6. Əhalinin mühafizəsi üzrə MM tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakı prinsipial şərtdir.
Bu hər bir adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı, MM siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə FH-da davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir. Buna MM biliklərini əhaliyə müntəzəm və fasiləsiz surətdə öyrətməklə nail olmaq mümkündür.
3. FH-da əhalinin mühafizəsini təmin edən MM tədbirləri. Sülh və müharibə dövrlərindəki FH-da əhalinin mühafizəsini təmin etmək üçün görülən MM tədbirlərinə aşağıdakılar aiddir .
1. FH barədə əhalinin xəbərdar edilməsi və ya yaranmış şərait barədə ona müntəzəm məlumat verilməsi. Bunlara aşağıdakı yollarla nail olunur:
-əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemlərini əvvəlcədən yaratmaq və daimi hazır vəziyyətdə saxlamaqla;
-mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrüfatı obyektlərinin məhəlli xəbərdarlıq sistemlərini təşkilatı, texniki cəhətdən bir-birinə qoşub əlaqələndirməklə;
-ehtimal olunan daşqın zonalarında , radiasiya və kimyəvi zəhərlənmə təhlükəli müəssisələrdə məhəlli xəbərdarliq yaratmaqla;
Bu məqsədlə ümumdövlət və sahə rabitə sistemlərindən radio, televiziya verilişləri və yerli televiziya şəbəkəsindən istifadə etmək,xəbərdarliq siqnalları üzrə düzgün davranış qaydalarını əhaliyə öyrətmək lazımdır.
2. Ətraf mühitə, ərzaq məhsullarına suya müşahidə və nəzarət aşağıdakı yollarla edilir. Bunlara nail olmaq üçün gigiyena-epidemiya mərkəzlərini, baytarlıq, aqrokimyəvi və obyekt laboratoriyalarını, dövlət hidrometerologiya komitəsi müəssisələrini, radiasiya və kimyəvi müşahidəsi postları cəlb etməklə müşahidə və laboratoriya nəzarəti şəbəkəsi yaratmaq və onları daim hazır vəziyyətdə saxlamaq lazımdır. Eyni zamanda ətraf mühitin vəziyyəti barədə eləcədə yeyinti məhsullarının və ərzaq xammalının, alafın, suyun radioaktiv kimyəvi və bioloji maddələrlə çirklənməsi haqqında məlumatları toplamaq, təhlil etmək, yaymaq lazımdır.
3. MM-in mühafizə qurğuları respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir. Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır:
- şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğulardan kompleks halında istifadə etmək hesabına;
- mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları təbii kaha və mağaraları yoxlamaq və qeydə almaq;
- yaranmış vəziyyəti nəzərə alaraq, zirzəmiləri və digər yeraltı tikililəri daldalanacaq kimi düzəltməklə;
- təhlükəli dövrdə kütləvi surətdə sadə daldalanma yerləri düzəltməklə;
- hökümətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya daldalanacaqları tikməklə;
- bütün MM mühafizə qurğularını əhalinin dərhal daldalanması üçün texniki istismar hazırlığı halında saxlamaqla;
Mülkiyyət formasından asılı olmayaraq bütün mövcud MM mühafizə qurğuları fondundan MM orqanlarının müəyyən etdiyi qaydalar üzrə təsərrüfat, məişət və mədəni məqsədlər üçün istifadə edilir. Onların yenidən quraşdırılmasına icazə verilmir.
4. Əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi.
Təhlükəli rayonlardan və zonalardan(karantin zonasından başqa) əhali onun həyatı və sağlamlığı üçün qorxu yaranan hallarda köçürülür. Təhlükəli rayonlardan bütün əhali və ya əhalinin ayrı-ayrı qrupları köçürülür. Təhlükəli tədbirlərinin təşkili və yerinə yetirilməsi qaydaları FH-da əhalini mühafizə haqqında AR-sı Nazirlər Kabinetinin sərəncamı ilə müəyyən edilir. Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan şəxslər köçürülmür, onlar AR-sı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına gedirlər.
Əhali hər növ nəqliyyat vasitələrindən istifadə edilməklə qısa müddətdə kütləvi surətdə ya da yaranmış vəziyyətdən asılı olaraq mərhələ-mərhələ həm bütün nəqliyyat vasitələrindən istifadə edilməklə, həm də piyada köçürülə bilər. Əhali yerləşdiriləcək rayonlar və köçürmə qaydası hərbi komandanlıq orqanları, müvafiq idarə və müəssisələrlə razılaşdırılır.
5. Tibbi mühafizə tədbirlərinin görülməsi. Əhalinin mühafizəsi üzrə tibbi tədbirlər – adamların zədələnməsinin qarşısını almaq, yaxud zədələnməni zəiflətmək, zərərçəkənlərə vaxtında yardım göstərmək və onları müalicə etmək, FH yaranmış rayonlarda epidemioloji təhlükəsizliyi təmin etmək işlərindən ibarətdir. Bunun üçün fövqaladə vəziyyət yaranarkən kifayət qədər tibbi müəssisələri açmaq tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək, ərzaq mallarına və suya nəzarət etmək, vaxtında tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq, tibbi mühafizə vasitələri ehtiyatları, tibbi və xüsusi avadanlıq və texniki ehtiyatları yaratmaq ,tibb işçiləri hazırlamaq və bütün əhaliyə tibbi sanitariya biliklərini öyrətmək lazımdır.
6. Bioloji yoluxma vasitələrindən mühafizə -yoluxma təhlükəsinin, yaxud faktının ,yoluxmanın növü və miqyasının vaxtında aşkar edilməsindən, habelə inzibati-təsərrüfat, rejimli-məhdudlaşdırma və xüsusi tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir. Bioloji zədələnmə vasitələrindən mühafizə üçün kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək, karantin və observasiya rejimləri qoymaq, yoluxma ocağını zərərsizləşdirmək, təcili və xüsusi profilaktika keçirmək ,xalq təsərrüfatı obyektləri ,tibb müəssisələri və əhali tərəfindən epidemiya əleyhinə rejimə riayət edilməsinə nail olmaq lazımdır.
7. Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi – radiasiya və kimyəvi şəraiti aşkar edib qiymətləndirməkdən, radiasiyadan mühafizə üzrə bir tipli rejimlərin müəyyən edilməsindən,FMV- ri ilə təchizat ,xüsusi təmizlənmə işlərinin təşkili və keçirilməsi tədbirlərindən ibarətdir.Əhalini radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə etmək üçün FMV-ri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ehtiyatları yaratmaq, bunları qoruyub işə hazır vəziyyətdə saxlamaq lazımdır. Həmin ehtiyatların həcmi və saxlanma yerləri mövcudtəhlükəli zonalara müfaviq olaraq fərqli surətdə müəyyən edilir. Bu zaman həmin avadanlıqla ilk növbədə -MM dəstələrinin şəxsi heyəti, zədələnmə ocaqlarında aparılan xilasetmə və təxirəsalınmaz işlərdə iştirak edən qüvvələr, habelə radiasiya və kimya təhlükəli xalq təsərrüfatı obyektlərinin işçiləri və belə obyektlərin ətrafındakı təhlükəli zonada yaşayan əhali təmin edilir.
-radioaktiv və kimyəvi zəhərlənmənin miqyasını, xarakterini və nəticələrini aşkar etmək məqsədilə vaxtında kəşfiyyat aparmaq
-həm müharibə, həm də sülh dövrü üçün yararlı olan vahid növlü mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik cihazları və cihaz dəstləri yaratmaq;
-əhaliyə müəyyən edilmiş qaydada şəxsi istifadə üçün FMV-ri və dozimetrlər almağa imkan yaratmaq;
-kommunal-məişət xidməti və nəqliyyat müəssisələrini, adamların sanitariya təmizlənməsi, paltarların, avadanlığın və nəqliyyatın xüsusi təmizlənməsi işlərinə əvvəlcədən uyğunlaşdırmaq;
-radioaktiv və kimyəvi zəhərlənmə ocaqlarını vaxtında ləğv etmək, zəhərli tullantıları bu məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır.
8. Xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi.
Zədələnmə ocaqlarında ,qəza və təbii fəlakət rayonlarında xəsarət almış adamlara vaxtında yardım göstərmək məqsədilə qısa müddətdə xilasetmə və digər təxirəsalınmaz işlər təşkil edilir və yerinə yetirilir. Bunlar aşağıdakılardan ibarətdir:
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq, zədələnmə ocağını məhdudlaşdırmaq,zərərçəkənlərə yardım göstərmək , təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək, karantin –observasiya tədbirləri və xilasetmə işləri aparılan rayonlarda ictimai asayişi təmin etmək, əhalinin həyatının təmin edilməsi üzrə ilkin tədbirləri həyata keçirmək,epidemiya əleyhinə və sanitariya gigiyena tədbirləri görmək və s. kompleks tədbirlər həyata keçirmək lazımdır.
9. FH-da əhaliyə fəaliyyət və davranış qaydalarının öyrədilməsi. Mühafizə üsulları və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım göstərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı əhaliyə müəssisələrdə, idarə və təşkillatlarda ,habelə yaşayış yerlərində yarana biləcək real təhlükənin xarakterinə uyğun olaraq öyrədilir. Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şərait yaradılır. Yerlərdə ehtimal olunan FH zamanı fəaliyyət və davranış qaydaları qabaqcadan kütləvi informasiya vasitələri ilə yaxud xüsusi yaddaş kitabçaları paylamaqla bütün əhalinin nəzər diqqətinə çatdırılır.