Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Köçürmə tədbirlərinin təminatı



Yüklə 0,67 Mb.
səhifə62/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
4. Köçürmə tədbirlərinin təminatı
Əhalinin normalköçürülməsini təmin etmək məqsədilə köçürmə marşrutlarında və əhalinin məskunlaşdığı yerlərdə müvafiq ərazidə MM qərargahları tərəfindən kəşfiyyat ,müşahidə və dozimetrik nəzarət təşkil edilir. Köçürülən əhalini daşımaq üçün hərbi və vacib xalq təsərrüfatı yüklərinin daşınmasına cəlb olunmamış bütün nəqliyyat vasitələrindən, o cümlədən də şəxsi nəqliyyatdan istifadə edilir ki, bu da bilavasitə yol polisi və avtonəqliyyat MM xidməti tərəfindən müvafiq plan üzrə yerinə yetirilir. Köçürmə üzrə daşımaların plan-cədvəli köçürmə işləri ilə məşğul olan respublika MM qərargahının regional idarəsinin və icra hakimiyyətinin MM qərargahının sifarişləri üzrə nəqliyyat orqanları tərəfindən tərtib olunur.
Əhalinin köçürülməsi dövründəşəhər sərnişin nəqliyyatının mövcud marşrutlarda gecə-gündüz fasiləsiz işləməsi planlaşdırılır. Ən gərgin işləyən marşrutlara əlavə nəqliyyat vasitələri ayrılır.
Azərbaycan Respublikası MM qərargahının regional idarələri nəqliyyat orqanı ilə birlikdə ümumi köçürmə zamanı əhalinin daşınması planını tərtib etməklə yanaşı ,qismən köçürülməsi üçün daşımaları da hesablayırlar. Belə hesablamalar sülh dövründəki hərəkət cədvəllərini pozmadan ,bütün nəqliyyat növlərinin gündəlik orta daşıma imkanları nəzərə alınmaqla tərtib edilir. Bütün daşıma planları və hərəkət cədvəlləri yol polis idarəsi və ya yerli polis şöbələri ilə qabaqcadan razılaşdırılır.
Köçürülən əhali yolda özü ilə götürdüyü ərzaq ehtiyatı hesabına qidalanır, həmçinin uzaq məsafəyə aparılarkən Respublika Ticarət Nazirliyinin və Azərittifaqın ehtiyyatları hesabına ərzaq(gündə bir dəfə isti xörək) verilməsi nəzərdə tutulur. Köçürmə tədbirlərinə cəlb edilən avtomobil nəqliyyatı vasitələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma stansiyaları şəbəkəsindən istifadə olunur və bu zaman şəhərlərdəki yanacaq-sürtkü materialları ehtiyatları ilk növbədə sərf edilir. Avtomobil dəstələrini yaradan təşkilatların qüvvələri və təmir vasitələri hesabına köçürmə marşrutlarında nəqliyyat vasitələrinə texniki xidmət (təminat) təşkil edilir. Nasaz maşınların cari təmiri-zədələnmiş maşınlar toplanan məntəqədə , yaxud stasionar müəssisələrində səyyar təmir-bərpa qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir.
Köçürmədövründə əhaliyə tibbi xidmət respublikanın ərazi sahə orqanlarına həvalə olunur.Köçürülən əhali toplanan rayonlarda stasionar tibbi müəssisələrin kifayət etmədiyi hallarda əlavə tibb məntəqələri açılır.Piyada köçürmə marşrutlarında tibb müəssisələri olmadıqda Səhiyyə Nazirliyi xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edir.
Güclü təsirli,radioaktiv və ya kimyəvi maddələrlə zəhərlənmiş əhalini sanitariya təmizlənməsindən keçirmək üçün əhalinin hərəkət marşrutlarında və məskunlaşdığı rayonlarda sanitar-yuyunma məntəqələrindən(SYM) və paltar zəhərsizləşdirmə stansiyalarından (PZS),avtomobilləri təmizləmək üçün nəqliyyatı zəhərsizləşdirmə stansiyalarından(NZS) nəqliyyat marşrutlarında zəhərsizləşdirmə işləri üçün-zəhərsizləşdirmə komandalarından (qruplarından)istifadə olunur.
Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi Azərbaycan Respublikası DİN ictimai asayişi mühafizə orqanlarına həvalə olunmuşdur. Köçürmə (qəbuletmə) tədbirlərini həyata keçirən bütün orqanların vəzifəli şəxslərinin xidmət funksiyaları ərazi və sahə rəhbərləri tərəfindən müəyyən edilir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin