Mövzu Qərar Qəbulu Qərar nə deməkdir və qərar qəbulunun menecerlərlə əlaqəsi necədir?



Yüklə 157,93 Kb.
səhifə12/13
tarix26.05.2022
ölçüsü157,93 Kb.
#59694
1   ...   5   6   7   8   9   10   11   12   13
Mövzu 6.Qərar Qəbulu

Direktiv (birbaşa) stil- problemlərə sadə, aydın həll variantlarını üstün tutanlar tərəfindən istifadə edilir. Bu stili istifadə edən menecerlər tez-tez cəld qərarlar verilər, çünki onlar çoxlu məlumatla məşğul olmağı sevmirlər və ola bilər ki, bir ya da iki alternativi nəzərdən keçirərlər. Direktiv stilə üstünlük verənlər ümumilikdə səmərəli və rasional olurlar və qərar qəbul etməkçün ancaq mövcud qayda və prosedurlara etibar edirlər.

  • Analitik stil-Analitik stilə üstünlük verən menecerlər bacardıqları qədər məlumat toplayaraq kompleks həll variantlarını nəzərdən keçirilər. Bu şəxslər alternativləri diqqətlə nəzərdən keçirir və tez-tez qərarlarını menecment nəzarət sistemi və digər mənbələrdən olan obyektiv və rasional məlumata əsaslandırırlar. Onlar mövcud məlumata əsaslanıb ən yaxşı mümkün qərarı axtarırlar.

  • Konseptual stil-Analitik stildə olduğu kimi Konseptual stilə üstünlük verən menecerlər də geniş məlumatı nəzərdən keçirilər. Ancaq onlar analtitk stilli qərar qəbul edicilərdən daha sosial yönümlü olduqları üçün seçilirlər və onlar problem və onun həllinə dair mümkün variantlar haqda başqalarıyla söhbət edir və müzakirə aparırlar. Konseptual stildən istifadə edən menecerlər çox sayda alternativləri nəzərdən keçrirlər, həm insanlardan, həm də sistemlərdən alınan məlumatlara etibar edirlər və problemləri kreativcəsinə həll etməyi xoşlayırlar.

  • Davranış stili-Bu stildən istifadə edən menecerlər başqaları üçün dərin narahatçılıq hissi keçirirlər və insanlarla tək-tək söhbət etməyi, onların problemə dair hisslərini anlamağı xoşlayırlar. Davranış stilli insanlar adətən başqalarının şəxsi inkişafiyla maraqlanır və başqalarına məqsədlərinə nail olmağa kömək etmək üçün qərarlar qəbul edə bilərlər.

    Akademik mühitlərdə daim fərdi qərarlar və qrup qərarları arasında effektivlik və müvəffəqiyyət baxımından müqayisələr aparılır. Praktikada bəzən fərdi qərarlar daha effektiv, bəzən də qrup qərarları müvəffəqiyyətli ola bilir. Qruplar fərdlərlə müqayisədə qərar qəbulu prosesində iki əhəmiyyətli mərhələni: problemin təyini və alternativ həllərin yaradılmasında daha məhsuldar iş görür.
    Qrup qərarlarının bəzi üstünlükləri bunlardır:

    • Qrup üzvləri adətən müxtəlif bilik, bacarıq və təcübəyə malikdirlər və onlar problemlərə bir çox perspektivdən yanaşırlar. Problemləri müxtəlif perspektivlərdən görmə bacarığı onlara mürəkkəb tapşırıqlar üzərində daha yaxşı işləməyə və fərdlərə nisbətən daha yaxşı qərarlar verməyə kömək edir.

    • Qruplar fərdlərə nisbətən daha çox məlumat tapa və daha çox məlumata çıxış əldə edə bilirlər.

    • Qrupların yüksək biliyi və əldən olan mümkün məlumatı daha çox alternativ həll variantları fikirləşib tapmağa imkan verir.Araşdırmalar göstərir ki, çoxlu alternativ həll variantlarının irəli sürülməsi qərarın keyfiyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətlidir. Baxmayaraq ki, qruplar problemləri müəyyən etmək və alternativ həll variantları tapmaqla daha yaxşı iş görə bilirlər.

    Bunlarla yanaşı aşağıda görəcəyimiz kimi qrup qərar qəbulunun fərdi qərar qəbulu ilə müqayisədə mənfi cəhətləri də var.
  • 1   ...   5   6   7   8   9   10   11   12   13




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin