Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


MM-nin təşkili və ona rəhbərlik



Yüklə 0,67 Mb.
səhifə4/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
3. MM-nin təşkili və ona rəhbərlik.
Yeni Əsasnamə və Qanunda respublikada MM-nin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların MM üzrə vəzifələri müəyyən edimişdir.
Az. Resp.-nın MM-si - sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
MM üzrə dövlət funksiyalarını Az. Resp.-nın FHN-nin MM sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir.
Az. Resp.-nın MM-sinin əsas vəzifələri aşağıdakılardır:
1. fövqəladə halların nəticələrindən əhalinin və obyektlərin mühafizə edilməsi;
2. sülh və müharibə dövrlərində insanların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
3. fövğəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi;
4. mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanlarının və MM qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
5. sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştrak etmək.
Qanunda MM-nin ümumxalq xarakter daşıdığı təsbit edilir. Bu o deməkdir ki, mühafizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində ölkənin bütün vətəndaşları fəal iştirak etməlidirlər. Yəni hər bir adam, cəmiyyətin hər bir üzvü ailəsini, iş yerini mühafizə etməyə borcludur. Vəzifəli şəxslər isə, öz miqyaslarında MM-nin təşkili və onun bütün tədbirlərinin yerinə yetirilməsi üçün Qanun qarşısında cavabdehdirlər.
Göründüyü kimi, Qanunda FH-larda əhalinin mühafizəsinin təmin edilməsi kimi mühüm bir məsələdə bütün dövlət hakimiyyəti orqanları, istehsalat və təsərrüfat rəhbərlərinin vəzifələri dəqiq göstərilmiş və onların MM üçün qanun qarşısında məsuliyyət daşıdıqları qeyd olunmuşdur.
Qanuna müvafiq olaraq Azəbaycan Respublikasının MM-sinə ümumi rəhbərliyi Azəbaycan Respublikasının Prezidenti həyata keçirir. Azəbaycan Respublikasının MM-sinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və MM-nin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. MM tədbirlərinin planlaşdırılmasının və həyata keçirilməsinin təşkilini, habelə icraya nəzarəti Azəbaycan Respublikasının FH Nazirliyi həyata keçirir.
Azəbaycan Respublikasının FH Nazirliyi Respublikada qüvvədə olan qanunvericiliyə, Prezidentin Fərmanlarına, Nazirlər Kabinetinin qərar və cərəncamlarına və mövcud Qanuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının, şəhərlərin, rayonların, nazirliılərin, dövlət komitələrinin və baş idarələrin MM üzrə fəaliyyətini təşkil edir, əlaqələndirir və ona rəhbərlik edir. Prezident və ya Baş Nazirin tapşıtığı üzrə, həmçinin öz səlahiyyətləri daxilində əmrlər, direktivlər və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır.
Azəbaycan Respublikasının FH Nazirliyinin əmrlərini, direktiv və göstərişlərini yerinə yetirmək sahə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün dövlət, təsərrüfat orqanları, eləcə də digər obyektlər, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icbaridir.
Yerlərdə MM-yə bilavasitə aşağıdakı vəzifəli şəxslər rəhbərlik edirlər:
- Şəhərlərdə, rayonlarda, qəsəbə və kəndlərdə - müvafiq İH Başçıları;
- İstehsalat və təsərrüfat sahələrində - nazirlər, dövlət komitələrinin sədrləri, baş idarələrin rəhbərləri;
- İstehsalat və təsərrüfat obyektlərində - onların rəhbərləri.
MM-nin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar öz səlahiyyətləri daxilində tabeliyindəki bütün idarəetmə orqanları üçün icrası məcburi olan əmrlər, təlimatlar verir, onların icrasına nəzarət edir.
MM tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə MMQ-ları yaradılır.
Həmin qərargahlar müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, şəhər-rayon icra hakimiyyəti aparatının, nazirliılərin, dövlət komitələrinin, baş idarələrin, təşkilatların və digər obyektlərin idarələri (şöbələri, bölmələri, qrupları) hüququna malikdirlər.
Bütün dərəcələrdən olan MMQ-larının əsas vəzifəsi müvafiq ərazi, sahə orqanları rəhbərlərinin səlahiyyətləri dairəsində MM-yə rəhbərlik üzrə tədbirləri hazırlamaqdan və həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Qanunda FH Nazirliyinin səlahiyyətləri də konkretləşdirilmişdir. O respublikanın bütün dərəcələrdən olan MM rəhbərlərinə, eləcə də vəzifəli şəxslərə MM məsələlərinə dair göstərişlər verir və onların yerinə yetirilməsini tələb edir. MM-nin mühüm məsələləri üzrə bilavasitə Azəbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə təkliflər təqdim edir. Qanunda bütün dərəcələrdən olan MM rəhbərlərinin vəzifələri və hüquqları da müəyyənləşdirilmişdir.
Qanunda qeyd olunur ki, MM üzrə vəzifələrini və tədbirləri vaxtında yerinə yetirməyən vəzifəli şəxslər, habelə digər vətəndaşlar Azəbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə inzibati və maddi məsuluyyət və ya cinayət məsuliyyəti daşıyırlar (MM haqqında Qanun. Maddə 21).
MM-nin mərkəzi aparatı, onun bölmələri və MM-nin qoşun hissələri Azəbaycan Respublikası FH Nazirliyinin büdcəsindən maliyyələşdirilir.
Tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə qaydası ilə işləyən təşkilatlarda MM xərcləri onların öz vəsaitləri, həmçinin istehsal və dövriyyə xərcləri hesabına ödənilir.
FH Nazirliyinin bütün strukturlarında, eləcə də MM-nin idarəetmə orqanlarında, qoşun hissələrində və tədris müəssisələrində olan hərbi qulluqçular həqiqi hərbi xidmətdədirlər və onlar Azəbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən şəxslərə bərabər tutulur, hərbi xidmət keçmək, maaş və digər təminat məsələlərində Azəbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
MM işlərinin yerinə yetirmək üçün respublikanın ərazisinin sahələrə bölünməsi Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanununa “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərləri mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Müdafiə Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir. Mülki müdafiə üzrə şəhərlərin üçn qrupu: birinci qrup (1 qrup), ikinci qrup (11 qrup), üçüncü qrup (III qrup) şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələr uyğun olaraq müəyyən edilir. Ən mühüm təsərrüfat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli (XƏ), birinci dəcərəli (I dərəcəli) və ikinci dərəcəli (II dərəcəli) obyektlər. Təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələrin verilməsi bu qaydalara 4 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir. Mülki Müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər: fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilənvacib snaye, nəqliyyat, energetika və rabitə müəssisəsinə, xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazarlarına; su kəməri təsərrüfatlarına və digər dövlət əhəmiyyətli obyektlərə. Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələr elə 25 hallarda verilə bilər ki, omların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun. Özlərinin iqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır. Obyektin ştatlı mülki müdafiə işçiləri belə məşğələ rəhbərləri ilə və ya təlimatıçlarla tədris ilinin əvvəlində bir iş günlük metodik toplamış keçirirlər. Ştatlı mülki müdafiə işçiləri olmayan obyektlərdə belə toplamışlar zona, şəhər, rayon mülki müdafiə icra orqanlarında və kurslarında təşkil edilir. Xüsusi fənn olmaqla mülki müdafiə üzrə məşğələlər bütün ali təhsil məktəblərinin yuxarı kurslarında iki semestr, tibbi biliklərin əsasları isə dörd semestr ərzində keçirilir. Mülki müdafiə kafedraları (kursları) müəllimlərinin bilikləri sahə təkmilləşdirmə tədris müəssisələrində, respublikanın mərkəzi mülki müdafiə kursunda və müvafiq sazişlərə əsasən digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir. Beləliklə, sonda bütün yazdıqlarımi nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, mülki müdafıə respublikamızın ərazisinin bütövlüyünün və orda yaşayan əhalinin sağlamlığını qorumaq üçün dövlət orqanları, fıziki və hüquqi şəxslər tərəfındən görülən dövlət tədbirlər sistemidir. Bu tədbirləri yerinə yetirmək üçün rabitə, xəbərdarlıq, införmasiya, xüsusi fənn, mətbuat və.s kimi vasitələrdən istifadə olunur. Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq deyə bilərik ki, mülki müdafıənin 3 əsas məqsədi var: Hadisələr baş verməmişdən əvvəl praktiki tədbirlərin görlməsi Hadisələr zamanı elə etmək lazımdır ki, dəyən ziyanm miqdarı, həcmi az olsun Hadisələr baş verəndən sonra onun nəticələrini aradan qaldırmaq, yeni tədbirlər görmək və həyata keçirtmək 26 Məqsədi ilə yanaşı həmçinin mülki müdafıənin 3 əsas vəzifəsidə var: Əhalinin mühafızəsi Mülki müdafıə obyektlərinin sülh və müharibə dövrlərində fasiləsiz işləməsi Zədələnmə ocaqlarında xilasetmə və digər işlərin aparılması Mülki müdafıənin müharibə vaxtmdakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafıənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır. Mülki müdafıə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafıə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Mülki müdafıə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğmdan mühafızə işi, dənizdə xilasetmə və s.) mülki müdafıəyə gündəlik rəhbərlik edir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin