Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Ərazi kompleks proqramlarının strukturu və İşlənib hazırlanması



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə25/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   21   22   23   24   25   26   27   28   ...   90
YourFileName

     3.2.Ərazi kompleks proqramlarının strukturu və İşlənib hazırlanması 
qaydası 
 
 
Ərazi  proqramların  strukturu  onların  məqsədlərinə  müvafiq  müəyyən  edilir. 
Eyni zamanda, o, müasir şəraitə, mövcud vəziyyətə uyğun olmalıdır. Proqramların 
tapşırıqları və göstəriciləri də respublikanın və regionların inkişafı konsepsiyasının 
göstəricilər  sisteminə  uyğun  olmalıdır.  Regional  problemlərin  həllinə  yönəldilən 
ərazi  kompleks  proqramlar  aşağıdakı  böl
m
ələrdən  ibarət  olur:  məqsəd  bölməsi; 
icmal bölməsi; sahə bölməsi; ərazi böl
m
ə və təşkilati bö
lm
ə. 
Məqsəd  bölməsi  bütün  səviyyələrdə,  növlərdə  və  müddətlərdə  işlənib 
hazırlanan  proqramlarda  əks  olunan  tədbirlərin  və  prinsiplərin  vəhdətini 
xarakterizə  edir  və  proqramın  həll  edəcəyi  problemləri  əhatə  edir.  Məqsəd 

lm
əsində  mərhələlər  üzrə  vəzifələri  və  onların  həyata  keçirilməsi  müddətləri 
müəyyən edihr. 
Məqsəd  bölməsinin  tədbirləri  müvafiq  kəmiyyət  və  keyfiyyət  göstəricilərini 
əhatə edir. Bunlara daxildir: 
mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi; mühüm yataqlar üzrə 
ümumekoloji və sənaye ehtiyatlarının 
artımı; 
mühüm heyvandarhq və bitkiçilk məhsulları istehsalı həcmi; istehsalçıları 
və istehlakçıları əlaqələndirməklə mühüm yüklərin daşınması həcmi; 
istehsal,  qeyri-istehsal  obyektlərinin,  müəssisələrin  və  istehsal  güclərinin 
istifadəyə verilməsi. 
Bu  göstəricilər  məcburi  deyil,  proqrarmn  özünəməxsus  xüsusiyyətləri  ilə 
əlaqədar dəyişilə bilər. 
İcmal  bölmə  məqsəd  bölməsi
nin
  davarmdır.  Məqsəd  bö
lm
əsində  müəyyən 
edihniş  icmal  son  göstəricilər  burada  genişlənir,  göstəricilər  sisteminə  çevrihr; 
proqrarmn  əsas  göstəriciləri,  resusrlarm  həcmi  və  xarakteristikası,  proqramın 
səmərəhhyi göstəriciləri və s. 
Proqrarmn 
əsas  göstəriciləri  konsepsiyamn  bölmələrinə  müvafiq 
formalaşmalıdır, onlar bir-birini tamamlamahdır. 
Proqrarmn  məqsəd  bölməsində  müəyyən  edihniş  şərtləri  və  amilləri  nəzərə 
alaraq  icmal  bölmənin  göstəriciləri  bir  neçə  variantda  işlənib  hazırlanır  və  ən 
səmərəlisi  seçilir.  Bunun  üçün  icmal  bölmədə  proqramda  nəzərdə  tutulmuş 
tədbirlərin 
səmərəhhyinin 
hesablanmasına 
xüsusi  yer  ayrılır.  Proqram 


  
göstəricilərinin  hesablanmasında  iqtisadi  təhlil,  balans,  normativ,  iqtisadi-riyazi 
metodlardan istifadə olunur. 
Ərazi kompleks proqramların sahə bölməsində məqsəd və icmal bölmələrində 
nəzərdə tutulmuş tədbirlər və göstəricilərə əsasən proqramın reallaşmasında iştirak 
edən  sahə  nazirlikləri  və  idarələr,  komitələr,  şirkətlər  və  s.  üzrə  tapşırıqlar 
konkretləşdirihr,  regionların  və  yerli  özünüidarələrin  sahə  bölmələrinə  qədər 
xırdalamr. 
Proqramın məqsəd, icmal və sahə bölmələrinin tapşırıqları və göstəricilərinə 
əsasən ərazi bö
lm
ə işlənib hazırlanır, kompleks proqrama daxil olan  ərazilər üzrə 
tapşırıq və göstəricilər müəyyən edilir. 
Ərazi  bölməsində  sahələrarası  xarakterə  malik  göstəricilərə  xüsusi  fikir 
verilir: 
yerli ehtiyatlardan (torpaq, su, yanacaq enerji, əmək və s.) səmərəli istifadə 
edilməsi. Bu ehtiyatlar üzrə xüsusi balanslar tərtib edilir; 
tabeçiliyindən  asılı  olmayaraq  bütün  müəssisə  və  təşkilatların  iştirakı  ilə 
istehsal və sosial infrastrukturun inkişafı; 
məhsuldar qüvvələrin yerləşdirihnəsinin təkmilləşdirilməsi; əhalinin 
məskunlaşmasının təkmilləşdirilməsi. 
Ərazi proqramların təşkilat bölməsində proqramın reallaşdırılması prosesinin 
təşkili formaları, metodları və qaydaları əks olunur. Bu sistemi Respublika Nazirlər 
Kabineti və İqtisad İnkişaf Nazirliyi müəyyən edir. 
Regional  kompleks  proqramlar  mərhələlər  üzrə  işlənib  hazırlanır. 
Ümumdövlət əhəmiyyətli proqramların işlənib hazırlanması prosesi 4 mərhələdən 
keçir: 
1. 
Proqram hə
ll
ini tələb edən mühüm ərazi problemlərin seçilməsi. 
Bura  əsasən  ərazini  müxtəlif  istiqamətlərdə  öyrənmək  üçün  aparılan  regional 
coğrafi, geoloji, demoqrafik və başqa tədqiqatlar daxildir. Belə ki, regional coğrafi 
tədqiqatlar  vasitəsilə  regionların  inkişafının  təbii-iqlim  amilləri  təhlil  edilir. 
Regional geoloji tədqiqatlar müvafiq ərazinin resusr potensialını müəyyən etməyə 
imkan  verir  ki,  bu  da  regionun  ixtisaslaşmasının  formalaşmasında  həlledici  amil 
ola  bilər.  Ərazi  proqramların  işlənib  hazırla
n
ması  prosesində  ayrı-ayrı  sahələrin, 
istehsalın  inkişafına,  müxtəlif  müəssisələrin,  magistral  nəqliyyat  yollarının 
tiki
lm
əsi  və  yenidən  qurulmasına  dair  informasiyaları  əks  etdirən  texniki-iqtisadi 
əsaslandırmalardan  geniş  istifadə  edilir.  Bu  sənədlər  regionun  ixtisaslaşdırılması 
istiqamətlərini,  onun  iqtisadiyyatının  artım  sürətlərini,  müxtəlif  sahələrin 
müəssisələrinin yerləş- dirihnəsini əsaslandırmaq şəklində müəyyən etməyə imkan 
verir. 
Proqramqabağı  ehni-tədqiqatlarda  mühüm  sahələrin  inkişafının  əsas 
parametrlərinin  işləmə  variantlarından:  əsas  istehsal  obyektlərinin  siyahısı  və 
yerləşdirilməsi,  sosial-mədəni  tikintilərin  tərkibi  və  həcmi,  ehtimal  olunan  əsaslı 
vəsaitin həcmi, əmək ehtiyatlarına tələbat və s. geniş istifadə olunur. 
Sifarişçiləri  və  icraçıları  müəyyən  etməklə  bu  mərhələni  Azərbaycan 
Respublikası Nazirlər Kabineti həyata keçirir. İcraçılara, adətən Azərbaycan Milli 
Elmlər  Akademiyası  və  onun  elmi-tədqiqat  institutları,  layihə  institutları  və  s. 
aiddir. 
2. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin