Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu 8.Yeniyetmələrin psixoloji diaqnostikası



Yüklə 0,94 Mb.
səhifə48/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   44   45   46   47   48   49   50   51   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Mövzu 8.Yeniyetmələrin psixoloji diaqnostikası

1. Yeniyetmələrdə xarakterin aksentuasiyanın aşkara çıxarılması, (Şmişek test-sorğusu)

  1. Yeniyetmələrdə aqressivliyin diaqnostikası.


Ədəbiyyat siyahısı:

    1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

    2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

    3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

    4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

5.İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  1. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  2. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005


1. Xarakterin aksentuasiyası insanda bu və ya digər xarakter əlamətinin digərlərinə nəzərən hədsiz dərəcədə güclü inkişaf etməsidir. O, adətən insanın xəstə olduğu zaman, yeniyetməlik, gənclik və qocalıq yaş dövrlərində, həmçinin həyatın böhranlı mərhələlərində müşahidə olunur. Xarakterin aksentuasiyası şəxsiyyətin xarakter əlaməti kimi norma ilə (psixoloji cəhətdən tam sağlam adamın vəziyyəti) potologiya (ruhi xəstə adamın psixoloji vəziyyəti) ilə müqayisədə aralıq mövqe tutur: Aksentuasiya hər bir insana məxsus olan bəzi fərdi xüsusiyyətlərin “kəskinləşməsi”dir. Yeniyetmələrdə xarakterin aksentuasiyasının öyrənilməsində sınaqdan çıxmış metodikalardan biri Şmişekin tərtib etdiyi test-sorğudur. Bu test 10 şkala üzrə qiymətləndirilən 88 sualdan ibarətdir. Sınanılan şəxs verilən hər bir suala “hə” və ya “yox” cavablarından birini verməlidir. Test üzrə işin təşkili üçün şagirdlərə standart təlimat əsasında hazırlanmış testin mətni və standart cavab vərəqi verilir. Sınanılan şəxs cavab vərəqində “hə” cavabı yazdığı sualın nömrəsi qarşısında “+” , “yox” cavabı yazdığı sualın nömrəsi qarşısında isə “-” işarəsi qoymalıdır. Testin mətni olan vərəqdə hər bir suala verilən cavabın balı rəqəmlə qeyd olunmuşdur.

Diqqət və hafizə kimi idrak prosesləri insana biliklər əldə etməkdə necə kömək edir? Özünün diqqətinin xüsusiyyətləri haqqında təsəvvürlərə malik olmaq insana öz diqqətinin imkanlarını düzgün qiymətləndirmək, praktik fəaliyyətdə ona uyğunlaşmaq imkanı verir. İnsan öz diqqətinin zəifliyini aşkar etdikdə, bundan yaxa qurtarmaq üçün iradi səy göstərir, bu halda diqqətin ali təzahür formaları olan ixtiyari və vasitəsiz diqqət idarə olunan xarakter kəsb etmiş olur. Diqqət haqqında biliklər eyni ilə bizə şəxsi və işgüzar qarşılıqlı ünsiyyətdə olduğumuz adamlarla münasibətlərimizi normal qurmaqda yardımçı olur. Onların diqqətlərinin xüsusiyyətlərini bilməklə biz onlara normal uyğunlaşır və birgə fəaliyyət zamanı mümkün çətinlikləri aradan qaldırmış oluruq. Bütün insanlarda diqqətin müəyyən qüsurlu cəhətləri vardır ki, bu həm vasitəsiz və qeyri-ixtiyari, həm də vasitəli və ixtiyari diqqətə aid edilə bilər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin