3. Radioaktiv çirklənmə. Radioaktiv çirklənmə ocaqlarında qismən və tam sanitariya təmizlənməsi. Dezaktivasiya
Radioaktiv zəhərlənmə - yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hava axınları yerdən toz torpağı göyə qaldırır və onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz torpaq radioaktivləşir və 10-12 dəqiqə ərzində 20 km-dək yüksəyə qalxaraq topa buludla birləşir və nəhəng göbələk şəklini alır. İri toz buludlarının bir hissəsi partlayış rayonunda yerə çökür. Qalan hissələri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən km məsafələrə yayılır. Bu bulud keçən sahələrdə radioaktiv maddələr yerə çökərək havanı, ərazini, binaları, su hövzələrini, əkinləri və s. zəhərləyərək iz qoyur. Partlayış rayonundakı radioaktiv çirklənmənin əsas mənbəyi nüvə reaksiyası nəticə - yaranan və yer səthinin üzərindəki aktivləşdirilmiş olan (Al-28, Mn-56, Na-24, Fe-59) radionuklidlərdir. Zəhərlənmə zolağının zəhərlənmənin gücündən asılı olaraq 4 zonaya bölürlər:
Orta çirklənmə zonası (A)
Güclü çirklənmə zonası (B)
Təhlükəli çirklənmə zonası (V)
Çox təhlükəli çirklənmə zonası (Q)
Radioaktiiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən asılıdır. Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarakterizə olunur və R/saatla ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə 1 saat qaldığı müddət ərzində aldığı şüalanma dozasını göstərir. Radiasiya səviyyəsi 0,5 R/saat və ondan çox olan ərazilər zəhərlənmiş sayılır.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığınacaqlardan və radiasiya əleyhinə daldalanacaqlardan, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Bədənin səthini radioaktiv çirklənmədən adi paltarlarda mühafizə etmək mümkündür. Təhlükəsiz radiasiya dozaları:
Sülh dövründə təhlükəli obyektlərdə işləyənlər 1 il ərzində 5 R (həmin obyektlərin yaxınlığında yaşayanlar 1 il ərzində 0,5 R)
Müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çox dəfəlik dozalar: 1ay ərzində 100 R, 3 ay rəzində 200 R, 1 il ərzində 300 R təşkil edir.
Radiasiya şəraiti yalnız nüvə silahlarının tətbiqi zamanı deyil, AES və ya radioaktiv və kimyəvi maddələrin qablaşdırılması, daşınması, saxlanılması, istifadəsi və emalı zamanı hər hansı qəza hadisəsi baş verdikdə yarana bilər. Bunun qarşısını almaq üçün ərazinin, texnikanın, avadanlıqların, üst-geyimin həmçinin bədənin açıq hissələrinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. Belə ki, zərərsizləşdirmə və təmizləmə işləri mexaniki, kimyəvi və fiziki üsullarla, yaş və quru halda yerinə yetirilir. Zərərsizləşdirməyə zəhərli səthlərin dezaktivasiya deqozasiya və dezinfeksiya işləri aiddir. Bütün bu işlərə birlikdə xüsusi təmizlənmə işləri deyilir.
Xüsusi təmizləmə işləri şəraitdən asılı olaraq həm tam həcmdə həm də qismən yerinə yetirilə bilər. Tam xüsusi təmizləmə insanlar texnika və s. zəhərlənmə ocaqlarından çıxarıldıqdan sonra xüsusi avadanlıqlı məntəqələrdə səthləri ZM tamamilə təmizləmək məqsədilə həyata keçirilir. Qismən təmizləmə isə zəhərlənmə ocaqlarında görülən işləri dayandırmadan yerinə yetirir və çirklənmənin dərəcəsini azaltmağa xidmət edir.
Xüsusi təmizləmə işlərinin müxtəlif növləri mövcuddur. Radiasiya şəraiti zamanı aparılan xüsusi təmizləmə işi dezaktivasiya adlanır. Dezaktivasiya çirklənmiş əşyaların səthindən habelə ərzaq məhsulları və sudan radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır. Dezaktivasiyada əsas məqsəd ionlaşdırıcı şüalanmaların insan orqanizminə zərərli təsirinin qarşısını almaq və ya azaltmaqla insanların təhlükəsizliyini təmin etməkdir. Bunun üçün ən təsirli üsul əşyaların səthinə yapışmış radioaktiv zərrəcikləri su və ya buxar şırnağı yaxud müxtəlif məhlul vasitəsilə yumaqdır. Sərf olunan suya, yaxud dezaktivasiya edici məhlula qənaət üçün fırçalardan istifadə etmək məsləhətdir. Suyun dezaktivasiya edici xassələrini artırmaq məqsədilə sənaye müəssisələrində ona bir sıra kimyəvi maddələr əlavə edirlər.
Dezaktivasiya üçün xüsusi məhlullar da vardır. Dezaktivasiyanın quru üsulu isə, səthlərdən RM-ri mexaniki surətdə süpürməklə, silməklə, çırpmaqla, toz sovuran vasitəsilə sovurmaq və üfürməklə, habelə maddələri məsələn, çörək, kərə yağının üst qatını kəsib atmaqla, tərəvəzin qabığını soymaqla torpağın üst qatını qazıb çevirməklə və s. kənar etməkdən ibarətdir.
Ərzaq məhsullarının və suyun dezaktivasiya işləri onun saxılandığı qabın xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilir. Əvvəlcə tez xarab olan qida məhsulları təmizlənməlidir. Suyu 12-15 saat durultduqdan sonra üst qatını süzüb işlətmək olar. Suyu dezaktivasiya etməyin ən etibarlı üsulu daşdan süzməkdir. Açıq sahələrdə saxlanılan taxılın, otun, alafın üst qatlarını ehtiyatla kənar edirlər. Bütün dezaktivasiya işləri FMV –dən istifadə etməklə yerinə yetirilməlidir.
Mənzili, iş yerini, paltarları, ayaqqabıları digər əşyaları qismən dezaktivasiya edərkən nəinki tənəffüz üzvləri qoruyan fərdi vasitələr həm də rezin əlcək, önlük və çəkmə geyinmək lazımdır.
Güclü radioaktiv çirklənməyə məruz qalan paltarlar və ayaqqabılar xüsusi paltar zərərəsizləşdirmə stansiyalarında tam dezaktivasiya edilir.
Binaların xarici səthləri asfaltvə ya başqa bərk döşəmələr damlar yüksəktəzyiqli su ilə dezaktivasiya edilir. Nəqliyyat vasitələri texnika o cümlədən də şəxsi minik maşınları da şəraitdən asılı olaraq ya qismən ya da tam halda dezaktivasiya edilir.
Minik avtomobilini qismən dezaktivasiya etməyə kabinənin üst tərəfindən başlayırlar və ilk növbədə avtomobili idarə edərkən əl toxunan yerləri, cihazları, dəstəkləri və s. təmizləyirlər. Nəqliyyat vasitələrinin tam dezaktivasiya işləri xüsusi nəqliyyat təımizləmə məntəqələrində yerinə yetirilir və yoxlanılır.