Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif” 1991



Yüklə 255,76 Kb.
səhifə24/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   20   21   22   23   24   25   26   27   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

1.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif” 1991
2.Əliyev B, Əliyeva K.. Cabbarov R.Pedaqoji psixologiya. Dərslik. Bakı., 2011
3.Əliyev B.J.Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı., 1996
4. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, “Ozan”, 1998
5.Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı., 2010
6. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı., 2002
7.Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı., 2003

2.Fəal təlim metodları və dərsdə problem situasiya yaradılması yolları

Son dövrlərdə fəal təlim metodlarından daha çox istifadə olunur və təlimin bu əsasda qurulmasına daha çox cəhd edilir.Öyrənmədə idrak fəallığının artırılması təlimin effektiv təşkilinin ən geniş yayılmış metodlarından biridir. Konkret situasiyaya qoşularkən şagird və ya tələbə qarşısında müxtəlif suallar dayanır: burada problem varmı, o nədən ibarətdir? Hərşeydən əvvəl, şagird və tələbə situasiyaya münasibətini müəyyənləşdirməlidir. Konkret situasiyanın təhlili ilə bağlı olan işi iki istiqamətdə qurmaq olar:


Birincisi. Konkret situasiyanın rollu oynanılması nəzərdən keçirilir və onun təhlili ilə bağlı dərs rollu oyuna çevrilir.
İkinci. Eyni bir situasiyada həll variantlarının kollektiv müzakirəsi aparılır. Hər bir iştirakçı həll variantları ilə tanış olmaq imkanına malik olur Onlara bir-birini dinləmək və özünəməxsus qiymətləndirmələri nəzərdən keçirmək imkanı yaradılır.
A.A.Verbitski qeyd edir ki, fəal təlim didaktik prosesin reqlamentləşdirilmiş, alqoritmik, proqramlaşdırılmış forma və metodlarla təşkilindən daha optimal formaya , inkişafetdirici, problemli, tədqiqatçı, axtarış və s kimi idrak motivinin və maraqlarının formalaşdırılmasını təmin edən yaradıcı şərait formasına keçməlidir.M.Novik fəal təlimin aşağıdakı xüsusiyyətlərini qeyd edir:
-şagirdlərin öz istəyindən asılı olmayaraq onların təfəkkürünün məcburi fəallaşdırılması;
-onların fəallığının qısamüddətli və epizodik deyil, yetərincə dayanıqlığı və uzunmüddətliliyi4
-məsələnin həllinin sərbəst, yaradıcı işlənməsi;
-şagirdlərin yüksək motivasiya və emosional səviyyəsi.
Fəal təlim metodları təlim materialına yiyələnmə prosesində şagirdləri fəal əqli və praktik fəaliyyətə təhrik edən metodlardır. Fəal təlim müəllimin hazır bilikləri şərh etməsinə, onların yadda saxlanılmasına yönəlmiş metodlara deyil, daha çox iştirakçıların bilik və bacarıqlara fəal və praktik fəaliyyət prosesində sərbəst yiyələnmələrinə yönəlir.
Fəal təlim metodlarından danışarkən müxtəlif üsulları qeyd edirlər.Onlardan biri imitasion (təqlid olunan) çalışmalardır. Təqlid olunan çalışmaların fərqi ondadır ki, əvvəlcədən müəllimə problemin düzgün və ən yaxşı həllinin bəlli olmasıdır.
Fəal təlim metodlarından biri də seminar müzakirələrdir. Seminar müzakirələrin gedişi iştirakçıların birlikdə disskusiya etmək, nəzəri və praktik problemləri həll etmək kimi praktik təcrübələrin formalaşdığı dialoji ünsiyyət prosesidir. Seminar müzakirələrdə iştirakçılar öz fikirlərini çıxışlarda dəqiq ifadə etməyi, öz mövqeyini fəal müdafiə etməyi, arqumentlərlə etiraz etməyi, opponentlərin səhv mövqeyini təkzib etməyi öyrənir.
Fəal təlimin ən aparıcı metodlarından biri də işgüzar oyunlardır. Təlim metodu kimi işgüzar oyun bir sıra tələblərə cavab verməlidir:
-oyun iştirakçıları arasında rolların bölüşdürülməsi,
-oyun iştirakçılarının dialoji ünsiyyəti qarşılıqlı qərarların qəbul edilməsinin yeganə yolu kimi-rəqabət yaradan oyun fəaliyyətinin və peşəkar biliklərin nəticələrinin qiymətləndirmə sistemindən istifadə
-real həyatda olduğu kimi oyunda da intellektual və emosional şəraiti yaradan stimullaşdırma sisteminin olması
-işgüzar oyunun öyrədici, inkişafetdirici və tərbiyəedici effekti.
“Dəyirmi masa” – iştirakçıların fəaliyyətinin təşkilinin elə aktiv təlim metodurki, əvvəlcədən alınmış bilikləri möhkəmləndirməyə, çatışmayan informasiyanı bərpa etməyə, problemləri həll etməyə, mövqeləri möhkəmləndirməyə, müzakirə aparmaq mədəniyyətini öyrətməyə imkan verir.
Fəal təlim metodları içərisində “beyin həmləsi” də mühüm yer tutur. “Beyin həmləsi” – elmi və praktik problemlərin həlli üçün yeni ideyaların istehsal edilməsi üsuludur.Onun məqsədi – problemin həllinə aparan qeyri ənənəvi yolların tapılması ilə bağlı kollektiv əqli fəaliyyətin təşkilidir.
Təlim prosesində beyin həmləsi metodundan istifadə aşağıdakı məsələlərin həll edilməsinə imkan verir:
-tələbələrin təlim materialını yaradıcı mənimsəməsi
- nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi
-öyrənənlərin təlim idraki fəaliyyətinin aktivləşdirilməsi
-akyual tapşırığın həllinə yönəkmiş əqli cəhd və diqqəti mərkəzləşdirmək qabiliyyətinin formalaşdırılması.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin