Dördüncü tip problem situasiya daha geniş yayılmış tipdir. Bu tip problem situasiya o zaman yaranır ki, şagird qarşıda qoyulmuş məsələni həll etmək yollarını bilmir, tədris və ya həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik çəkir, daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək üçün kifayət etmir.
Təlim psixologiyası sahəsində aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, problem situasiyanın ayrı-ayrı tipləri təfəkkür üçün müxtəlif şərait yaradır. Problem situasiyanın əsas tipləri barədə müəllimin biliyi, şübhəsiz, bu cür situasiyaların yaradılması yollarını müəyyənləşdirməsinə, bununla da şagirdlərin idrak fəaliyyətini idarə etməsinə şərait yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət yetirməlidir.
Xarici pedaqogikada problemli təlim konsepsiyası C.Dyuinin nəzəri konsepsiyası əsasında inkişaf etmişdir.O, şagirdin inkişafının psixoloji mexanizmləri problem həlletmə qabiliyyətlərinə görə əsaslandırır. İştirakçıların problem həlletmə qabiliyyəti əsasında onların təbii təfəkkürü dayanır. O, “Biz necə düşünürük” əsərində ənənəvi təlimi inkar edir.
Qeyd etmək lazımdır ki, problemli təlim nəzəriyyəsinin inkişafında həlledici rolu amerikan psixoloqu C.Brunerin konsepsiyası oynamışdır. C.Bruner yaratdığı konsepsiyada biliklərin strukturu problem təlim prosesində aparıcı yerdə durur. Bu özündə biliklər sisteminin elementlərini və şagirdin inkişafını müəyyənləşdirən zəruru istiqaməti qeyd edir.
Problemli təlim ideyaları rus alimlərinin əsərlərin də XX əsrin 50-ci illərindən başlayaraq aktuallaşdı. M.A. Danilov, V.P.Yesipov 60-cı illərdən S.L.Rubinşteyn, Mençinskaya, T.V.Kudryavtsev və b.qeyd etmək olar. 3. Problemli təlim nəzəriyyəsinin inkişafında həlledici rolu təfəkkürdə və təlimdə problem situasiyanın yaradılmasının dominantlığı təşkil edir.(A.M.Matyuşkin).
Problem təlim nəzəriyyəsinin inkişafında Azərb. alimlərindən Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, B.H.Əliyev, M.İ.Maxmudov və b. tədqiqatlarını qeyr etmək olar.