Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Yardımçı vasitələr. FMV-nin saxlanma qaydaları



Yüklə 0,67 Mb.
səhifə57/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   70
4. Yardımçı vasitələr. FMV-nin saxlanma qaydaları.
Yardımçı vasitələr - bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorunmaq üçün adamların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması-kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqla böyük əhəmiyyətə malikdir.
Adamın bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl xüsusi iş paltarlarından –kombinezonlardan, gödəkçə və şalvarlardan, başlıqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları brezentlərdən, odadavamlı və ya rezinləşdirilmiş parçadan, qalın mahuddan və digər möhkəm parçalardan tikilir. Bu cür parçalar nəinki bədənin səthinə radioaktiv və bakterial maddələr düşməsinin qarşısını alır, həm də maye damcıları halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Brezent şeylər maye-damcı halındakı ZM –dən qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Qış paltarları –qalın mahuddan və ya drap parçadan tikilmiş palto digər paltarla birlikdə maye-damcı halındakı ZM-dən 1 saata qədər yayda isə 20 dəqiqəyə qədər, pambıq gödəkçə və şalvar -2 saata qədər qoruyur.
Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin çəkmələrdən ,botilərdən, qaloşlardan istifadə etmək lazımdır. Rezin ayaqqabılar maye-damcı halındakı ZM 3-6 saat ərzində keçirir.
Əlləri mühafizə etmək üçün rezin və dəri əlcəklərdən istifadə olunmalıdır. Yun, iplik və parça əlcəkləri radioaktiv və bakterial maddələrdən mühafizə üçün istifadə etmək olar ki, bunlar ZM-dən qorunmaq üçün yararlı deyil.
Zəhərli sahələrdə qalarkən qadınların şalvar geyməsi məsləhətdir. Boyunu və başın açıq qalan yerlərini mühafizə etmək üçün qalın parçadan və ya sintetik plyonkadan başlıq tikmək məsləhətdir. Qadınlar başlıqlar əvəzinə başlıqlar əvəzinə baş yaylıqları işlədə bilərlər. Radioaktiv tozdan və bakterial maddələrdən qorunmaq üçün evdə tikilən bürüncəklərdən, corablardan və əlcəklərdən istifadə etmək mümkündür.
Yardımçı vasitələrdən radioaktiv,kimyəvi və ya bakterial maddələrlə zəhərlənmə təhlükəsi yaranarkən istifadə edilməlidir.
İdarə və müəssisərəhbərlərinin əsas vəzifəsi–FMV-ri ehtiyatları yaratmaqdan, onların qorunub saxlanmasını, vaxtında əhaliyə paylanmasını və düzgün işlədilməsini təmin etməkdən ibarətdir. Sülh dövründə əleyhqazların və uşaq mühafizə kameralarının lazımi miqdarda ehtiyatı icra hakimiyyəti orqanlarının ,nazirliklər, dövlət komitələri və baş idarələrin vəsaiti ilə xalq təsərrüfatı obyektlərində yaradılır. İşləməyən əhali və uşaqlar FMV-ri ilə hökumətin uzunmüddətli anbarlarından ,işləyən əhali isə iş yerindən təmin edilirlər. Əleyhqazlara tələbat və saxlanılan ehtiyatlar əhalinin sayına görə təyin olunur.
Əleyhqaz və qoruyucu geyim yığılmış yeşikləri qızdırıcı qurğuların yaxınlığında, turşular, yanacaq –sürtkü materialları ,qələvi və s. maddələrlə bir yerdə saxlamaq qəti qadağandır. FMV –ri saxlanılan anbarlar həmçinin yanğından təhlükəsizlik tələblərinə də cavab verməlidir. FMV-ni temperaturu və rütubəti tez-tez dəyişən anbarlarda saxlamaq olmaz, anbar quru, onun damı, divarları, qapı və pəncərələri saz olmalıdır. Burada elektrik işığının olması vacibdir,işıq mənbəyi kimi şamlardan, neft lampalarından, digər açıq alovlu cihazlardan istifadəyə icazə verilmir.
FMV- nin saxlanması zamanı onların keyfiyyətini təyin etmək məqsədilə laboratoriya nəzarəti aparılır. Belə nəzarəti AR-si FH nazirliyinin MM qərargahının kimya-radiometriya laboratoriyası həyata keçirir.Bu laboratoriyanın vəzifələrindən məhz ehtiyatda və xalq təsərrüfatı obyektlərində saxlanılan mühafizə vasitələrinin keyfiyyətini dövri olaraq laboratoriya şəraitində yoxlamaqdır. Dövri yoxlama və sınaq üçün FMV–ri obyektlərdən laboratoriyaya FHN-yi tərəfindən təsdiq olunmuş cədvələ uyğun surətdə göndərilməlidir. Laboratoriya şəraitində nəzarət sınaqları və təkrar sınaqlar zamanı ciddi çatışmazlıq aşkar edildikdə bu əmlak hesabdan silinir və FHN-nin sərəncamı üçün tədris üçün istifadə edilir.
FMV-nin FH-da MM dəstələrinə və əhaliyə verilməsinin konkret qaydaları respublika, şəhər, rayon hakimiyyəti orqanlarının göstərişlərinə əsasən xalq təsərrüfatı obyektləri və mənzil istismar idarələri tərəfindən müəyyən edilir. FMV adətən belə vasitələrin verilməsi məntəqəsində paylanır. İşləyən əhali üçün FMV-nin verilməsi məntəqələri xalq təsərrüfatı obyektlərində təşkil edilir. Məntəqələrin şəxsi heyəti hərbiləşməmiş MM dəstələrinin heyətindən komplektləşdirilir.
Işləməyən əhali üçün FMV-nin paylanması məntəqələri mənzil-istismar sahələrində və tədris müəssisələrində yaradılır. FMV-nin saxlanma yeri fəhlə və qulluqçuların iş yerinə yaxın olmalıdır. Ən əlverişlisi isə hər bir sexdə (şöbədə) xüsusi kiçik anbarların olmasıdır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin