4.Təhsildə “imtahan stressi” və onun korreksiya yolları.
Hal – hazırda cəmiyyətin inkişaf dinamikliyi artdıqca insan psixikasının mümkün şəraitə üyğunlaşması çətinləşir. Bir sıra hallarda isə bu adaptasiya arekvat şəkildə həyata keçmir, insanlarla mühit arasında balans pozulur, stress halları yaranır. Doğrudur, stress amilini insanın fəaliyyətindən, onun varlığından kənarda təsəvvür etmək çətindir. Lakin stressin mütamadi xarakter daşıması insan həyatını gözlənilən bir sıra təhlükə qarşısında qoyur. Daima təkmilləşməyə can atan gənc nəsil – təbə və şagirdlərin həyatında, fəaliyyətində, təhsilində bu amil çox ciddi səbəb olaraq qalır. Son dövrlərdə cəmiyyətdə, xüsusən də təhsildə stress problemi olduqca aktuallaşmışdır. Məlumdur ki, müasir təhsilin başlıca vəzifələrindən biri stressə dözümlülüyü inkişaf etdirmək, bu yönümdə şagird və tələbələrdə stressə məruz qalmanın qismən də olsa qarşısını almaqdır. Ancaq, bütövlükdə onu aradan qaldırmaq, ümumiyyətlə mümkün deyil.
Qeyd olunmalıdır ki, təhsildə, ümumiyyətlə stress yaradan amillər olduqca çoxdur. Respublikamızın iqtisadi çətinlikləri, şəxsiyyətlərarası münasibətlərdə neqativ halların yaranması stressin ortaya çıxması üçün fakt rolunu oynayır. Bundan əlavə ailədaxili münasibətlərin qeyri – normallığı da şagird və tələbələrdə stress hal yarada bilər. Təhsildə diqqət çəkən ən mühüm stress yaradan amil “imtahan stressi”dir.
Demək olar ki, bu barədə azərbaycandilli mənbələrdə lazımi informasiyaları tapmaq, onun həlli yollarını göstərən tədqiqat işlərinə az rast gəlmək olur. Qeyd etməliyik ki, imtahan stressi orta və xüsusən ali məktəblərdə emosional gərginlik yarada, şagird və tələbələrin emosional vəziyyətinə təsir göstərən amillər içərisində aparıcı yerlərdən birini tutur. İmtahanlar çox tez-tez psixotravma yaradan amillərdən biri kimi klinik psixiatriyada geniş istifadə olunur. Tədqiqatlar göstərir ki, “imtahan stressi” tələbələrin sonrakı vəziyyətinə olduqca mənfi təsir göstərir. O.M.Bakanova,L.D.Qissel, H.Holt, M.S.Şperad və eləcə də digərləri “imtahan stessi”nin təsiri barədə çoxsaylı tədqiqatların müəllifidir.
İmtahana hazırlıq zamanı xoşagəlməyən vəziyyətin yaranmasına şərait yaradan elementlərə aşağıdakılar daxildir:
Intensiv əqli fəaliyyət
-situativ gərginliyin artması
-hərəki fəallığın məhdudlaşması,
-yuxu rejiminin pozulması.
Bütün bunlar vegetativ sinir sisteminin gərginliyinə və əlavə “yüklənməsinə” səbəb olur ki, bu da normal həyat fəaliyyətinin pozulmasına gətirib çıxarır.
İmtahan zamanı ürəyin döyüntüsü çoxalır, arterial təzyiq artır, eləcə də əzələ və psixoemosional gərginliyin səviyyəsi yüksəlir. İmtahndan sonra psixoloji
göstəricilər əvvəlki vəziyyətə dərhal qayıtmır. Bunun üçün bir neçə gün tıələb olunur.
Eyni zamanda qeyd olunmalıdır ki, imtahan stressi həmişə zərərli xarakter daşımır.O, distres xassəsi kəsb etdikdə orqanizmin fəallaşmasında təhrikedici vasitəyə çevrilir.
Bildiyimiz kimi stressin fundamental tədqiqatçısı H.Selye hesab olunur. H.Selyenin stressin inkişaf konsepsiyasına istinadən onun mərhələlərini fərqləndirmək olar. Həmin konsepsiyaya əsaslanaraq imtahanın verilməsi ilə bağlı yaranan psixoloji gərginliyi özündə əks etdirən üç mərhələni fərqləndirirlər:
Birinci mərhələ (stress və həyəcan) qeyri müəyyənliksituasiyası ilə bağlıdır.
İkinci mərhələdə (adaptasiya), biletin götürülməsi və cavab verməyə hazırlaşma ilə bağlıdır.
Orqanizmin ehtiyatları tükənir üçüncü mərhələdə üzülmə haldan düşmə mərhələsinə qədəm qoyur.
“İmtahan stressi” hadisəsi zamanı hər şeyi “qara rəngdə” görməyə meyilli olan tələbə, öz şüurunda hər şeyə qarşı lazımsız neqativ təsəvvürlər yaradır ki, bu da artıq onu imtahanda gözləyir.
“İmtahan stressi”nin yaratdığı fəsadları aradan qaldırmaq üçün ilk növbədə iki cəhəti nəzərə almaq lazımdır:
Birinci bu fəsadların yaranmasına imkan verən şəraitin korreksiya edilməsi diqqət mərkəzinə gətirilməlidir. Yəni imtahanlar elə keçirilməlidir ki, “gözləmə” vəziyyəti “gözləmə nevrozunun” yaranmasına gətirib çıxarmasın.
İkincisi, şagird və tələbələrdə psixokorreksiya işinin aparılmaqsı, onların fərdi – psixoloji xüsusiyyətlərinin nəzərə alınması, psixoprofilaktik işin həyata keçirilməsidir.
Dostları ilə paylaş: |