Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


“Müasir dərs” konsepsiyasının əsas məsələləri



Yüklə 255,76 Kb.
səhifə30/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   26   27   28   29   30   31   32   33   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

5.“Müasir dərs” konsepsiyasının əsas məsələləri

“Müasir dərs”in episentri “ənənəvi dərs” üçün qeyri-adi olan bir sahədə- təfəkkür və təxəyyül sahəsindədir. “Müasir dərs” konsepsiyasında təfəkkür və təxəyyül problemi şəxsiyyət konsepsiyasında ayırd edilir və açıqlanır. Şəxsiyyətyönümlü təlim- inkişafetdirci və tərbiyəedici təlim prinsipləri kökündə həyata keçirilir.


Müasir təhsil konsepsiyası XX əsrin sonları- XXI əsrin əvvəllərində formalaşıb. Müasir dərs XXI əsr psixopedaqogikasının böyük nailiyyətidir. Interaktiv metodların kəşfi əsrin psixoloji texnologiyasında önəmli hadisədir. Bu metodların əsasında tələbələrdə idrak maraqları formalaşıb.
Müasir dərsin psixopedaqoji meyarları çoxdur. Lakin onlardan üçü təməl meyarlardır. Bu meyarlarda müasir dərsin psixopedaqoji portreti aydın təsvir olunmuşdur.
Birinci meyar: Müasir dərs özünün nəzəri- metodoloji konsepsiyasına görə müasirdir. XXI əsrin dərsləri dövrün elmi- texniki uğurlarına arxalanır. Başqa sözlə, XXI əsrin müəllimi ixtisasından asılı olmayaraq, auditoriya ( və ya sinif) məkanında dövrün, məhz XXI əsrin elmi- nəzəri və eksperimental uğurlarına söykənməlidir.
Ikinci meyar: Müasir dərsin strategiya və taktikası bir tərəfdən, təhsilin fəlsəfəsi və sosiologiyasına, digər tərəfdən XXI əsrin psixopedaqoji konsepsiyasına arxalanır. Lakin onu da qeyd etməliyik ki, təhsilin fəlsəfi və sosioloji problemləri hələlik sistemli olaraq öyrənilməmişdir. Halbuki, təhsilin fəlsəfi problemləri, xüsusilə təlim metodlarının fəlsəfi istiqaməti, ali məktəb psixologiyası üçün başlıca problemdir.
Tərbiyə konsepsiyasının istiqamətlərinin təhlili auditoriyanın (məktəbin) sosioloji mənzərəsinin müəyyənləşdirilməsi ilə bilavasitə bağlıdır. Müəllim dərs dediyi auditoriyanın problemlərini bilavasitə fəlsəfi və sosioloji ölçülərlə ayırd edib dəyərləndirməlidir.
Üçüncü meyar: Müasir dərs özünün psixopedaqoji texnologiyası ilə əlamətdar olmalıdır. XXI əsrin müəlliminin texnoloji arsenalında kəşf yolu ilə öyrənmə və ya təxəyyül yolu ilə öyrənmə, eləcə də interaktiv metodlar sistemli yer tutmalıdır.
Dördüncü meyar: Müasir təhsil nəzəriyyəsində qiymətləndirmə sistemi formalaşmışdır. Müəllim bu sistemin normativləri ilə nəinki özünü, həm də məktəbin müəllimlərinin psixopedaqoji axtarışlarını dəyərləndirməli və onların modullarının təcrübədə reallaşmasına nail olmalıdır.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin