Mövzu 3. Oxu sənətinin tarixi
Plan:
1.İfadəli oxu sənətinin tarixi
2.Yunanıstan və Romada natiqlik sənəti
3. Azərbaycan filosof və sənətkarları sözün təsiri haqqında
Oxu
sənətinin tarixi, ədəbi-bədii əsərlərin səslənən sözlə çatdırılmasının
tarixi çox qədimdir. Pedaqogika tarixində elə bir məktəb olmayıb ki, orada
şagirdlərə ədəbi mətnləri oxumağı, bədii qiraət vərdişlərini öyrətməsinlər. Bu
mənada oxu sənətinin yaranma tarixi məktəbin tarixindən başlayır. İfadəli oxunun
tarixi Şərqdə oxu sənətinin tarixi, şifahi xalq ədəbiyyatı ilə sıx bağlıdır. Qədim
zamanlardan bədii sözün gücünə inanan müdrik babalar,
nənələr uşaqlara milli-
mənəvi dəyərləri aşılamaq məqsədilə ifadəli şəkildə bayatılar, nəğmələr, nağıllar,
dastanlar
söyləmiş,
onlara
mənəvi-əxlaqi
keyfiyyətlər,
nəcib
hislər
aşılamışlar.Folklor nümunələri-nağıllar, atalar sözləri və məsəllər, nəğmələr, təmsil
və tapmacalar, yanıltmaclarda dilimizin zənginliyi öz əksini tapmış, hər biri
özünəməxsus ifadə, deyim tərzinə malik olan bu əsərlər uşaqda kiçik yaşlarından
bədii duyumu, doğma dilə məhəbbəti inkişaf etdirmişdir. İfadəli oxunun kökləri
ibtidai insanların əmək nəğmələrinə gedib çıxır. İbtidai
icma dövrlərində əmək
mərasimləri, görülən işlərin ahəngi bu işi yerinə yetirənlərin əhval-ruhiyyələri,
onların melodik səsləri, sözləri ilə müşayiət olunmuşdur. Sözlər zaman-zaman
cilalanmış, poetik məna kəsb etməyə başlamış və ilk nəğmələrə çevrilmişdir.
Əmək nəğmələrinin ən qədim növləri ovçuluq nəğmələridir. Ovçuluq
nəğmələrində sözün melodik-magik gücünün ovu ələ
keçirməyə qadir olduğuna
inanılmışdır. Əmək nəğmələrinin bitkin və geniş yayılmış nümunələri əkinçiliklə
bağlı holavarlardır. Bu nəğmələri əkin zamanı cütçülər xüsusi avazla, melodik
səslə oxumuşlar. Bu nəğmələrin məzmunu görülən işin, fərdi və ictimai əhvalın
necəliyi ilə şərtlənmiş, musiqi, avaz isə cütə qoşulmuş heyvanların hərəkət ritminə
uyğun olmuşdur. Zaman keçdikcə azmisralı, azhecalı mətnlər olan holavarlar ilkin
şəklini tədricən dəyişmiş və bayatı formasına düşmüşdür.
Burada da sözün-
nəğmənin sehrli gücünə, uğur, bolluq gətirə bilmək qabiliyyətinə inam vardır.
Şərqdə ilk peşəkar bədii söz ustaları nağılçılar, ozanlar olmuşdur. Qədim
dövrlərdə nağılçılar insanların toplaşdığı yerlərdə gəzib dolaşır və nağıl
danışırdılar. Ozanlar isə el şənliklərində dastan
söyləyir, xalqın arzu və
istəklərindən, tarixi hadisələrdən söhbət açırdılar. Bu zaman ifaçının
bədii sözü
ifadəli çatdırmaq bacarığı dinləyicilər tərəfindən yüksək qiymətləndirilirdi. Oxu
sənətinin ilk mənbəyi şifahi xalq yaradıcılığıdır. Deməli, nağılçılar (nağıl
söyləyənlər), həmçinin aşıqlar, onlardan əvvəl isə ozanlar, müəyyən mənada, şərti
olaraq ilk bədii söz ustaları hesab edilməlidirlər. Etiraf olunmalıdır ki, bu cür
nağıletmələr, dastan söyləmələri Şərqdə, o cümlədən
Azərbaycanda daha geniş
yayılmışdır. Lakin bütün bunlara baxmayaraq bədii oxu müstəqil sənət sahəsinə
çevrilməmiş, aşıq sənətinin tərkibində özünü göstərmişdir. Deməli, bədii oxunu
özünün sənətinə çevirən, onu nəzəri və praktik cəhətdən zənginləşdirən peşəkar
bədii söz ustası əvəllər yetişməmişdir. Qədim Azərbaycanda yaşayan xalqların
dini-fəlsəfi, mənəvi-əxlaqi, ictimai-siyasi görüşlərini əks etdirən “Avesta”da sözün
gücünə
böyük dəyər verilir, vəhdətdə götürülən xeyir düşüncə, xeyir söz, xeyir
əməl insan xöşbəxtliyinin mühüm amili kimi irəli sürülürdü. “Kitabi-Dədə
Qorqud” dastanında Dədə Qorqud xeyirdə-şərdə xalqa üz tutub qafiyəli nəsrlə,
ifadəli bədii sözlə boyları söyləyir, hadisələri qopuzun ifası ilə dinləyicilərə
çatdırır, onları təsirləndirərək, emosional vəziyyət yaradırdı. Müqəddəs kitab olan
“Qurani Kərim” də ifadəli oxunun geniş yayılmasında mühüm rol oynamışdır.
“Quran” ərəbcə iqra sözündən olub mənası oxumaq, qiraət etmək , tələffüz
etməkdir. Məlumdur ki, VII
əsrdə ərəb xilafətində şeir, natiqlik sənəti inkişaf
etmiş,
fəsahət (gözəl, aydın danışma; gözəl yazı qabiliyyəti) və bəlağət (fikri incə,