Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi



Yüklə 255,76 Kb.
səhifə34/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   30   31   32   33   34   35   36   37   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi

Bilik təlimin mahiyyətinin nüvəsini təşkil edir. Biliklərin əsasında şagirdlərdə bacarıq, vərdişlər, əqli və tətbiqi bacarıqlar formalaşır. Bilik mənəvi inancların, estetik baxışların dünyagörüşünün əsasını təşkil edir.


“Bilik” anlayışının məzmunu çoxmənalıdır. O şüurun bir hissəsi kimi, maddi gerçəkliyin inikası kimigerçəkliyin nizama salınma üsulu kimi, eləcə də idrakın nəticəsi məhsulu kimi səciyyələndirilir. Bilik hissi və rasional olanların üzvi vəhdəti və ya inteqrasiyası kimi çıxış edir. Biliklərin əsasında bacarıq və vərdişlər yaranır.
Biliyin funksiyaları. “Bilik” anlayışının formalaşmasindakı çoxşaxəlilik onun vasitəsilə reallaşan funksiyalarının müxtəlifliyini şərtləndirir. Bilik yalnız dünyaya baxışı formalaşdırmır, həm də ona münasibəti dəyişir.Burada biliyin tərbiyəvi cəhəti üzə çıxır.
Şagirdlərin əqli inkişafının ilkin şərti bilik və onun düzgün mənimsənilməsi yoludur.Bilik özlüyündə əqli inkişafı tam surətdə təmin etmir. Lakin önsuz əqli inkişaf mümkün deyil.
İnsan dünyagörüşünün əsas hissəsini təşkil edən bilik daha çox onun gerçəkliyə münasibətini, mənəvi baxış və gözləmələrini, şəxsiyyətin iradi keyfiyyətlərini müəyyənləşdirir və insanın meyil və maraqlarının istiqamətlənməsinə, qabiliyyətlərinin inkişafına xidmət edir.
Pedaqoji psixologiyada biliyin aşağıdakı növlərini fərqləndirirlər.:
-Təliməqədərki bilik
-Məişət bilikləri
-Bədii biliklər
-Elmi biliklər: empirik və nəzəri
Təlim prosesində şagirdlərə təqdim edilən biliklər sistemləşdirilmiş, bir- biri ilə qarşılıqlı əlaqəli, öyrənilən sahədə əsas məsələləri əhatə edən, müəyyən məntiqi struktura malik və müəyyən ardıcıllıqla mənimsənilən olmalıdır.
Biliyin xüsusiyyətləri.Bilik müxtəlif xüsusiyyətlərə malik ola bilər. Biliyin xüsusiyyətlərinə aşağıdakıları aid ola bilər:
Sistemləşdirmə
-ümumiləşdirmə
-dərk etmə
-elastiklik
-aktivlik
-tamlıq
-davamlılıq
Təlim prosesində əldə olunmuş biliklər, şagirdlərin onun mahiyyətinin dərinliyinə baş vura bilməsi ilə səciyyələnir.Bu isə öz növbəsində aşağıdakılarla şərtlənir:
-mövcud fənni şagirdin dərketmə səviyyəsi ilə
-təlimin məqsədi ilə
-şagirdlərin fərdi xüsusiyyətləri ilə
-onlarda olan ehtiyat biliklərlə
-şagirdlərin əqli inkişafının səviyyəsi ilə
-mənimsənilən biliklərlə şagirdin yaşının uyğun gəlməsi ilə.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin