Karbon monooksid (CO) – dəm qazı müxtəlif növlü yanacağın – neft məhsullarının, odunun, daş kömürün natamam yanması zamanı əmələ gəlir. Kimya sənayesində bu kimyəvi birləşmə aseton, fosgen, metil spirti, metan və s. sintezində tətbiq olunur. Ümumi zəhərləyici təsir göstərir, hemoqlobinə qarşı güclü zəhərdir və qan oksigeni orqanizmin toxumalarının hüceyrələrinə daşıya bilmir, nəticədə başağrısı, huşun itməsi ilə müşayiət olunan “oksigen aclığı” yaranır.
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyaya girən onları zərərsizləşdirən, qeyri - toksik və zəif toksik birləşmələrə çevirən kimyəvi birləşmələrə və ya qarışıqlara deqazasiya maddələri deyilir.Deqazasiya maddələri iki qrupa bölünür:
Əsas xarakterik (hidroliz təsirli) deqazasiya maddələri.
Belə ki, iprit tipli ZM deqozasiya üçün oksidləşmə və xlorlaşma reaksiyalarından, zoman tipli ZM-in deqazasiyası üçün qələvi hidroliz reaksiyalarından, qazların deqozasiyası üçün isə oksidləşmə reaksiyalarından geniş istifadə olunur. Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər. Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki ZM-lə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhsulları ilə təmizlənməsi vasitəsilə əldə edilir. Zəhərlənmiş qurğuları, xüsusən də ağac, dəri, toxuma əşyaları yuxarıdan aşağıya doğru istiqamətdə silib təmizləyirlər. ZM-rin növü müəyyən edilibsə, bu zaman iprit, V-qazı tipli ZM-ri – 1№-li deqazasiya məhlulundan, zoman tipli ZM-lə zəhərlənmədən 2-aş (2-bş) №-li deqazasiya məhlulundan istifadə olunmaqla deqazasiya edirlər. 1№-li və 2-aş №-li deqazasiya məhlulundan istifadə olunduqda səthi deqazasiyaya dərhal nail olunur, amma dərin deqazasiya müəyyən vaxt tələb edir. Məhz bu səbəbdən, texnika və avadanlığın deqazasiyasından sonra təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.
Deqazasiyanın fiziki-kimyəvi üsulu yuyucu məhlullar yaxud həlledicilər vasitəsilə zəhərlənmiş səthdən ZM-rin yuyulmasına əsaslanır. Yuyucu məhlulların (deqazasiyasında) istifadəsində də obyektlərin ilkin zəhərlənmə dərəcəsi 10-100 dəfə azalır, bəzən tam təmizlənir. Yuyucu məhlullar vasitəsilə yalnız səthi deqazasiyaya nail olur. Yuyucu vasitələrdən deqazasiya məhlulları olmadıqda eləcə də 1№-li və 2-aş №-li məhlullarla deqazasiyanı aparmaq məsləhət görüldükdə istifadə olunur. (təyyarələr, optika, rabitə vasitələri və s.) Həlledicilərdə deqazasiyada ZM zəhərsizləşmir, amma həll olunub həlledicilərlə birlikdə zəhərlənmiş səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, spirt daha çox işlədilir. Dixloretan zəhərlidir və onu qapalı yerlərdə işlətmək olmaz. Məsaməli materialların (dəri, ağac və s.) eləcə də rezin əşyaların deqazasiyası üçün həlledicilərdən istifadə etmək olmaz, çünki, həll olunmuş ZM materialın daxilində daha dərin hopacaq. Feqazasiya zəhərlənmiş səthlərdə yuxarıdan aşağıya doğru istiqamətdə icra olunur. Sonra bu səthi qurulayırlar. Belə işlənmə 2-3 dəfə aparılır. Əskilərlə silindikdə 1-2 litr/m2 həlledici, fırçalarla isə 2-3 litr/m2 həlledici sərf edilir.
Deqazasiyanın fiziki üsulu yüksək temperaturlu qaz axınının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-in buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik maşınları vasitəsilə aparılır. Bu üsulla istənilən ZM-ri deqazasiya etmək olur. Nəticədə tam deqazasiya alınır. Tam deqazasiya surətlə gedir, boyaq örtükləri dağılmır, əl əməyi tələb olunmur (məs. avtomobilin deqazasiyası üçün 5-6 dəqiqə tələb edilir).