Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Qıcıqlandırıcı təsirli ZM



Yüklə 0,67 Mb.
səhifə38/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
Qıcıqlandırıcı təsirli ZM – Si-Es, adamsit, xlorasetonfenon və s. aiddir. Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi əridicilərdə, asetonda yaxşı həll olunur, torpağı uzun müddət zəhərləyə bilər. Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq və ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəq qalarkən ölümcül zəhərlənmə baş verir.
Si-Es suda pis həll olunan rəngsiz maddədir, spirtdə bir qədər, asitonda, dioqsanda, benzolda yaxşı həll olunur. Ayrezol şəklində tətbiq edilir. Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasına, tənəffüzün çətinləşməsinə səbəb olur.
Xlorasetonfenon bənövşə və ya meşə gilası iyi verən bərk maddədir. Üzvi əridicilərdə yaxşı həll olunur. Suda hətta qaynadılarkən də dağılmır. +200 C buxarlanması 0,105 mq/l -ə bərabərdir, buxarları havadan 5, 3 dəfə ağırdır. Yayda ərazidə bir neçə gün öz təsirini saxlayır.
Botulizm toksini - ən toksiki ölümcül təsirli ağ rəngli kristalik ZM - dir. Onu daha uzun müddət təsir göstərən xüsusi reseptur ki tətbiq edirlər. Zəhərlənmə 30 - 60 saat sonra başlayır. Zədələnmə əlamətləri baş ağrısı, zəiflik, gözlərdə ikiləşmə, qusma, qida borusunun iflicidir. Ölüm mərkəzi sinir sisteminin iflici səbəbindən baş verir.
Paltar və avadanlıqdan toksinlər silkələmə və təmizləməklə kənarlaşdırılır. Dərinin açıq hissələri, əleyhiqazın üst hissəsi fərdi kimya paketinin vasitəsilə təmizlənir. İlkin yardım göstərildikdən sonra zərərçəkmişləri tibb müəssisələrinə göndərirlər.
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki ZM-ri adətən kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir ZM-ri hiss orqanları vasitəsilə aşkar etmək heç də həmişə mümkün deyil. Əvvala onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Bir sıra ZM-rin zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər.
ZM-rin çöl şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edirlər.
Bu üsul ZM ilə ona müvafiq seçilmiş digər xüsusi bir maddənin qarşılıqlı təsiri şəraitində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş reng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümkündür. İstifadə etmək rahat olsun deyə kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni (buna doldurucu maddə deyilir) və müvafiq miqdarda ampulaları şüşə borucuğa yerləşdirirlər. Ətraf mühitin təsirindən qorunmaq üçün borucuğun hər iki ucunun lehmləyirlər. Belə borucuqlar indeqator borucuğu adlanır. İndiqator borucuğu işlədərkən onun uclarını kəsir daxilindəki ampulaları qırır və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər. Bu zaman havnın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya girərək məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının: qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSP-1M və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur.
Qoşun kimyəvi kəşfiyyat cihazı havada ərazidə, texnikanın avadanlığın və başqa əşyaların səthindəki ZM təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə, texnikanın, müxtəlif sursatları səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianit turşusu, xlorsian olub – olmadığı təyin edilir.
Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indeqator borucuqları yığılmış kağız, kaset, tüstü süzgəcləri qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan qızdırıcı yerləşdirilib. Cihazın dəstin kürək (cihazın işlədilməsi, istismarı və zoman tipli ZM – i təyin etmək barədə təlimatda daxildir. Cihazı daşımaq üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır.
UQ-2, UQ-3 tipli səyyar universal qaz analizatorları istehsalat binalarında, havada xlor, amonyak, sulfat anhidridi, hidrogen sulfid, karbon oksidi, azot oksidləri və s. zəhərli qazların konsentrasiyalarını müəyyən etmək üçündür.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin