Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə50/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   46   47   48   49   50   51   52   53   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

2. Hafizənin psixodiaqnostikası

İnsanın özünün və ətrafdakı başqa adamların hafizəsi və mnemik proseslərinin xüsusiyyətləri haqqında düzgün təsəvvürə malik olması ona heç də az fayda vermir. Hafizə haqqında biliklərin insana nə kimi konkret fayda verdiyini aydınlaşdırmazdan əvvəl hafizənin hansı əsas növlərinin olduğuna diqqət yetirmək yerinə düşər. Psixoloji ədəbiyyatlarda sadalanan hafizə növlərinin əsasları bunlardır: mexaniki və məntiqi hafizə, qeyri-ixtiyari və ixtiyari hafizə, vasitəli və vasitəsiz hafizə, görmə, eşitmə, emosional, hərəkət, rasional, qısamüddətli, uzunmüddətli, operativ və s. Hafizənin bir sıra növləri insanda doğularkən mövcud olur və təbiət tərəfindən verilir. Onlar əsasən mərkəzi sinir sisteminin quruluşundan və funksiyalarından asılıdır. Hafizənin digər növləri, xüsusilə əksəriyyəti həyatda insanın başqaları ilə fəaliyyəti və ünsiyyəti prosesində üzə çıxır, inkişaf edir və təkmilləşir.

Yaş artdıqca hafizənin təbii verilən növləri tədricən zəifləyir ki, bu da bir sıra səbəblərlə bağlıdır. İlk növbədə insana təbiətdən verilən hafizə növlərindən insan yaş artdıqca az-az istifadə edir, çünki onlar az məhsuldar və əmək tutumludur, həyat fəaliyyəti prosesində insan yeni məhsuldar növlərə daha çox istinad etməli olur; İkincisi, hafizənin başlıca orqanı olan beyin zaman keçdikcə, insan yaşa dolduqca qocalır, özünün informasiyanı yaddasaxlama, yadasalma və tanıma imkanlarını itirir; Üçüncüsü, öz hafizəsinin xüsusiyyətlərinə bələd olan insan daha çox hafizənin məhsuldar növlərindən faydalanır, zaman keçdikcə, təbii şərtlənmiş hafizə növləri əsasında məşqlər aparmağı təxirə salır.

Hafizənin həcmi onun əsas xarakteristikalarından biridir. Ona görə də onun görmə, eşitmə və hərəkət kimi növlərinin qiymətləndirilməsinə başlamazdan əvvəl həcmi müəyyənləşdirilir. Bununla belə, sınanılan şəxsin hafizəsinin həcmini psixodiaqnostik metodikalar əsasında yoxlamazdan əvvəl sınanılan şəxsdə adları qeyd olunan hafizə növlərindən hansının üstünlük təşkil etdiyini bilmək lazımdır.

Bu məqsədlə eyni bir informasiya həmin şəxsə müxtəlif üsullarla verilir və onun bu informasiyanı hafizənin hansı növləri vasitəsilə daha yaxşı qavradığı, yadda saxladığı müəyyənləşdirilir.

Bir çox hallarda psixoloqlar informasiyanın yaddasaxlanılmasının həcmi ilə deyil, əksinə unutma ilə maraqlanırlar. Bu halda sınanılan şəxsə müəyyən miqdar informasiyanı yaxşı öyrənib səhvsiz yadda saxlamaq göstərişi verilir, sonra isə müəyyən vaxtdan sonra (bir neçə saat, gün və ya həftədən sonra) bu məlumatın hansı hissəsinin yadda saxlanıldığı yoxlanılır. Artıq psixoloji tədqiqatlar vasitəsilə müəyyən edilmişdir ki, hafizənin möhkəmləndirilmiş materialların bir gün sonra 77,6%-i , dörd gün sonra 66,4%-i, on gün sonra isə 62,7%i yadda qalır.

Hər bir adamın hafizəsində unutma tempini müəyyən etmək üçün öyrənilmiş eyni materialı hər gün yoxlamaqla qrafik tərtib etmək və bu yolla unutmanın və ya yaddasaxlamanı dinamikasını öyrənmək mümkündür.

İnsanda vasitəli yaddasaxlamanın həcmini müəyyən etmək üçün ona müəyyən informasiya vahidi, məsələn, mücərrəd sözlər verilir və onların hansı köməkçi mnemotexniki şəkillərlə, deyək ki, həmin sözlərə aid şəkillərlə və ya sözlərin daxil olduğu geniş mətn vasitəsilə yadda saxlamasına şərait yaradılır. Adətən belə şəkilləri sınanılan şəxs özü çəkir və bundan sözləri yadda saxlamaq üçün köməkçi vasitə kimi istifadə edir. Daha sonra o, metodikaya uyğun olaraq soruşulan informasiyanı həmin şəkillər vasitəsilə yada salır.

Psixodiaqnostika təcrübəsində həm ixtiyari, həm də qeyri-ixtiyari hafizə növlərinin ölçülməsi və qiymətləndirilməsi metodikaları vardır. İndi isə hafizə diaqnostikasının nisbətən sadə və geniş yayılmış 3 metodikası ilə tanış olaq: Onlardan biri əzbərləmə prosesinin dinamikasını, digəri dominant hafizə tipini, üçüncüsü isə vasitəli yaddasaxlamanın xüsusiyyətlərini öyrənməyə imkan verir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin