Mövzu Qərar Qəbulu Qərar nə deməkdir və qərar qəbulunun menecerlərlə əlaqəsi necədir?



Yüklə 157,93 Kb.
səhifə10/13
tarix26.05.2022
ölçüsü157,93 Kb.
#59694
1   ...   5   6   7   8   9   10   11   12   13
Mövzu 6.Qərar Qəbulu

QEYRİ-MÜƏYYƏNLİK
Qeyri-müəyyənlik o deməkdir ki, menecerlər hansi hədəfə çatmaq istədiklərini bilirlər, amma alternativlər və gələcəkdə baş verə biləcək hadisələrə dair məlumat natamamdır. Menecerlərin alternativlər və onların risklərini dəyərləndirməyə dair aydın təsəvvüləri olması üçün kifayət qədər məlumatı yoxdur.
Qiymət, istehsal, həcm, gələcək maraq həddləri və s. kimi faktorlar vəziyyəti düzgün analiz etmək və proqnoz verməyə çətinlik yarada bilər. Buna görə də menecerlər qərar vermək üçün müəyyən fərziyyələr, hətta o fərziyyələr səhv olsa və qərarın da səhv olmasını şərtləndirsə belə irəli sürməlidirlər. Gərək menecerlər alternativlərə dair kreativ yanaşmalar irəli sürsün və hansı alternativin ən yaxşı olmasına dair şəxsi mühakimələrini istifadə etsin. ABŞ-ın keçmiş xəzin katibi Robert Rubin qeyri müəyyənlik halını hətta yaxşı qərarı belə pis nəticəylə yekunlaşdıra bilən bir situasiya kimi qiymətlədirirdi.
Microsoft Microsoft Network (MSN)-ə əlavə inkişaf üçün invesitisya yatırmaq istəyəndə ona aydın deyildi ki, MSN kimi bir çox açıq şəbəkələr çox olacaq və standart hal alacaq. Yeni situasiya və gələcək proseslər Microsoft üçün qeyri-müəyyən idi.
Qeyri müəyyənlik şəraiti altında qəbul edilən bir çox qərarlar arzu edilən nəticələr vermir. Menecerlər hər gün qeyri müəyyənliklə qarşılaşsalar da onlar daha effektiv qərarlar qəbul etmək məqsədilə qeyri müəyyənliyin öhdəsinən gəlmək üçün kreativ yollar tapmalıdırlar.

Proqramlaşdırılmış və proqramlaşdırılmamış qərarlar arasında əsas fərq qərar qəbulundakı müəyyənlik və qeyri-müəyyənliyin dərəcəsiylə əlaqədardır. Qərar qəbulunun uğurlu olması üçün menecer bütün vacib informasiyaları əldə etməlidir və bu vasitəylə qeyri-müəyyənliyi azaltmalıdır.
Proqramlaşdırılmamış qərar tipi əsasən şəxsə əsaslanan, prosedurlara əsaslandırmaq çətin olan, yaradıcılığa əsaslanan və daha çox qeyri-müəyyən mühitdə strateji əhəmiyyətli seçimlə bağlıdır. Bu qrupa daxil olan qərarların bağlı olduğu problemlərin strukturunu əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bu növ qərarlarda qərar vermə prosesinin hər mərhələsi üçün əvvəlcədən müəyyənləşdirilmiş prosedurlardan faydalanmaq mümkün deyil. Hər bir situasiyaya görə hər bir mərhələlərini ayri-ayri yerinə yetirmək lazımdır.
Qeyri-müəyyənliyin bu qədər çox olduğu vəziyyətdə problemi tam olaraq müəyyənləşdirməyin çətin və stresli olduğu hallarda daha çox “intuitiv qərar qəbulu üsulu” adı verilən qərar qəbulundan istifadə edilir. İntuitiv qərar qəbulu qərar verməklə əlaqəli formalaşdırılan mərhələləri addım-addım icra etməklə deyil, qərar qəbul edicinin tamamilə özünün keçmiş təcrübə və məlumatlarına əsaslanaraq intuisiyasına görə, subyektiv siçimini ifadə edir. İntuitiv menecment qərar qəbul edicinin malik olduğu təcrübələri istifadə edərək yuxarıda qeyd etdiyimiz vəziyyətlərdə optimallıq dərəcəsi aşağı da olsa sürətli qərar qəbuk etməyini təmin edir. Qəbul edilən qərarın optimallıq dərəcəsi əgər qərar qəbul etməyə ehtiyac duyulan situasiyayla bağlı vaxtda daxil olmaqla hər bir amil məlum olsaydı qəbul ediləcək qərara görə aşağı olmaqla yanaşı, qərar qəbuledicinin az vaxtda və bir çox məlumatlara sahib olmadan seçim etmək məcburiyyətində olduğu vəziyyətlərdə qəbul edilən yanaşmadır.
Proqramlaşdırılmayan qərar tipinin başqa bir xüsusiyyəti daha çox yaradıcılığa ehtiyac duyulan qərar tipi olmasıdır. Son vaxtlar qərar qəbulunda yaradıcılıq və xüsusilə yaradıcılıqla beyin funksiyaları arasındakı əlaqələr daimi olaraq araşdırılmağa başlanılmışdır. İnsanların beyinlərinin əsasən sağ yoxsa sol tərəfindən daha çox istifadə edərək qərar qəbulu prosesinindən istifadə etmələri arasında əlaqələr araşdırılmışdır. Beyinlərinin sağ tərəfi üstünlük təşkil edən insanların daha sosial, intuitiv və yaradıcı olduqları, sol tərəfi üstünlük təşkil edən insanların isə daha məntiqli, rasional, detalçı və məqsədyönlü olduqları irəli sürülmüşdür. Bu tədqiqatlarn nəticəsi kimi təşkilat menecerləri üçün beyinin hər iki tərəfini istifadə etməyə yönəlmiş təhsil proqramları tətbiq edilməyə başlanılmışdır.

Yüklə 157,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin