Mövzu Oxu sənətinin tarixi Plan: İfadəli oxu sənətinin tarixi


"Ritorika" əsəri üç hissədən ibarətdir



Yüklə 478,63 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix12.03.2023
ölçüsü478,63 Kb.
#87474
1   2   3   4   5   6   7   8
Mövzu 3.ADƏM

"Ritorika" əsəri üç hissədən ibarətdir: a)Nitqin tərtibi prinsipi;b)Natiq üçün 
lazım olan şəxsi keyfiyyət və qabiliyyət; c)Nitqin texnikası, vasitələri və priyomları. 
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir 
və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin 
predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi 
qeyd edirdi:1.Materialın icadı və onun hazırlanması.2.Planın tərtibi. Materialın 
plan üzrə müvafiq formaya salınması.3.Həmin materialın öyrənilməsi və yadda 
saxlanılması.4.Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 5.Nitqin 


söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin 
nəzərə alınması və onlara əməl olunması. 
Təlim prosesində ədəbi mətni səsli tələffüz etmək bacarığının şagirdlərdə 
yaradılması, onlara ifadəli oxunun öyrədilməsi diqqəti həmişə cəlb etmişdir. 
Tədqiqqatçılar göstərir ki, qədim dövrlərdən məktəblərdə ədəbi mətn (bədii əsər) 
oxudulmuşdur. Qədim yunan musiqi məktəbində Homerin və digər şairlərin 
əsərləri öyrədilirdi. Bu məktəblərdə ədəbi əsər, sadəcə olaraq oxunmurdu, əvvəlcə 
müəllim, sonra isə şagird tərəfindən deklamasiya edilirdi. Belə hallarda tələffüzün 
yalnız düzgünlüyünə yox, həm də harmoniya və ahənginə diqqət yetirilirdi. 
Deklamasiya bacarığının aşılanması musiqinin öyrədilməsi ilə üzvi şəkildə 
əlaqələndirilirdi. Adətən, musiqini və deklamsiyanı eyni bir müəllim öyrədirdi. 
Bütün hallarda isə istinad oxu sənəti olmuşdur.
Qədim Roma natiqi, vəkili, yazıçı və siyasi xadimi, Roma respublikalarının 
ideoloqu Siseron Mark Tullii özünün natiqlik istedadı sayəsində siyasi mübarizədə 
müvəffəqiyyət qazanmışdır. Siseronun natiqlik idealı dinləyicini maraqlandıran, 
inandıran və ardınca yönəldə bilən bütün vasitələrə yiyələnməyi nəzərdə tuturdu. 
Siseron natiqlik sənəti ilə bağlı "Natiqlik haqqında", "Brut, yaxud məşhur natiqlik 
haqqında" və "Natiq" traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, 
üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox 
əhəmiyyətlidir. Siseron Yunan natiqlik məktəbindəki qaydanı gözləmişdir: giriş, 
təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini 
daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, 
haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, 
xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Roma natiqlik 
məktəbinin parlaq ulduzu Siseron natiqin qarşısında üç tələb qoyurdu: 1) Nitq 
öyrətməli, bilik verməlidir; 2) Nitq dinləyiciyə guclu təsir göstərməlidir; 3) Nitq 
söyləniləndə qulaq asana ləzzət verməlidir. Siserona görə "Şairlər anadan şair 
dogulurlar, natiqlər isə həyatda yetişirlər". "Əsl natiq o şəxsdir ki, adi işlər 
haqqinda sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə 
yuxarıdakılar arasında orta mövqe tutan bir uslubla danışmagi bacarsın"
Yusif Balasaqunlu “Qutadqu bilik” (Xoşbəxtliyə aparan elm) əsərində insan 
həyatında gözəl nitqin əhəmiyyətini, dəyərli sözün faydalarını şərh edərək 
bildirirdi ki, “gərəkli sözü ululardan öyrənməli, kiçiklərə söylənməlidir. Dərin 
düşünüb ağılla danışmalı, çox dinləyib az danışılmalıdır”. Bütün dövrlərdə söz 
insanın ən kəskin silahı, onun daxili dünyasını, mənəvi aləmini tanıdan başlıca 
vasitə olmuşdur.

Yüklə 478,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin