb tezalışan və ya partlayıcı maddələrin dağılması, istixanaların partlaması, elektrik xətlərində qısaqapanma, bəzi kimyəvi maddələrin qarşılıqlı təsiri ola bilər.
İri müəssisələrdə baş verən partlayışlar konstruksiyaların dağılması, yanğınların əmələ gəlməsi, enerji sistemlərinin və zəhərli maddələrin ətraf mühitə yayılması ilə müşahidə olunur.
Dünyada baş verən texnogen mənşəli fövqaladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur. Əldə olan məlumatlara görə, 1992-1998-ci illər ərzində respublikamızda texnogen xarakterli 100-dək FH qeydə alınmışdır.
Bunların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində kimya, neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.
4 dekabr 2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə sualtı qaz kəmərinin zədələnməsi nəticəsində baş verən hadisə zamanı 62 nəfərin xəsarət alması qeydə alınmışdır. Belə ki, onlardan 31 nəfər həlak olmuş, qalanlar isə ciddi zədələrlə xəstəxanalara yerləşdirilmiş, həlak olmuş və itkin düşmüşdür. Böyük iqtisadi ziyan və ətraf mühitin çirklənməsi qeyd olunmuşdur. Xəzər dənizi akvatoriyasında 300 km2 – dən çox ərazidə neft dağılmaları aşkarlanmışdır.
Hidrodinamik qəza – hidrodenamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması və böyük miqdarda nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqaladə vəziyyətdir. Əsas potensial təhlükəli hidrotexniki qurğulara su bəndləri, su buxarıcı və su saxlayıcı qurğular (şlüzlər) aiddir. Yaşayış, sənaye, ictimai bina və tikililərin ani qəflətən uçması, binanın layihələndirilməsi zamanı yol verilən səhvlər, tikinti işləri aparılan zaman layihələrdən kənara çıxmalar, istismar qaydalarının pozulması, eləcə də təbii və texnogen fəlakətlər nəticəsində yaranan fövqaladə vəziyyətdir. Hazırda respublikamızın ərazisində 13 su anbarı istismardadır. Bəndlərin dağılması geniş əraziləri, şəhər və kəndləri, obyektləri fəlakətli su basmasına, insanların və s. məhvinə səbəb ola bilər. Məsələn, Mingəçevir su qovşağının aşağı byefi qəza vəziyyətinə oxşar bir haldadır, bu sahələrdə isə 300 mindən artıq əhali yaşayır.
Müəssisədə çalışan hər bir əməkdaşın işi-qəzalar zamanı davranış qaydalarını bilmək, yaranmış şəraitdə fəaliyyət göstərməyi bacarmaqdır. Qəza zamanı əsas məsələ qəzanın baş verməsi barədə xəbərdarlıqdır. İstənilən obyektin hər bir əməkdaşı və işçisi xəbərdarlıq vasitələrindən istifadə etməyi, yanğınsöndürmə xidmətini çağırmağı bacarmalıdır.
İstehsalat qəzalarının aradan qaldırılması və zərərçəkmişlərin xilas edilməsi üçün ilk növbədə xüsusi dəstələr cəlb olunur, ehtiyac olduqda isə digər əməkdaşların köməyindən də istifadə olunur.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin