Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


TƏLİMİN STRUKTURUNA DAİR A.N.Leontyevin konsepsiyası



Yüklə 255,76 Kb.
səhifə21/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   17   18   19   20   21   22   23   24   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.TƏLİMİN STRUKTURUNA DAİR A.N.Leontyevin konsepsiyası

Pedaqoji psixologiyada təlimin strukturu ilə bağlı və L.S.Vıqotskinin ideyalarından doğan ən mühüm konsepsiyalardan biri A.N.Leontyevin konsepsiyasıdır.


A.N.Leontyev konkret obyektlər sinfinin, onların xassələrinin dərk olunması, eləcə də ümumiləşdirilmiş idrak proseslərini fərqləndirmişdir. Birincinin bilik, bacarıq və vərdişlərdən ibarət olduğunu və onlara öyrənmə prosesində yiyələnməyin mümkünlüyünü qeyd etmişdir. İkincilər isə qabiliyyətlərdir. Onlara yiyələnmə isə dərk etmənin inkişafı prosesində baş verir.
A.N.Leontyevin konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, anlayışların mənimsənilməsi üçün həm obyektin, həm ünsiyyətin, xüsusilə şagirdlərin obyektlə fəaliyyətinin olması zəruridir.


  1. Təlimin strukturuna dair P.Y. Qalperinin konsepsiyası

Pedaqoji psixologiyada təlimin strukturuna dair bir sıra konsepsiyalar mövcuddur ki, onlardan biri rus alimi P.Y.Qalperinin konsepsiyasıdır. Təlimlə bağlı olaraq P.Y.Qalperinin fikri fəaliyyətin mərhələlər üzrə mənimsənilməsi nəzəriyyəsi diqqəti cəlb edir. Həmin nəzəriyyədə fəaliyyətin (işlərin) mənimsənilməsinin təhlili ön sıraya qoyulur, biliklər isə fəaliyyətdən və onun mənimsənilməsindən yaranma, törəmə kimi baxılır.
O, qeyd edirdi ki, mənimsəmə təfəkkürdə aparılan əməliyyatdır İnteririzasiya nəticəsində əqli əməllərin 4 başlıca xarakteristikalarını nəzərdən keçirir:

  1. Əqli əmələ yiyələnmə səviyyəsi

  2. Onu ümumiləşdirmə səviyyəsi

  3. Yerinə yetirilən əməliyyatların həcmi, yaxud əməlin ixtisar olunma səviyyəsüi

  4. Mənimsəmə dərəcəsi.

P.Y.Qalperin əqli əmələ yiyələnmənin 4 səviyyəsini ayırd edir: predmetin səviyyəsi (əşyavi); əməli səviyyə (eksteriorizasiya, interirizasiya); predmetlərə arxalanmadan şifahi nitq səviyyəsi (həll edilmiş hesab əməli haqda danışmaq); Fikirdə əməl. Qalperin hesab edir ki, bu səviyyələr xarici əməlin daxili əməllərə çevrilməsi üçün zəruri fazalardır.

Digər xarakteristikalar – fikri əməliyyatları ümumiləşdirmə, ixtisaretmə və mənimsəmə onun yekunluğunu müəyyənləşdirir. Əməl nə qədər çox ümumiləşmiş, ixtisar olunmuş və işlənilmişdirsə, bir o qədər yetkindir.


P.Y.Qalperin tərəfindən işlənilmiş eksperimental proqramlar üzrə iş göstərdi ki, şagirdlər təlim materialını ənənəvi metodlarla təhsil alan şagirdlərə nisbətən daha effektiv və keyfiyyətli mənimsəyirlər. Lakin əqli əməliyyatların mərhələli formalaşdırılması nəzəriyyəsi geniş yayılmadı və məktəbdə praktik olaraq tətbiq olunmadı.




  1. Yüklə 255,76 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin