MÖVZU.
QADIN TƏDQİQATLARI – MÜASİR
QENDERANTROPOLOGİYASININ TƏRKİB
HİSSƏSİDİR
•
Qadın qender antropologiyasının tədqiqat obyekti kimi
•
Marqaret Mid – ilk qadın antropoloqu
•
Henriyet Murun tədqiqatlarında feminist antropologiyası problemləri
•
Heyl Rubinin qadınlar mübadiləsi konsepsiyası
•
Şerri Ortnerin antropoloci konsepsiyası
•
Coan Huberin qender stratifikasiyası modeli
Qadın qender antropologiyasının tədqiqat obyekti kimi
Sosial antropologiyanın (qeyd edək ki, digər sosial elmlərlə yanaşı) feminizm tərəfindən ifadə
olunan xüsusi narahatçılığın səbəbi – qadınlara göstərilən etinasızlıq olub. Lakin bu etinasızlıqla bağlı
bütün hadisələrin öyrənilməsi, onun tarixinin yenidən qurulması müəyyən çətinliklərlə bağlıdır. Burada
başlıca səbəb – qadın mövzusuna qadın antropologiyasının ənənəvi hal alan ikili mövqe olub. Qadınlar
ənənəvi antropologiyada heç də saymazlıqla qarşılanmırdılar: «Müşahidə» və çöl işi səviyyəsində qadın
davranışı (əlbəttə, kişi davranışı olduğu kimi) müfəssəl, bütün təəssüratı ilə təsvir olunurdu: nigah,
iqtisadi fəallıq və istirahət.
Qadınlar, etnoqrafik tədqiqatlarda həmişə təmsil olunurdu, bunun səbəbi ilk mövqedə etnoqraflar
tərəfindən, qohumluq və nigah problemlərinə ənənəvi maraq göstərilməsində olub. Lakin problemin canı
empirik tədqiqatlarda yox, çox guman ki, onların təsviri sahəsindədir. Bu mövzuya həsr olunmuş məşhur
tədqiqatda, müəlliflər, etnoqraf-kişilər, və etnoqraf-qadınlar tərəfindən, Avstraliya aborigenlərin (yerli
əhali) həyat mövqeyi və səciyyəvi keyfiyyətlərinə verilən interpretasiyalarda fərqləri axtarırdılar. Kişi-
etnoqraflar qadın-aborigeni iqtisadi cəhətdən faydasız, mərasimlərdən kənarlaşdırılmış bir məxluqun
olduğunu qeyd edir, qadın-etnoqrafları isə məişət sahəsində qadının başlıca rolunu ardıcıl olaraq təsvir
edir, xüsusi qadın rituallarının (mərasimlərin) əhəmiyyətini qeyd edir, kişilər tərəfindən qadınlara olan
hörmət əlamətlərini xüsusi vurğulayırdılar. Beləliklə, qadınlar hər iki tərəfin (qadın-etnoqrafların və kişi-
etnoqrafların) tədqiqatlarında təmsil olunsa da, onların təsvirlərində müəyyən fərq var idi.
Yeni qadın antropologiyası 1970-ci ildən formalaşmağa başlayır. İlk növbədə burada antropoloji
ədəbiyyatda qadınların təsvirolunma tərzi ilə mübarizə başlandı. Problemin hüdudları kifayət qədər tez
bir zamanda müəyyən olundu və məlum oldu ki, burada üç cür yanlış fikir var. Birincisi, tədqiqatçılar
tərəfindən antropologiyaya gətirilmiş müxtəlif kişi və qadınlar arasındakı münasibətlərə aid
təsəvvürlərin aksiom və mədəni qadağalar şəklində təqdim olunması, bir də bu münasibətlərin iki
kollektivdən daha geniş olan birliklərin anlamasının, cəmiyyət üçün vacibliyini bildirən ustanovkaların
gətirilməsi olub.
Kişi tədqiqatçıların belə yanlış fikirləri çöl tədqiqatlarına da təsir göstərdi. Bəzən deyirlər ki, digər
mədəniyyətlərdə (cəmiyyətlərdə) yad adam tərəfindən sorğu aparılan zaman (xüsusilə kişi tədqiqatçılar
tərəfindən) kişilər belə sorğularda daha fəal iştirak edirlər. Lakin daha ciddi və daha üstün problem
ondan ibarətdir ki biz əminik ki, bu kişilərin əlində (bizim cəmiyyətdə olduğu kimi) ən əhəmiyyətli
informasiya toplanıldığı üçün yuxarıda qeyd edilən nəticə alınır.
İkinci yanlış fikir daha çox öyrənilən cəmiyyətə aiddir. Burada qadınlar kişilərin tabeliyində olan
bir məxluq kimi qiymətləndirilir, qender münasibətlərinə olan belə baxış şübhəsiz, antropoluqu, onun
respondentləri ilə (sorğu iştirakçıları) birləşdirən ümumi çıxış nöqtəsi olur.
Üçüncü və sonuncu yanlış fikir bütövlükdə qərb mədəniyyətinə xas olan mövhumatlarla bağlıdır.
Tədqiqatçılar qadın və kişi münasibətlərində uyğunsuzluğu müşahidə edərkən dərhal öz
mədəniyyətində olan belə hallara müraciət edir. Burada da (yəni qərb mədəniyyətində) qender
münasibətlərində qeyri-bərabərlik və iyerarxiya (ağalıq-tabelik münasibətləri) müşahidə olunur. Son
zamanda xeyli feminist-antropoloqlar belə bir fikri ifadə edir ki, qadın və kişilər arasındakı münasibətləri
daha eqalitar (bərabərçiliyə əsaslanan) olduğu bir zaman, alimlər belə bir zamanda bu bərabərliyin
mahiyyətini anlamırdılar, çünki Avropada qəbul olunmuş fərqlər və assimetriya haqqındakı təsəvvürlərə
hökmən ağalıq və qeyri bərabərlik münasibətləri də daxil olunur.
Belə şəraitdə təbii ki, feminist antropoloqların ilk vəzifəsi, kişilərdə yaranmış yuxarıda qeyd edilən
üç yanlış fikri aradan qaldırmaq idi. Buna nail olmaq üçün ilk növbədə qadınların öyrənilməsində daha
obyektiv olmaq tələbi (yəni kişi etnoqrafların gördüyü işi, onların mühakimələrini nəzərə almadan) irəli
sürüldü, qadınların mövqeləri, duyğuları, mühakimələri təhlil olundu. Kişi mövhumatların bu cür
düzəldilməsi, qadın və qadın fəallığı haqqında toplanılmış məlumatların ilk bankının yaradılması ilk
zəruri, lakin cəsarətsiz addım idi. Dərhal gözə çarpdı ki, antropoloji ənənəyə qadına real şəkildə
müdaxilə edilməsi ümumnəzəri və analitik səviyyələrdə yox, empirik tədqiqatlar səviyyəsində
mümkündür.
Beləliklə, feminist antropologiyası qarşısında ümumnəzəri antropologiyanın problemlərinin
yenidən işlənib hazırlanması, bu nəzəriyyənin istiqamətlərinin dəyişdirilməsi durur. Qadın və qender
tədqiqatlarına öz mühüm töhəfsini gətirən aparıcı qadın antropoloqların başlıca əsərlərinə müraciət edək.
Marqaret Mid – ilk qadın antropoloqu
Müxtəlif mədəniyyətlərdə cins anlayışını və cinsin fərqlərini təsvir edən və öyrənən antropoloqlar
eyni bir ziddiyyətlə üzləşirdilər (bəzən onu dərk etməsələr də). Bir tərəfdən qadın fəaliyyətinin təsviri
sosio-cins rollarının rəngarəngliyinin zəngin olmasını təsdiqləyirdi. Digər tərəfdən isə, sosial
nəzəriyyələrdə belə bir ənənə var idi: qadınlar mədəniyyətdə əhəmiyyətsiz bir amil kimi qiymətləndirilir,
kişilərə nisbətdə onların ikinci dərəcəli olması isə adi bir fakt kimi qəbul olunurdu, yəni bu təbii idi.
Kişi və qadınlar arasındakı sosial fərqlərin təbiiliyi haqqında təssəvvürlər, hətta ilk qadın
antropoloq Marqaret Mid tərəfindən əsaslı şəkildə sarsıdılmadı, baxmayaraq ki, o, cinslərin
münasibətlərində sosial amilin mühüm rol oynaması faktını xüsusi etnoqrafik materiallarla təsdiqləmişdi
(məlumdur ki, sosial elmələrdə təhlil kateqoriyası kimi cinsi fərqlər var). 1935-ci ildə yaratdığı «Jins və
temperament əsərində Mid yazırdı: «Şəxsiyyətin bir çox, bəlkə də bütün kişi və yaxud qadınınki hesab
etdiyimiz xüsusiyyətlər, cəmiyyət tərəfindən hər bir cinsə aid edilən paltar, davranış tərzi, baş örpəyinin
həmin cinslə zəif əlaqəli olduğu kimidir».
Böyük peşəkar, məşhur Marqaret Mid ömrünün otuz ilindən artın dövrünü Polineziya adalarında,
Yeni Qvineyanın Samoa adasında keçirməsinə baxmayaraq, Kolumbiya universitetinin rəsmiləri
tərəfindən alim kimi qəbul edilməmişdir. Bu qadının fərdi elmi aqibəti, antropologiyada qadın
mövzusunun acı taleyini özündə əks etdirir, bunun da üç tərəfi var: qadın bir peşəkar antropoloq kimi,
qadın respondent (yəni sorğu obyekti) və qadın-sosial elmlərin tədqiqat obyekti kimi qəbul olunmaması
tərəfləri. 60-cı illərin sonunda radikal feminizm, bu intellektual nəzəri və ekzistensial düyünü məhz belə
təyin edərək qender problematikasının tərkib hissəsinə incəsənəti, ekologiyanı, dili, fiziki məkanı,
memarlığı, analıq vəzifəsini, dini, səhiyyəni, hüququ, bəşər nəslinin tarixini, elmi və biliklərin
yaradılmasını (epistemologiyanı) çevirdi. O cümlədən sosial elmlərdən biri olan antropologiyanı.
Əslində antropologiyada, istənilən başqa sosial elmlə nisbətdə tədqiqatçı qadınlar daha çox təmsil
olunub: buraya qərb antropoloqların və missionerlərin (xristianlığı təbliğ edənlərin) ağ dərili xanımları,
bir də tədqiqat obyekti olan digər irqlərin qadın nümayəndələri – kəbin, kənd təsərrüfatı, dəfn
mərasimlərinin qadın iştirakçıları, əl işləri ustaları, nəsil başçıları, yuxu yozanlar, ayın müəyyən
günlərində toxunmaz olan, lakin daha çox ana, arvad, qaynana, qız, bacı, məşuqə olanlar… Axı Bronislav
Malinovskinin tərifinə görə antropologiya – kişi qadının necə qucaqladığı haqqında elmdir. Digər
tərəfdən, XX əsrin əvvəllərində Amerika antropoloqları etiraf etdikləri kimi, peşəyə yiyələnmək –
dünyanın mahiyyətini və kişi mövqelərini öyrənmək deməkdir. Doğrudan da qadın antropoloqlar gərgin
işləsələr də, onların və kişi antropoloqların tədqiqatları arasında hər hansı bir fərqi müəyyən etmək
olduqca çətindir.
Henriyet Murun tədqiqatlarında feminist antropologiyası problemləri
H.Murun hesab etdiyi kimi, ənənəvi antropologiyada qadın tədqiqatları ikinci dərəcəli obyekt kimi
mövcud idi, onun müşahidə edilən sosial vəziyyəti, dünyanı qavramaq xüsusiyyətləri nəzəriyyədə öz
ifadəsini tapmırdı. Antropoloqlar (cinsindən asılı olmayaraq) həqiqəti öyrənərkən, onun kişi modelinə
daha üstünlük verirdilər (söhbət qadın problemlərin ikinci dərəcəli olmasından gedir).
Antropoloji problematikasının kişi yozumunun məhdudluğu XX əsrin 70-ci illərin əvvəllərində
xüsusi bir səhə – qadınların antropologiyasının yaranması ilə nəticələndi. Bu cərəyanın qadın
nümayəndələri öz vəzifəsini qadınların qadın mövqeyindən öyrənilməsində görürdülər: özü də belə
yanaşma etnoqrafik materialın qavranılması, təqdim edilməsi və yozulmasında təhriflərə yol
verilməməsi baxımından bir qarant kimi qiymətləndirilirdi. Sosial antropologiyanın bir elm kimi yenidən
qiymətləndirilməsi prosesində kişi inhisarçılığa qarşı qiyamın böyük rolu oldu. Burada bir çox nəzəri
müddəalar ciddi şəkildə tənqid olunub, ilk növbədə etnosentrizmin (Avropa sentrizmi) mövhumatları;
sonuncular hamını qərb ənənəsi terminlərini istənilən mədəniyyətin öyrənilməsində istifadə etməyə
məcbur edirdilər. Bir çox antropoloqlar artıq dərk etdilər ki, «mədəni fərqlər» anlayışı indiki görünüşdə
müasir antropologiyanın aparıcı anlayış rolunu oynaya bilməz, çünki o bir növ fərqlərə, digərinin
zərərinə olaraq, üstünlük verirdi.
Qadınların antropologiyasında «mədəniyyətdə fərqlərin» abstrakt tədqiqinin yerini konkret
öyrənilən cinsin fərqləri tutur. Bunların spesifik mədəni ifadələri təhlil olunur. Yeni konkret fənnin
tədqiqat probleminə myxtəlif mədəni regionlarda qadınların vəziyyətinin öyrənilməsi daxil edilir,
qadınların kişilərlə qeyri-bərabərliyi, onların «istismar edilməsi və əzilməsini doğuran sosial amillər»
müəyyən edilirdi.
Antropologiya ilə feminizmin ilk sintezi nəzəri cəhətdən zəif çıxdı. Qadın antropologiyasının
aprior şərti-dünyaya qadınların vahid baxışının olması ideyası idi, həqiqətdə isə qadınların rolu və
statusu haqqında sosio-mədəni təsəvvürlər olduqca zəngindir. Vahid qadın mövqeyi əslində müasir
Avropa qadınının dünyagörüşündən qırağa çıxmırdı, yəni, artıq tənqid atəşinə tutulan Avropa
sentrizminin davamı idi.
«Jins fərqlərini» aparıcı tədqiqat obyektinə çevirərək, qadın antropologiyası onları, digər sosial
fərqlər konteksində təhlil etmirdi. Zənci feminist-qadınların tədqiqatları isə, irqin təcrübəsinin, cinsin
təcrübəsini müəyyən etdiyini artıq sübut etdilər. Buna görə də cinsin özu-özlüyündə öyrənilməsi,
qadının sosial vəziyyətinin öyrənilməsi üçün, eyni ilə cins ümumiliyi-qadın həmrəyliyi üçün kifayət
qədər möhkəm əsas ola bilməz.
Qadın antropologiyasının varisi 80-ci illərin feminist antropologiyası olub. Bu yeni cərəyan kişi
mövhumatı ilə mübarizədən bütövlükdə problemin tənqidi təhlilinə keçdi. Yeni vəzifələr tədqiqat
predmetinin də dəyişilməsinə gətirib çıxartdı. Jinsin öyrənilməsi (bu da öz növbəsində feminizm
yanaşmasının kənarına, yeni, müstəqil tədqiqatlara-cinsin antropologiyasına gətirib çıxartdı) antropoloq
feministlər cinslərin qarşılıqlı münasibətlərinin təhlilini, bu münasibətlərin digər sosial əhəmiyyətli
amilərlə (siniflər, irqlər, iqtisadi status, mülkiyyət münasibətləri, mədəni ənnələr və s.) qarşılıqlı təsirinin
öyrənilməsi ilə tamamladılar.
Feminist antropologiyasının ideyalarını aşağıdakı şəkildə ümumiləşdirmək olar:
1. Əldə edilmiş etnoqrafik materiallar sübut edir ki, qadınların cinsi identikliyini (bənzəməsini)
dəyişdirən geniş çeşidli sosiomədəni fərqlər var ki, onların cəmiyyətdə vəziyyətini, dünyaya
münasibətini müəyyən edir. Universal xarakterli «qadın» anlayışını antropoloqlar sosiologiyadan
götürüb istifadə edir, bu anlayış sosial antropologiyada təhlili aparmaq aləti kimi yaramır. Deməli, hər iki
halda: istər sosialist tədqiqatlarda, müstəqil dəyişən kimi cinsin identikliyini istifadə edərkən, istərsə də
feministlər sırasında populyar olan qadınların qeyri-bərabərliyinin universal səbəblərinin axtarişını
apararkən, səhvə yol verilir.
2. Feminist antropologiyasının çox vacib nəzəri töhfəsi – cinsi identikliyinin (uyğunluğunun)
sosiomədəni fenomen olduğunun hesab etməsidir. Qadın və yaxud kişi olmaq nədir? sualın cavabı, hər
hansı bir mədəni və yaxud tarixi konteksinə uyğun dəqiqləşdirilməsini tələb edir.
3. Feminist yanaşması nəzərdə tutur ki, cinslərarası münasibətlər ictimai həyatın aparıcı amilidir,
bu münasibətlərin təhlili hər hansı bir sosial təhlilinin müqəddəm şərtini təşkil edir – məsələn,
antropoloji, tarixi, iqtisadi, tədqiqatın aparıcı tərəfi – cinsin təcrübəsi zəminində sosial təcrübənin mədəni
xüsusiyyətlərinin öyrənilməsidir.
H. Mur, qeyd edilən müddəaları əsaslandırmaq üçün müxtəlif nəzəri oriyentasiyalara mənsub olan
antropoloqlar tərəfindən toplanılmış geniş empirik materiallara müraciət edir. O, problemə üç cürə
yanaşılmasını fərqləndirir: (bu yanaşmalar heç də hər vaxt bir – birini istisna etmir) – simvolik, sosioloji,
şəxsiyyətlə bağlı olanları. Birinci yanaşmanın tərəfdarları, cinsi identikliyi və ona aid edilən sosial
statusu, cinsin müəyyən ideologiyasını təşkil edən mədəni – xüsusi işarələr və stereotiplər yığması
olduğunu qeyd edirlər. Sosioloji cərəyanın tərəfdarları cinslərarası münasibətlərin təhlilində
mədəniyyətlə müəyyən edilmiş əmək bölgüsünə əsaslanırlar. Şəxsiyyətlə bağlı təhlil, cinsin təcrübəsini,
şəxsiyyətin sosial təcrübəsini öyrənməklə təhlil edir. Hər üç yanaşmanın nöqsanı ondan ibarətdir ki,
istifadə edilən anlayışların və onlara aid edilən sosial cəhətlərin (şəxsiyyət, ailə, analıq vəzifəsi, ev
təsərrüfatı və s.) yozumu Avropasentrizm mövqeyindən xarakterizə olunur.
Kişi və qadının statusların sosial cəhətdən qeyri-bərabər olmasını, müxtəlif yanaşmaların
tərəfdarları, qadının təbiətlə (yəni sosial cəhətdən az əhəmiyyətli olanla) təbii şəkildə eyniləşdirilməsi,
kişini isə ictimai həyatın mədəni (ictimai, sosial cəhətdən presticli olan) sahəsilə ölçülməsinin nəticəsi
olduğunu göstərirlər. Lakin təbiət və cəmiyyətin qarşıdurması da, bu anlayışların məzmunu da, onun
əsasında qurulmuş alternativ (əvəzedici) assosiasiyalar (müqayisələr) (təbiət, məişət – qadın, ictimai
həyat – kişi) qərb mədəni ənənənin məhsulu olaraq sosioantropoloji təhlil üçün metodoloji zəmin rolunu
oynaya bilməz. Belə şəraitdə feminist antropologiyasının vəzifəsi ondan ibarətdir ki, o, indiyə qədər
mədəni homogenlikdə şübhə yaranmayan (oxşarlıq və yekcinslik) kateqoriyaların kompleksli, çoxmənalı
xarakterini nümayiş etdirsin.
H. Mur elmi ədəbiyyatda artıq qəbul edilmiş məhsuldar (ictimai-faydalı, əsasən kişiyə aid) və
reproduktiv (ev, əsasən qadınla bağlı olan) əmək bölgüsünə tənqidlə yanaşır. Bu stereotip də yuxarıda
qeyd edilən təbiət və cəmiyyətin dixotomiyasına (qarşıdurmaya) əsaslanır. Reproduktiv (bərpaedici)
əmək (ev təsərrüfatı, uşaqların doğulması, əməyin təşkili) adətən insanların təbii tələbatlarına xidmət
edən sahə kimi öyrənilir, ona görə də öz məzmunu və mahiyyəti etibarilə bu sahə tarixi və mədəni
inkişafı baxımından dəyişilməz hesab edilir. Feminist antropoloqlar öz tədqiqatları nəticəsində böyük
empirik materialı topladılar. Məlum oldu ki, reproduktiv əməyin təşkilinin müxtəlif formalarının inkişafı
ilə yanaşı, kişi və qadın əmək sahələri arasındakı xüsusi-mədəni sərhədlər çox çevikdir; reproduktiv
əməyi təşkil edən ayrı-ayrı tərəflərin sosial əhəmiyyəti də daima dəyişir. Feministlərin tənqidi ona görə
dəyərlidir ki, onlar məhsuldar əməyin və qadınların reproduktiv vəzifələrinin nisbətini, cəmiyyətdə onun
vəziyyətini müəyyən amil kimi qiymətləndirirlər.
Qadının kapitalist ictimai münasibətlər sisteminə daxil edilməsi, cinslər arasında əmək bölgüsünün
ənənəvi formalarının deformasiyasına gətirib çıxarır. Bunula belə məhz kapitalizmə qədərki cinsin
ideologiyasına daxil edilmiş ailədaxili və sinfi münasibətlərin prinsipləri, bir də cinsi davranışın əvvəlki
stereotipləri, qadının kapitalist münasibətlərinin iştirakçısı olmaq işində vasitə olan bu və ya digər
mədəni spesifikasının öyrənilməsində çıxış nöqtəsi olmalıdır. H.Mur marksist feministlərin
“reduksionist”, “çoxlu yanılmaları olan” konsepsiyaları tənqid edir, bu cərəyanın nümayəndələri
qadınların ənənəvi əmək formalarından muzdlu əməyə keçidi, kapitalın ehtiyacları və kapitalist istehsal
münasibətlərin məntiqi ilə izah edir, qadınları əmək ordusunun ehtiyatı kimi qiymətləndirirlər.
Müasir cəmiyyətdə qadınların vəziyyətinin feminizm mövqeyindən öyrənilməsi böyük maraq kəsb
edir. Bu sahə sosial antropologiya üçün yenidir. Antropoloqlara haqlı olaraq bir sıra yalnış yanaşmaları
irad tuturlar: onlar tədqiqatın ümummetodoloji (makrososioloji) əsaslarına laqeyd olur, lokal
cəmiyyətlərin ənənəvi təhlilini, onların mövcud olduğu geniş iqtisadi və siyasi şəraiti ilə
əlaqələndirmirlər. Sosial antropologiya nöqteyi-nəzərindən ailə institutları ilə dövlət inisitutları qarşılıqlı
şəkildə bir-birilə əlaqəlidirilir, bu da öz növbəsində dövlətin və ailə-qəbilə mənafelərinin sərhədlərində
yerləşən qadının sosial vəziyyətini müəyyən edir.
Feminist antropologiyası, istər sosial antropoloqların işinə, istərsə də feminizmin nəzəriyyə və
praktikasına ciddi metodoloji düzəlişlər gətirir. Feminizmin xidməti ondan ibarətdir ki,
cəmiyyətşünaslığın başlıca məsələlərinin həllində cinslərarası münasibətlər önəmli rol oynayır, bununla
yanaşı, qadınların sosial mənafelərinin sinfi və irqi xüsusiyyətlərinin tədqiqi, qadın emansipasiyasının
klassik problemlərinin yenidən təhlilinə gətirib çıxara bilər.
Heyl Rubinin «qadınlar mübadiləsi» konsepsiyası
Heyl Rubinin yazdığı «Qadınlar mübadiləsi» kitabı adicə qender nəzəriyyəsini klassik əsəri deyil,
bu, feminizmin müqəddəs mətnlərindən birinə çevrilən, cinsin mahiyyətinin açıqlanmasında
psixoanalitik təhlili antropologiya ilə birləşdirən bir əsərdir. Jinsi isə – qeyri bərabərliyin əsasını təşkil
edən, mədəni səviyyədə yozulan bir anlayış kimi qiymətləndirirdi. Levi-Strossla yanaşı sosial əlaqələrin
yaradılmasında hədiyyələrin mübadiləsinin əhəmiyyətini, dövlətdən qabaqkı cəmiyyətlərdə ictimai
münasibətlərin qaydalaşdırılmasında qohumluq sisteminin rolunu qeyd edən H. Rubin göstərir ki, nigah
– hədiyyələrin mübadiləsində ən qədim formalarının başlıcası, qadının özü isə ən qiymətli hədiyyə olub.
Beləliklə, intsestə olan (qan qohumları arasında cinsi əlaqələrin qadağan edilməsi) qadağanın mənası
aydın olur: onun məqsədi – seksin və uşağın doğulması kimi bioloji halları sosial akt halına, seksual
aləmi qadağa edilmiş və icazəli olan partnyorlarla bölünməsi vasitəsinə çevirmək olar. Bacını və yaxud
qızını seksual partnyor kimi istifadə edilməsinə qoyulan qadağa nəticəsində onlar başqalara verilir (ərə
vermək ifadəsi buradan yaranır), nəticədə ailələr arasında sosial (qohumluq) əlaqələr yaranır.
Əgər qadın ibtidai razılaşma predmetidirsə (sevib ərə getsə də həmin razılaşma prinsipi qalır) onda
o, adicə qohumluq əlaqələrində adətən kişilər arasında yaranan sosial münasibətlərdəki kimi, bərabər
hüquqlu partnyor yox, yalnız bir vasitəçidir. Rubin yazır ki, «qadınlar kişiləri, onlar qadınları əldə etdiyi
kimi, əldə edə bilmirlər, ona görə də sosial cins «(qender) müxtəlif imkanlarla bağlı olan sosial bölgü
formasıdır». «Qadınlar mübadiləsi» mədəniyyətin yaranmasının müqəddəs şərtidir, burada kişilərin
ağalığı və qadınların zülmətdə olması belə mədəniyyətin mövcudluluğun əsasıdır. Bu mədəniyyət başqa
şəraitdə necə «başlana» biləcəyini, necə olacağını demək mümkün deyil; Heyl Rubin hesab edir ki,
mədəniyyət «fərasətlidir». Artıq yaranmış vəziyyətin (söhbət cəmiyyətdən və mədəniyyətdən gedir)
dəyişdirilməsi üçün ancaq sinifləri ləğv etmək yox, çox dərinə getmək lazımdır.
Antropoloji dolanbaclara doğru hərəkət etməsi yeni-yeni kəşflərlə nəticələnir: cinslərə uyğun
əməyin bölgüsü heç də bioloji əlamətə görə aparılan ixtisaslaşma deyil, bunun məqsədi-qadın və kişinin
iqtisadi əməkdaşlığının yaşamasının təmin edilməsidir. Burada davranış, o cümlədən seksuallıq,
mədəniyyət tərəfindən onların vəzifə bölgüsünə əsaslanan bir-birini tamamlayan qarşılıqlı əlaqələrin əksi
üçün formalaşdırılmışdı. Nigah ittifaqı, kişi və qadın fərqləri və qarşılıqlı şəkildə istisna edilməsi faktına
əsaslanır. Nigahın müqəddəs şərti mədəni şəkildə formalaşan heteroseksuallıqdır. Qender adicə insanın
onun cinsi ilə eyniləşdirilməsi deyil, burada nəzərdə tutulur ki, cinsi meyl əks cinsə yönəldilməlidir. Eyni
olmaq qorxusu indiki sosial qaydaların pozulması qorxusudur: əgər heteroseksuallıq bioloji inkişafın və
hormonların nəticəsi olsaydı, onda niyə qeyristandart cinsi oriyentasiyasına görə insanlara həbs cəzası
verilir? Bərabərlikdən çəkinən mədəniyyət bioloji cinsi dəyişdirib onu qenderə, qadınlılıq və kişililik kimi
mədəni quraşdırmalara çevirir. Beləliklə Heyl Rubinin antropoloji konsepsiyası cinslərin mənşəyi,
seksuallıq meyllərin yaranması, subyektivliyinin mahiyyəti haqqındakı müəyyən dərəcədə Fukonun
ideyaları ilə həmahəng olan fundamental fikirlərdir; bu anlayışların məzmunu tarixən müəyyən edilib,
deməli dəyişilir və inkişaf edir.
Şerri Ortnerin antropoloji konsepsiyası
Şerri Ortner də, Heyl Rubinin aid olduğu antropologiyanın radikal intellektual dalğasına aiddir.
Ş.Ortner qadınların əsarət altında qalmasının ilkin səbəbinin axtarışına özünü ilhamlandırmışdı. Onun
fikrincə, cinsi qeyribərabərliyin universal xarakteri, onu müxtəlif ifadələrdə, mədəniyyətlərdə (istər sadə,
istərsə də primitiv) mövcudluğu, cəmiyyətdə gedən fundamental, çox möhkəm, nə ayrı-ayrı sosial
rolların dəyişdirilməsi, nə də ki bütün iqtisadi strukturun yenidən qurulması ilə ləğv edilə bilməyən bir
hadisənin olmasını təsdiqləyir. Ortner, qadınların ən ümumi devalvasiyasını (ucuzlaşması ifadəsini o
qəsdən burada işlədir, çünki cəmiyyət qadınları az əhəmiyyətli bir məxluq kimi qiymətləndirir, mövcud
sosial şəraitdə qadınlar hökmranlıq etmə imkanından məhrum edilir) digər sosial hadisələr silsiləsində
öyrənməyin tərəfdarıdır. Mədəniyyətləri, qadınları sosial asılılıq mərhələlərində daha aşağı pillədə
yerləşdirilməsinə nə vadar edir? Ortner belə hesab edir ki, qadının özündə təcəssüm etdiyi əlamətləri,
bütün mədəniyyətlər çox aşağı qiymətləndirirlər. Bu nədir? Ortner buna təbiət deyir, insan onu
nəzarətdə saxlamaq, özünə tabe etdirmək istəyir: «ən ümumi mənada biz mədəniyyəti, insan təfəkkürü
və bu təfəkkürün məhsulu (məsələn, təfəkkür sistemləri və texnologiyalar) haqqındakı təsəvvürləri ilə
eyniləşdiririk; bu yolla insan təbiətin üzərində öz nəzarətini saxlamaq istəyir». Təbiət öz-özlüyündə
mövcuddursa, insan təbiətin üzərində düşünülmüş fəaliyyətin aparılması hesabına mövcuddur.
Qadın yalnız ona xas olan reproduktiv funksiyasına malikdir. Bu fiziki halın üç mənada
əhəmiyyəti var: 1) qadın bədəni və onun funksiyaları təbiətə sanki daha yaxındır (kişi fiziologiyası isə
onu mədəniyyət üçün daha yararlı edir): 2) qadınlar, öz cismani funksiyalarına görə kişilərin sosial
mövqeləridən (rollardan) fərqli olaraq, daha az əhəmiyyətli mövqelərdə yerləşdirilir; 3) ənənəvi qadın
rolları öz növbəsində müəyyən qadın psixologiyasını yaradır, bu qadın da, mədəni normalar və
qaydalara daha az yiyələnmiş kimi qiymətləndirilir. Beləliklə, qadın və kişi qarşıdurması təbii və mədəni
qarşıdurmasına çevrilir: bütün cəmiyyətlərdə qadınlar təbiətin bir hissəsi kimi qiymətləndirilir və
mədəniyyətin tarixi məkan və zaman hədlərindən kənarda yerləşdirilir; kişilər isə mədəniyyətin
təmsilçiləri olaraq, tarixi gerçəkləşdirir, yaradır, Yer kürəsinin hədlərini aşır və insanini özündə təcəssüm
etdirirlər. Qadınlarda, hətta evdən kənarda göstərilən fəaliyyət, qadınların əlindən çıxdığı üçün
ucuzlaşır, bu isə təbiətin yaratdığı yox, mədəniyyətin quraşdırdığı bir haldır.
Ortner öz tədqiqatında seksizm ideologiyasının istehsalı mexanizmini çox gözəl təsvir edir;
sonradan bu ideyalar, antropologiyada müstəmləkə strategiyasının fəaliyyətinin öyrənilməsi zamanı
təsdiqləndi. Son halda əsarət modeli bir qədər mürəkkəb alındı – buraya siniflər və irqlər kimi
mövhumlar da əlavə edildi. Qərb müstəmləkəçiliyi layihələrində qadın «ibtidai-alçaq» mənada
götürülüb, ələ keçirilən torpaq və xalqların metaforusuna (obrazlı ifadəsinə) çevrildi. Bu xalqları
«mədəniləşdirmək», yəni oradan qızılı, kauçuku, ədəvaları, nefti, qulları yığışdırıb aparmaq lazım idi. Bu
həm də yerli əhalisindən olan qadınlara da aid idi. Qəribəlik isə onda idi ki, bütün imperiyalar öz
təcavüzkar siyasətini sivilizasiya missiyası ilə əsaslandırır, sivilizasiya dedikdə isə qərb cəmiyyəti və
mədəniyyətin modeli başa düşülür. Yeni torpaqlara dair siyasəti işləyib hazırlayanda, imperializm,
xüsusi qadın (özü də ağ qadın) mənəviyyatı haqqındakı təsəvvürlərdən irəli gələrək, alilik və ümumi
mədəni vəzifələri haqqında seksist təsəvvürləri istifadə edirdi. İstər Amerikanın, Sibirin torpaqlarının
məskun edilməsi, Afrika və Asiyanın sərvətlərinin ələ keçirilməsi, müstəmləkəçilik layihələrinin
müvəffəqiyyətlə həyata keçirilməsi zərurəti tələb edirdi ki, kobud və cəsarətli əsgər – kişi, sənayeçi, tacir
və yaxur sürgün edilmiş caninin yanında ağ qadın, onun uşaqlarının anası, evin və ev sahəsinin yiyəsi,
həm yerli icmanın, həm də dərisi başqa rəngdə olan yerli əhali nümayəndələrinin əxlaqını güdən, ağ
kişini dərisi başqa rəngdə olan qadına meyl salmasınndan uzaqlaşdıra bilən (çünki bu zaman bütün
layihə puç olardı) durmalı idi.
Bununla belə sonrakı mərhələdə yaşayıb yaradan antropoloqlar üçün klassik xarakterli «Qərb-
Şərq» antropoloji dixotomiyası (bunu iki böyük ideya olduğunu qeyd edirlər, hər bir ideyanın öz
reallıqlarının tarixi ənənələri, obrazlar aləmi, söz tərkibi var) şübhə altına alındı, çünki bir çox qeyri qərb
mədəniyyətlərdə qadın – kişi, təbiət – mədəniyyət kimi ziddiyyətli bölgü ümumiyyətlə müşahidə
edilmir.
Coan Huberin qender stratifikasiyası modeli
Strukturalizmdən, çoxmənalı dixotomiyalardan daha çox sosial stratifikasiyaya meylli olan
antropoloqlar da qender asılılıqların ümumi nəzəriyyəsinə öz münasibətini ifadə etməyə çalışıblar: onlar
cinslər və onlarla bağlı yaranmış əmək bölgüsünü stratifikasiya sxeminə yerləşdirmək istəyiblər. Bir vaxt
F. Engels seksuallıq və qadınların reproduktiv vəzifəsini iqtisadi nəzəriyyəyə salmaqla bu sahədə böyük
irəliləyişə nail oldu, lakin o, cinsi əmək bölgüsünün yaranması faktını izah etməmişdir. Bundan əlavə, nə
marksistlər, nə də ki, M.Veberin sosioloji ideyaların davamçıları ev təsərrüfatı problemlərini təhlil etmək
cəhdini göstərməyib, bu təsərrüfatın makroiqtisadiyyatda yerini və rolunu müəyyən etməmişlər.
XX əsrin 70-ci illərində sosioloq və antropoloq Coan Huber qadın ev əməyini nəzərə almaqla,
qender stratifikasiyası modelini yaratmışdır. Bu təsərrüfat izafi dəyəri yaratmır, o məcmu milli məhsula
daxil edilmir, lakin onun dəyəri milyardlarla dollarla ölçülür; qender stratifikasiyasında daha iki məsələ
nəzərə alınır; bu kişilər üçün əlçatmaz olan uşaqların doğulması və əmizdirilməsi məsələsidir.
Coan Huber, sosial-cinsi stratifikasiya haqqında aparılan akademik mübahisələrə öz nəzəriyyəsi ilə
müdaxilə etdi. Bu nəzəriyyə, bir çox, istehsal və iqtisadi resursların bölünməsi və cinsi statusun idarə
olunması məsələlərlə bağlı olan suallara cavab verə bilər. 20 ildən sonra o, antropologiya və sosiologiya
qender qeyribərabərliyi haqqında 25 illik tədqiqatları ümumiləşdirib, həmin modeli bir qədər
təkmilləşdirmişdir. Bir neçə amilin – ekologiyada qida istehsalı texnologiyasını, doğum səviyyəsində baş
verən dəyişiklikləri araşdırarkən, Huber bir neçə müddəadan irəli gəlir (birinci və ikinci sosial
stratifikasiyasının funksional səpkidə olan ümumi nəzəriyyəsi ilə bağlıdır). 1) Qida məhsullarını istehsal
edən ailə üzvləri, onların istehlak edənlərdən daha çox hakimiyyətə və nüfuza malikdirlər. Məhsuldar
əməyə kim cəlb olunur? Bu, nədən asılıdır? Bunun cavabını ikinci müddəadan tapmaq olur. 2) Qadının
gördüyü iş, hamiləlik və uşağın əmizdirilməsi ilə uzlaşdırılmalıdır (bu vəzifəni kişilər yerinə yetirə
bilməz); bunu, cəmiyyət, sağ qalması üçün etməlidir; 3) ümumi sosial stratifikasiya baxımından,
cəmiyyətdə nüfuz və hakimiyyət daha çox maddi dəyərləri, ailədənkənar hədlərində, bölüşdürülməsinə
nəzarət edənlərin əlindədir.
Təhlil zamanı müəllif beş növ mədəniyyətə – ovçuluq və yığıcılıq, toxalama əkinçiliyi, köçəri
mədəniyyət, kotan əkinçiliyi, sənaye cəmiyyəti mədəniyyətlərə müraciət etmişdir. O, qarşısına məqsəd
qoymuşdur: kişilər və qadınlar qida istehsalı üçün (ayrı – ayrılıqda) nə edir? Niyə qadınlar kişilərin
gördüyü işi görmür (hətta o işi daha çox qida verirsə); burada nigah və ailə strukturu (quruluşu) necədir?
(sərbəst nigah, poliqamiya, monoqamiya); demoqrafik tendensiyalar (doğum, ölüm, boşanma
səviyyələri). C.Huber belə bir qənaətə gəlir ki, qadının statusu bilavasitə onun, qidanın axtarıb tapılması
ilə bağlıdır, amma bəzi cəmiyyətlərdə əhalinin təkrar istehsala zərurəti qadınları, hakimiyyəti, nüfuzu
verə biləcək sahələrdən təcrid edir. Bu elə yerlərdə baş verir ki, qidanın istehsal edilməsi insanlara uzun
müddət dövründə evdən didərgin salır, (köçəri cəmiyyətlər, ovçuluq) müharibə də bəzən «qalıqların»
artırılması yollarından biri olur. Qadınların bu fəaliyyətindən istisna edilməsi, onların silahdan və
texnologiyalardan uzaqlaşdırılması bioloji yox, sosial xarakter daşıyır.
Əmək alətlərin təkmilləşdirilməsi, qida məhsullarının artmasına, ölüm və doğum səviyyələrinin
azalmasına səbəb olur, tərəqqinin belə nəticələri bilavasitə qadının vəziyyəti ilə bağlıdır. Postsənaye
mərhələsi dövründə onların statusu bir qədər yaxşılaşır (marksizmin təkamül nəzəriyyəsi bunun əksinə
deyirdi, yəni məzlumların vəziyyəti getdikcə pisləşəcək). Texnologiyaların inkişafı cinsi fərqlərini daha
az əhəmiyyətli edir, burada aparıcı rolu yenə də ailədaxili bölgüsü oynayır. Sosial stratifikasiyada ev
işinin qlobal səviyyəsində qiymətləndirilməsi və xüsusi sahələrin mövcudluğuna israr edir; birinciyə
dövlət və vətəndaş cəmiyyəti, ikinciyə – cinsi əlamətlərə görə bölgüyə malik olan ailə daxildir.
Bazara yönəldilməyən, əsasən qadınlar tərəfindən yerinə yetirilən işin vacibliyinin qəbul edilməsi,
bir çox iqtisadçı və sosioloqları belə bir qənaətə gətirib ki, əməyin cinsi bölgüsü siyasi əhəmiyyət kəsb
edir, çünki qeyribərabərlik və hakimiyyətin əldə edilməsi ilə bağlıdır. Qadınların evdə istismar edilməsi
cəmiyyətdə patriarxal qayda-qanunların qorunub saxlanılmasına xidmət edir: ictimai hakimiyyəti əldə
etmək imkanı, ictimai, yəni ev sferindən kənarda olan mədəniyyətin yaradılması ilə bağlıdır.
ƏDƏBİYYAT
Антология гендерной теории. – Минск, 2000
Гендерные исследования: Феминистская методология в социальных науках / Материалы 2-й
Международной Летней Школы по гендерным исследованиям. – Харьков, 1998
Гендерные исследования. Хрестоматия. – М., 2002
Гендерные исследования. Учеб. пособ. – М., 2002
Женщина в обществе: мифы и реалии. Сб.статей/ Ред.сост. Л.С.Круминг – М., 2001
Мифология и повседневность: гендерный подход в антропологических дисциплинах / Материалы
научной конференции 19 – 21 февраля 2001 года. – СПб., 2001
Феминизм и гендерные исследования. Хрестоматия / Под общ. ред. В.И.Успенской. – Тверь, 1999
Хрестоматия феминистских текстов. Переводы / Под ред. Е.Здравомысловой, А.Темкиной. – СПб., 2000
Dostları ilə paylaş: |