3. Dəri səthini mühafizə vasitələri. Dəri səthinin mühafizə vasitələri -bədənin açıq sahələrini,paltarları, sursatı və ayaqqabları onların səthinə ZM damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv tor düşməsindən, həmçinin qismən də işıq şüalanmasından mühafizə etmək üçün nəzərdə tutulmuşdur.
Bunlara ümumqoşun mühafizə komplekti – OZK, yüngül mühafizə kostyumu – L-1 və əlaltı vasitələr aiddir. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Ümumqoşun mühafizə dəsti bədənin açıq sahələrini ,paltarları, sursatı və s. səthinə ZM damcılarının, radioaktiv tozların düşməsindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur, adətən hopturulmuş üst və alt paltarların üstündən geyilir.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir. Bu paltar dəsti :xüsusi biçimli və xüsusi kimyəvi maddə hopturulmuş parça kombinezondan, habelə kişi alt paltarından, parça şlemaltlıqdan, iki cüt portyonkadan ibarətdir ki, bunların bir cütünə də kombinezona hopturulmuş pasta hopturulur. Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü –boyu 160 sm-ə qədər, ikinci ölçü – boyu 160 sm-dən 170 sm-ə qədər və 3cü ölçü –boyu 170 sm-dən artıq olan üçündür.
Dərini izoləedici mühafizə vasitələri – havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik, həm də qismən, yaxud tamamilə qeyri –hermetik ola bilər.
Yüngül mühafizə kostyumu L-1 rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynək, corablı şalvar, şlemaltlıq, ikibarmaqlı əlcək, boyun klapanı, aralıq kəməri ,çiyin qayışı, qaytanlar və əleyhqaz üçün çantadan ibarətdir. L-1 yüngül mühafizə komplekti dəri səthini radioaktiv tozlardan, yoluxucu xəstəlik törədicilərindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. L-1 yüngül mühafizə kostyumunu geyinərkən şalvarı corabla geyinmək, ayaq qaytanlarını bağlamaq, çiyin aşırımlarını şalvara bağlamaq lazımdır.
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən, habelədeqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən istifadə edilir.
Təcridedici mühafizə paltarlarında qalmaq müddəti məhduddur. Tutqun və küləkli havada, habelə kölgədə işləyərkən mühafizə vasitələrində qalma müddəti aşağıda cədvəldə göstərilənlərə nisbətən 1,5 dəfə artırıla bilər.
Ətraf havanın temperaturundan asılı olaraq adamın təcridedici mühafizə paltarında qalma müddəti