2. Biheviorist istiqamət praktik psixoloqun peşəkar fəaliyyətində istinad etdiyi metodikalardan biridir. Bu nəzəriyyə əsasında psixoloji məsləhətvermə xidmətini həyata keçirən psixoloq müştəriyə öz hərəkətləri üzrəində nəzarəti həyata keçirməkdə kömək etmək məqsədini qarşıya qoyur. Klassik biheviorizmin nümayəndələri olan E.Tolmen, K.Xall, C.Uotson və B.Skinner belə hesab edirlər ki, ətraf mühit insanın şəxsiyyətinə təsir göstərir. Psixoloq əməkdaşlıq yolu ilə müştərinin həyat şəraitini dəyişdirmək məqsədilə onun həyatına müdaxilə etməlidir. Biheviorist nəzəriyyə iş metodu kimi aşağıdakıları təklif edir:
1. Müştərinin fəallığını rəğbətləndirməsi (stimullaşdırılması).
2.Davranışın operantlaşdırılması vasitəsilə müştərinin problemlərinin müəyyənləşdirilməsi.
3. Funksional təhlil vasitəsilə problemin mahiyyətinin aydınlaşdırılması (səbəb-nəticə əlaqələrinin aşkar edilməsi).
4. Müştəri üçün sosiaq cəhətdən vacib məqsədlərin (konkret fəaliyyət planının) qurulması. Biheviorial nəzəriyyəyə əsaslanan məsləhətvermə metodikası zamanı dözümlülüyün inkişaf etdirilməsi üçün müxtəlif treninqlərdən, məşqetdirici təmrinlərdən, rollu oyunlardan, müştəridə lazımlı davranışın dəstəklənməsi, çətin situasiyaların irəlicədən proqnozlaşdırılması və s. kimi texnikalardan istifadə olunur.
Dostları ilə paylaş: |