5. Köçürmə orqanlarının yaradılması İcra hakimiyyəti başçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonada qəbul edilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hakimiyyəti nümayəndələri, MM qərargahları, köçürmə komissiyaları qəbuletmə və toplanış köçürmə məntəqələri ,nəqliyyata mindirmə və nəqliyyatdan düşürmə stansiyaları (məntəqələri ) vasitəsilə rəhbərlik edirlər. Köçürmə komissiyası hələ sülh dövründə yaradılır. Adətən rayonun İcra Hakimiyyətinin başçısı müavini köçürmə komissiyasının sədri təyin edilir. Komissiyanın heyətinə rayon tibb xidmətinin, polis şöbəsinin, istehsalat idarəsinin, təhsil şöbəsinin, nəqliyyat xidmətinin, rabitə və xəbərdarlıq xidmətinin, hərbi komisarlığın işçiləri ,habelə 3-4 texniki işçi daxil edilir.
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası rayonun MM qərargahı ilə birlikdə aşağıdakı əsas vəzifələri yerinə yetirir:fəhlə-qulluqçuların və əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə təkliflər hazırlayır, bu rayonların hazırlanması və təmin olunmasında iştirak edir, köçürülənləri qəbul edən məntəqələrin miqdarını və yerlərini müəyyənləşdirir, uşaqları, əlilləri və qocaları nəqliyyatdan düşürmə məntəqəsindən yerləşdirmə məntəqələrinə daşımaq üçün lazım olacaq nəqliyyat vasitələrinin miqdarını müəyyən edir.
Köçürülənləri qəbuletmə məntəqələrini ictimai binalarda yerləşdirmək məqsədəuyğundur. Bu gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür havada müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan verir. Qəbuletmə məntəqələrinin qarşısına böyük və məsul vəzifələr qoyulur. Onlar gələn əhalini qarşılamalı, qeydə almalı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdirməyerlərinə mütəşəkkil surətdəyola salmalıdırlar.Qəbuletmə məntəqəsinin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntəqənin rəisi onun tərbiyə üzrə müavini; qeydə alma və uçot qrupu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçürülənləri qarşılama qrupu ( 16-21 nəfər) ; yola salma qrupu (6-7 nəfər); iaşə qrupu (3nəfər);tibb məntəqəsinin işçiləri (2nəfər); ana və uşaq otağının xidmətçiləri (2nəfər) və ictimai asayişi mühafizə qrupu(4-6nəfər).
Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təşkil etmək məqsədilə lazımi sənədləri hələ sülh dövründə hazırlayırlar. Əsas sənədlər bunlardır: məntəqədə qəbul edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin telefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşayış məntəqələrinin siyahısı; nəqliyyat vasitələrinin növləri üzrə miqdarı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota almaq üçün sənədlərin formaları; məntəqənin şəxsi heyətinin xidməti vəzifələri cədvəli.
Köçürülənləri qəbuletmə məntəqəsinin rəisi vəzifəsinə rəhbər işçilərdən biri təyin olunur. Ərazi zəhərlənərkən o, adamların RƏD-da mühafizə olunması üçün tədbir görür. Komendant məntəqə binasının işə hazırlanması və avadanlıqla təmin olunması üçün məsuliyyət daşıyır.
Köçürülməli olan şəxslərin siyahısını vaxtaşırı yoxlayıb dəqiqləşdirirlər. Siyahının bir nüsxəsi TKM-də saxlanılır, 2-ci nüsxəsi isə köçürülmə planının surəti ilə birlikdə kənd rayonunun qəbuletmə komissiyasına verilir.
TKM-nə əhali toplanır, qeydə alınır, nəqliyyata mindirilir və şəhərdənkənar zonaya yola salınır. TKM-ri köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir məntəqə hesabı ilə rayon İcra Hakimiyyəti başçısının qərarı əsasında yaradılır. TKM-nin işçiləri Silahlı Qüvvələrə çağırışdan azad edilmiş və ya çağırışı təxirə salınmış şəxslərdən təyin edilir və qabaqcadan işə hazırlanır. TKM üçün xidməti sənədlər sülh dövründə hazırlanır. Bu sənədlərə; əhalinin köçürülməsi planından çıxarış ,habelə əhalinin siyahısı; TKM-nin planı və xəbərdarlıq sxemi; TKM-nin şəxsi heyətinin siyahısı; MM xidməti heyətinin telefon nömrələri siyahısı; dəmiryol və avtomobil nəqliyyatının göndərilməsi cədvəli; köçürülənləri uçota almaq üçün sənədlərin formaları ;marşrut vərəqələri; məntəqənin şəxsi heyətinin xidməti vəzifələri cədvəli aiddir. Hər bir TKM –ni köçürmə vəsiqələrinin blankları ilə təmin edirlər.
Qeydə alma və uçot qrupunun işçiləri məntəqəyə gələn əhalinin uçotunu aparır, vaqonun (maşının) nömrəsini,vaqona,maşına cavabdeh şəxsin familiyasını köçürülənlərə deyir, habelə köçürmə vəsiqəsi almamış şəxslərə həmin vəsiqələri verirlər.
Əhalini xəbərdar edən qrup köçürülmənin başlanması haqqında vətəndaşlara xəbər verir,onlardan qəbz almaqla köçürmə vəsiqələrini paylayır,TKM-nə nə vaxt gəlmək lazım olduğunu və onun harada yerləşdiyini izah edir.
Nəqliyyata mindirən və piyada kolonlarını kompleksləşdirən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonlarını təşkil edir, kolonlara cavabdeh şəxslər təyin edir, nəqliyyatda və piyada gedərkən davranış qaydalarını köçürülənlərin nəzərinə çatdırır.
Tibb məntəqəsi xəstələnənlərə yardım göstərmək və TKM-si yerləşən sahənin lazımi sanitariya şəraitini təmin etmək üçündür.Qrupun heyətinə həkim, feldşer, tibb bacıları və sanitarlar daxil edilir. Məntəqənin həkimi bu toplanış məntəqəsinə yazılmış müəssisələrin, idarələrin tibb işçilərindən və ya şəhərin tibb idarələrinin əməkdaşlarından MM-nin tibb xidməti tərəfindən təyin olunur. Həkim toplanış məntəqəsinə və yerləşdirmə yerlərinə gedərkən əhalinin tibbi təminatına cavabdehdir.
Ictimai asayişi mühafizə qrupu polis işçilərindən və könüllü xalq drujinalarının üzvlərindən yaradılır. Qrupun rəisi ictimai asayiş xidməti tərəfindən təyin edilir və operativ cəhətdən TKM-si rəisinin tabeliyində olur.
TKM-nin komendantı məntəqəyə yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər heyətindən təyin olunur və köçürmə məntəqəsinin rəisinə tabe olur.
Dəmiryol qatarı (avtomobil kolonu) rəisi köçürülən əhalinin yerləşdirilmə rayonlarına (məntəqələrinə) vaxtında daşınmasına cavabdehdir. Qatarın bütün şəxsi heyəti rəisə tabedir. Qatar rəisi rabitə vasitələrindən və nəqliyyatdan pulsuz istifadə etmək ixtiyarına malikdir.
Mövzu 13: Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri. Mülki