Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji kollektivdə düzgün ünsiyyətin qurulmasında dinləmə və anlamanın rolu



Yüklə 255,76 Kb.
səhifə88/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   84   85   86   87   88   89   90   91   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

3. Pedaqoji kollektivdə düzgün ünsiyyətin qurulmasında dinləmə və anlamanın rolu

Pedaqoji kollektivdə, müəllimlər və şagirdlər ünsiyyət vasitəsilə öz fikirlərini ifadə edir, daxili aləmlərini biruzə verir, tərəf – müqabillərini dinləyib – anlamaqla müxtəlif xarakterli əlaqələr qururlar. Düzgün ünsiyyət qurmaqla əməkdaşlığa nail olmaq, məqsədə çatmaq mümkündür. Ünsiyyət qarşılıqlı prosesdir və bunu sadəcə nitq kimi başa düşmək düzgün deyil. Hər hansı bir situasiyanı anlamaq, öyrənmək, təhlil etmək üçün ünsiyyət mühümdür. Nəyə görə mühümdür? Hər hansı bir problemin həlli üçün, əvvəlcə onu öyrənmək, aydınlaşdırmaq, dərk etmək, qavramaq lazımdır ki, bu da ünsiyyət vasitəsilə həyata keçirilir.


Ümumtəhsil məktəblərinin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasıdır. Buna görə də, ibtidai mərhələdən başlayaraq, şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirmək müəllimin öhtəsinə düşür. Bu, onların gələcəkdə insanlarla normal münasibət qurmasının, daha çox karyera imkanları əldə etməsi və özünəinam hissinin formalaşmasının ilkin təməlidir. Ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ümumtəhsil məktəblərində kifayət qədər imkanlar var. Bu baxımdan dinləmə bacarığı da mühüm əhəmiyyətə malikdir. Elə bir situasiya yoxdur ki, orada ünsiyyət bacarıqlarından istifadə olunmasın. Kommunikasiya – ünsiyyət bacarıqları bizim həyatımıza birbaşa təsir edir. Nitq prosesində dinləmə bacarığı anlaşılmazlıqların qarşısını alır və uğurlu ünsiyyəti təmin edir. Söhbət zamanı dinləmə və anlama bir – birini əvəz edir. Bir çox insanlar düşünürlər ki, onların nitqlərinin müvəffəqiyyəti rabitəli nitq bacarıqlarıdır, lakin danışan şəxs müsahibinin də danışmaq istəyinə hörmətlə yanaşmalıdır.
Dinləmə bacarığı da danışnaq bacarığı qədər vacib keyfiyyətdir. Dinləmə zamanı diqqət mərkəzində tərəf – müqabil durur. Müsahibəyə maraq yoxdursa, bu qaydalara riayət etmək mümkün deyil. Dinləmənin qeyri – fəal deyil, fəal proses olması üçün bu qaydalara riayət etmək vacibdir:
1.Səbrlə dinləmək. Müasir dövrdə vaxtın azlığı və işin çoxluğu səbəbindən səbr etmək hər kəsə xas olan xüsusiyyət deyil. İlk növbədə, q1arşı tərəfi səbrlə dinləməyi öyrənməyə özünüzdən başlamalısınız.
2.Söhbətin davamlılığını təmin etmək, danışanın fikrinə düzgün münasibət bildirərək cavablandırmaq üçün onu , yəni öz həmsöhbətini diqqətlə dinləmək lazımdır.
3.Fikrinizi söylədikdən sonra qarşı tərəfin rəyini gözləyin. Həmsöhbətiniz danışarkən qəfildən onun sözünü kəsməyin. Onun sizi aydın başa düşdüyünə əmin olun, mövzuya uyğun suallar verin və müzakirə təşkil edin. Ehtiyac yaranarsa, verəcəyiniz məlumatda müəyyən dəyişikliklər edin.
4. Ünsiyyət prosesində öz tərəf- müqabilizə hörmətlə yanaşın. Bu zaman diqqətli olmaqla yanaşı, tərəf – müqabilinizin sözünü kəsmədən dinləməyi də bacarmalısınız. Bu zaman göz kontaktı saxlanmalıdır. Qələmlə, telefonla və ya hər hansı bir əşya ilə oynamaq, otaqda o tərəf – bu tərəfə gəzişmək müsahibinizin fikrini yayındıra bilər. Belə dabranış sizinlə söhbət edən şəxsə, onun dediklərinə nə qədər az maraq göstərdiyinizi bildirmiş olar. Bir çox insanlar demək istədiklərini ilk saniyədən deyir, sonra isə onun ətrafında söhbəti uzun müddət davam etdirirlər.
Dinləmə prosesi dörd mərhələdən ibarətdir: anlama, tanıma, təhlil etmə və qiymətləndirmə, cavablandırma.
1.Anlama. Düzgün anlama xüsusi bir qabiliyyətdir və aşağıdakılarla xarakterizə olunur: danışanın sözünü kəsməmək, nəyi isə başa düşmədikdə onu soruşmaq, danışana diqqətli olmaq, həmin vaxt fikri yayındıran işlərlə məşğul olmamaq, söhbətin ardıcıllığına şərait yaratmaq üçün qısa və konkret suallar vermək.
2.Tanıma. Bu o deməkdir ki, danışanı onun özü kimi başa düşmək lazımdır. Əgər dinləyici danışanı başa düşməyibsə, onu yenidən soruşa bilər. Bu zaman dinləyənlərə dörd aspektdən yanaşmaq lazımdır: deyilənlərin məzmunu, müraciət, özünüifadə və münasibət. Bu aspektləri aydınlaşdırmaqla yanlış anlamadan qaçmaq olar.
3. Təhlil və qiymətləndirmə. Qəbul edilmiş məlumatı təhlil etmək və qiymətləndirmək lazımdır. Bu zaman dinləmə mühüm əhəmiyyət kəsb edir.
4.Cavablandırma. Ünsiyyət zamanı müvafiü cavablara susmaqla, jest və mimik hərəkətlərlə reaksiya vermək mümkündür.
Təssüf ki, çox vaxt dinləməyi hər kəs, xüsusilə şagirdlər bacarmır. Dinləmək susmaq demək deyil. Dinləmək, eyni zamanda açıq sual verməklə deyiləni anlamaq deməkdir. Danışanın nitqindən onun fikirlərini, hisslərini, problemlərini, arzularını, maraq və məqsədlərini öyrənmək olar.
Dinləmənin ən yaxşı forması aktiv dinləmədir. Bu, söhbətin mövzu baxımından məzmununu əhatə etməklə yanaşı, münasibətlərin səviyyəsini də nəzərə almağa imkan verir. Aktiv dinləmə zamanı, təsviri dinləmədə olduğu kimi, tərəfdaşın sözləri təkrar edilmir. Əksinə, diqqətinizi cəlb edən sözləri “tutmağa” çalışırsınız. Aktiv dinləmənin köməyi ilə, ünsiyyət zamanı əlaqələrin aspektini başa düşdüyünüzü bildirirsiniz. Başqa bir insanın yerində özünüzü təsəvvür edə biləcəyinizi və onun vəziyyətini başa düşdüyünüzü hiss etdirəcəksiniz.
Dinləmənin məqsədi informasiyanı qəbul etmək və onu anlamaqdır. Oxu ilə müqayisədə dinləmə yüksək səviyyədə diqqət tələb edir. Burada informasiyanın anlaşılmayan hissəsinə dəfələrlə qayıtmaq imkanı yoxdur. Mətni bir dəfə dinlədikdən sonra münasibət, fikir bildirmək lazım gəlir.
Kurikuluma qədərki dövrdə oxu və yazı bacarıqlarına çox diqqət yetirilir, şifahi nitq bacarıqları – dinləmə və danışma isə diqqətdən kənarda qalırdı. Bu bacarıqların inkişaf etdirilməsi və qiymətləndirilməsi metodikası yalnız kurikulum qəbul edildikdən sonra formalaşmağa başladı.
Aparılan tədqiqatların nəticəsi olaraq, ibtidai siniflərdə ümumi təlim nəticələrinə nəzər salaq. Burada qeyd etmək olar ki, şagird danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir; oxuduğu mətnlərə münasibət bildirir; kiçikhəcmli rabitəli mətnlər qurur; Azərbaycan xalqının dili, tarixi, əxlaqi – mənəvi dəyərləri, incəsənəti, adət - ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir.
Sonrakı mərhələdə, yəni ümumi orta təhsil səviyyəsində şagird dinlədiyi mətnlərə münasibət bildirməklə yanaşı, öz mövqeyini də əsaslandırır; mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir; dilvahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkminləşdirir; müxtəlif məzmunlu məlumatlar əsasında tədqimatlar edir; şifahi və yazılı nitqdə dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
“Tam orta təhsil səviyyəsində şagird müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət bildirir; mətnləri üslubi – struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir; mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; müzakirə, görüş, disskusiya, tədbirlər üçün məruzə, təqdimat v ssenarilər hazıərlayır; nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi və yazılı nitqində tətbiq edir”[6].
“İbtidai siniflərdən dinləyib – anlama vöə danışma məzmun xətti şagirdlərdə müxtəlif informasiyaları təhlil etməyi, ümumiləşdirmə aparmağı, öz mövqeyini əsaslandırmağı inkişaf etdirir, onun müşahidə etdiyi şəkil və əşya, mənzərə və hadisə əsasında hekayə qurmağı öyrədir, sadə nitq etiketlərinin tanınması, işlənmə yerinin və məqamının anlaşılması, dialoqlarda görüşmə, təşəkkür və üzrxahlıq etiketlərindən istifadə olunmasını təmin edir”[6].
Beləliklə məktəbdə şəxsiyyətlərarası münasibətlərdə ana xətt müəllim – şagird və şagird – şagird münasibətləri ilə bağlıdır. Bir şəxsiyyət kimi müəllim də, şagird də bu münasibətlərdə mövcuddur. Onların mürəkkəbliyi, eyni zamanda ziddiyyətli olması müəllim və şagirddin psixoloji siması ilə şərtlənir. Müəllim həmin münasibətlərdə təkcə peşəkar mütəxəssis kimi deyil, həm də müəyyən həyat təcrübəsi olan insan kimi iştirak edir.
Prof.Ə.S.Bayramov və prof. Ə.Ə.Əlizadə göstərir ki, [7] müəllim – şagird münasibətlərinin psixoloji effektlərinə uzun müddət kifayət qədər diqqət yetirilməmişdir. Müəllim şagirdləri birtərəfli ölçülərlə bir – birlərindən fərqləndirməməlidir. Bu pedaqoji fəaliyyətin və ünsiyyətin ən müdrik qanunudur.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin