4.3.2. Çeşidli materialdan doğrama
Hissənin konstruksiya və ölçülərinə müvafiq olaraq uyğun en kəsikli çeşidli materiallardan doğramaqla pəstah alınır. Fərdi və kiçik seriyalı istehsalda fırlanma konstruksiyalı polad hissələrin pəstahları adətən, bu üsulla, dairəvi yayıqlardan hazırlanır. Hissə hamar val konstruksiyasına malik və ya ona yaxın olduqda bu üsulla pəstah-alma iriseriyalı və kütləvi istehsalda da əlverişli olur. Divarının qalınlığı çox böyük olmayan içiboş fırlanma hissələri, içiboş vallar üçün pəstah borudan doğrama ilə alınır. Lövhə konstruksiyalı hissələr üçün vərəqdən doğrama ilə pəstah almaq olur.
Dairəvi çubuq yayıqlardan pəstahalmadan geniş istifadə olu-nur. Dairəvi yayıqlar iki cür istehsal olunur: Isti halda yayılmış və kalibrlənmiş. Kalibrlənmiş çubuqlar yüksək dəqiqliyə və səth key-fiyyətinə (kobud pardaqlama ilə emala ekvivalent) malik olduğun-dan onlardan müstəsna hallarda istifadə edilir və müəyyən səviy-yədə, qismən emal edilmiş hissə kimi qəbul edilir.
Adi dəqiqlikli isti dairəvi yayıqlar mm, yüksəldilmiş dəqiqlikli yayıqlar isə mm diametrdə hazırlanırlar. Sonuncuların dəqiqliyi 10 30% yüksək olur. Yayıqların səthinin kələ-kötürlüyü Rz = 150 mkm, zay qatın qalınlığı h = 150 mkm olur.
Kalibrlənmiş dairəvi yayıqlar mm ölçüdə buraxı-lırlar. Yüksəldilmiş dəqiqlik və səth keyfiyyətli dairəvi çubuqlarda (serebrənka – gümüşcük, mm) səthin kələ-kötürlüyü Ra = 2,8 0,32 mm, h = 50 mkm olur.
5.3.3. Tökmə ilə pəstahalma
Yüksək axıcılıq - tökülmə qabiliyyətinə malik materiallardan (məsələn, çuqun, alüminium əsaslı ərintilər, tökmə polad və s.) hazırlanan hissələr üçün pəstahlar, bir qayda olaraq, tökmə ilə alınırlar. Metal ərimə temperaturundan yüksək temperaturadək qızdırılır əridilir. Maye metal qəlibə tökülür (şək.3.9), soyuduqdan sonra pəstah-tökük qəlibdən çıxarılır. Töküklər müxtəlif üsullarla: - torpaq, metal, qabıq, əriyən modelli qəliblərə tökmə, təzyiq altında tökmə, mərkəzdənqaçma üsulu ilə tökmə və s. ilə hazırlanırlar. Pəstahların tökmə ilə istehsalının 80%- dən çoxunu torpaq qəliblərə tökmə təşkil edir.
Dostları ilə paylaş: |