2. Təcridedici əlehqazlar. Respiratorlar və onlardan istifadə qaydaları. Tozdan qoruyan PTM-1 parça maskası
Təcridedici əleyhqazlar (İP-4; İP-46 M, İP-5) və ya təcridedici oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüz orqanlarını ətrafdakı havadan tamamən təcrid edir, nəfəs almaq üçün regenerativ patrondan alınan yaxud oksigen balondan verilən oksigendən istifadə olunur. Belə əlehqaz və cihazlar: havada ZM-in konsentrasiyası çox yüksək olduğu üçün ZM süzücü qutudan keçmək qorxusu yaradan və süzücü əlehqaz etibarlı suurətdə mühafizəni təmin etməyən hallarda; havada karbon 2-oksidin konsentrasiyası yüksək olduqda işlədilir. Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əlehqaz və cihazlar 2 qrupa ayrılır: Kimyəvi əlaqəli oksigenlə və çıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İP-46M əleyhqazları ,ikinci qrupa İP-5,KİP-7, KİP-8 cihazları aiddir
Respirator (R-2) tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə və aerozollarından, habelə zəhərli tüstülərdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Zəhərli maddə buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. R-2 respiratoru yaşlı əhali üçün ,uşaqlar üçün isə R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru 2 filtrasiya edici sıxıcı ilə təchiz olunmuş yarımmaskadan nəfəs almaq və nəfəs vermək üçün klapanlardan,başlıqdan burun sıxıcıdan ibarətdir. R-2 respiratorundan dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür. R-2 respiratoru üç (1,2,3) ölçüdə buraxılır və çəkisi 60 q-dır. Lazım olan respiratoru seçmək üçün üzü xətkeşlə ölçürlər. Ölçmə çənənin alt nöqtəsindən gözlər arasındakı çökək olan nöqtəyədək məsafədə aparılır. Ölmənin nəticəsi 109mm-ə qədər olarsa 1-ci ölçülü, 109-119mm-ə qədər olarsa 2-ci və 119mm-dən çox olarsa 3-cü ölçülü respirator lazımdır. R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulmuşdur, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saaat ərzində mühafizəni təmin edir. Respiratorun saxlama müddəti 5-7 ildir.
Bunlardan əlavə toz, qaz, qaz-toz əleyhinə respiratorlar, RU-60M, U-2PQ, U-K və s.ilə sənaye respiratorlarından da istifadə edilir.
Əleyhiqaz və respirator olmadıqda yüngül pambıq və tənzif sarğısından (PTS) və ya tora qarşı parça maskadan (TPM) istifadə etmək olar. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə tordan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.
Tozdan qoruyan PTM-1 parça maskası 2 əsas hissədən - maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerlərinə şüşə lövhəcikləri (eynək) salınır. Maska yan kənarları boyu tikilmiş parça zolaq vasitəsilə başa geyilir. Nəfəsalma zamanı parçanın qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parçadan hazırlanır. Onun orta hissəsini 30x20 sm sahədə qalınlığı 2sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır, tənzifin uclarını ortadan uzununa kəsirlər və bu zaman iki cüt bağ alınır, sarğını taxarkən onun aşağı bağları kəllədə yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tordan qorumaq üçün tordan qoruyan eynək taxmaq olar.
Dostları ilə paylaş: |