Sirayət (yoluxma) ünsiyyət prosesində həyata keçirilən psixoloji təsir metodlarından biri olub, şüursuz, qeyri-ixtiyari xarakter daşıyan davranış nümunəsidir.
Psixoloji sirayət kütlə psixologiyası üçün tipik olan hadisə olsa da, bu effektə kiçik qruplarda da təsadüf olunur. Dini eksztaz, kütləvi psixoz hadisələri, əhəmiyyətli idman yarışları, ritual rəqslər zamanı adamların rəftar və davranışı asanlıqla kütlənin (çoxluğun) təsiri altına düşür və ona uyğunlaşır. Belə hallarda qızışan ehtirasların şüurlu idarə olunması zəifləyir, insanlar kütləyə qoşulub yersiz hərəkətlər edir, qışqırırlar. (futbol azarkeşləri, ixtişaşlar, inqilabi çıxışlar, mitinq və küçə yürüşləri və s).
Psixoloji surayət həm də adamların psixoloqa inamına əsasən yaranan hallardan biridir. İnformasiyanı xüsusi emosional tərzdə, hiss və həyəcanla, ritmlə ifadə edən psixoloq məsləhətçi adamların böyük hissəsində öz qüdrətinə inam yaratmış olur. (sehirbaza, falçıya inam bəslənilən kimi)
Təlqin bir adamın başkalarına yönəlmiş məqsədəyönlü,niyyətli,xüsusi növ təsir formasıdır. Təlqin üçün səciyyəvi cəhət ondan ibarətdir ki, bu zaman hər hansı bir adamın bir və ya bir neçə adama verdiyi informasiya onlar tərəfindən qeyri-tənqiqi surətdə qavranılır. Tərqin verbal (sözlü) təsir vasitələri ilə həyata keçirilir.
Dostları ilə paylaş: |