Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə28/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   24   25   26   27   28   29   30   31   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

İmbetsillik – (Latınca-zəif, köməksiz) anadangəlmə və ya erkən uşaqlıq dövründə yaranan kəmağıllığın orta formasıdır. Bu xəstəlik klinik təsnifatına görə debilliklə idiotiya arasında orta mövqe tutur. İmbetsilliyin səbəbi hər şeydən əvvəl uşağın bətndaxili inkişaf dövründə normal inkişaf etməməsi, doğuş travmaları, həyatın erkən dövrlərində uşağın aldığı ağır kəllə-beyin xəsəratlarıdır. Belə xəsəratlar uşağın yalnız böyük yarımkürələr qabığında deyil, həm də baş-beynin aşağı şöbələrində -qabıqaltı mərkəzlərdə, uzunsov beyində və beyincikdə də baş verə bilər.

İmbetsil uşaqlarda adətən fiziki inkişaf normadan kənara çıxmış olur. Belə ki, onlarda bədənin mütənasibliyi pozulmuş olur. Çox vaxt onlarda başın formasında əyintilər (defasiyalar) müşahidə olunur ki, bunlara da mikrosefaliya və molsfesefoliya deyilir. Daxili sekresiya vəzilərinin funksiyasının pozğunluğu imbetsillərdə xarici görünüşün və davranışın yöndəmsiz təsirini doğruldur. Hərəki funksiyalar inkişafdan qaldığına görə, imbetsil uşaqlar uzun müddət başlarını düz saxlamaqda, gəzməkdə, oturmaqda çətinlik çəkirlər. Sonralar bəzi imbetsillərdə əl, qol və bədənin artıq hərəkətləri, digərlərində isə hərəki donuqluq olur, əl və barmaq hərəkətlərinin diferensiasiyası demək olar ki, müşahidə olunmur. İmbetsil uşaqlara elementar özünəxidmət vərdişlərinin (geyinmək, yuyunmaq, çarpayını yığışdırmaq və s.) aşılanması hədsiz dərəcədə çətin olur. Onlarda nitqin inkişafında da bir sıra qüsurlar nəzərə çarpır. Nitqin kasıblığı, pəltəklik kimi nitq qüsurlar olsa da, imbetsillərin nitqi az və ya çox dərəcədə idiotların nitqindən fərqlənir. Onların təfəkkürü bəsit və konkret xarakterlidir, mücərrəd təfəkkür onlar üçün səciyyəvi deyildir. İdrak proseslərinin inkişafdan qalması səbəbindən belə uşaqlara oxu, yazı və hesablama vərdişləri aşılamaq hədsiz dərəcədə çətin olur.

İmbetsillərin davranışı əksər hallarda situasiyaya uyğun olmur, ona görə də onları intizama alışdırmaq bəzən çox çətin, əksər hallarda isə mümkünsüz olur. Onlar dərs vaxtı sinifdə gəzir, qışqırır, yemək yeyir, səbəbsiz olaraq gülür, dərslikləri və məktəb ləvazimatlarını cırır, sındırırlar. Bütün bunlara baxmayaraq yardımçı məktəblərdə xüsusi təlim priyomları vasitəsilə elementar təlim və əmək vərdişləri-oxumağı və yazmağı, zərfləri yapışdırmağı, yüngül karton işlərini və s. öyrətmək mümkündür. Bununla belə, imbetsillər daim müşahidə və təlimatçıların nəzarəti altında işləmək qabiliyyətindədir. İmbetsilliyin bəzi formalarında pedaqoji tədbirlərlə yanaşı, stimullaşdırıcı pereparatlardan, dərman vasitələrindən istifadə etmək lazım gəlir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin